Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 23-10-2019, 14:16
İranlı Mühacirlər Cəmiyyəti regional “dəyirmi masa”larına yekun vurdu

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi oktyabrın 22-də Şirvandakı tədbiri ilə regional “dəyirmi masa”larına yekun vurub. Butov.az-a verilən məlumata görə, Energetiklər şəhərində, Salyan və Neftçala rayonlarında yaşayan iranlı mühacirlərin, onların ailə üzvlərinin, yerli ictimaiyyətin nümayəndələrinin qatıldıqları tədbir S.Ə. Şirvani adına Mərkəzi Kitabxananın oxu zalında düzənlənib. Öncə iştirakçılar Ulu Öndərmiz Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsini ziyarət edib ora tər gül-çiçək dəstələri düzüblər.
Tədbiri Şirvan ŞİH-ni ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Adəm Hüseynov açaraq qonaqları və iştirakçıları salamlayıb. O bildirb ki, İranlı Mühacirlər Cəmiyyəti bütövlükdə ictimaiyyət üçün gərəkli olan bir layihəni həyata keçirməkdədir. “Dəyirmi masa”nın mövzusu-“Azərbaycan Respublikasına olan mühacirətin mərhələri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi” aktualdır, günümüzlə səsləşəndir. Tam əksəriyyəti azərbaycanlılar olan iranlı mühacirlər hər zaman ölkəmizdə özlərini doğmalarının əhatəsində hiss edirlər. Onlar Şirvan şəhərinin həyatında ictmai fəallıqları ilə fərqlənir, rəhbər sahələrdə, quruculuq işlərində etimadı doruldurlar. Layihənin bu kimi faktların geniş təbliğində mühüm rol oynayacağına əminəm”.
İMC sədrinin birinci müavini, əməkdar jurnalist Rəhim Hüseynzadə bildirib ki, bu, rəhbəri olduğu qurumun “Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendesiya və xüsusiyyətlərin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində Quba və Qazaxdan sonra regionlarda reallaşdırdığı üçüncü “dəyirmi masa”dır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə 2019-cu ilin iyul-noyabr aylarını əhatə edir.
R. Hüseynzadə vurğulayıb ki, “təşkilatımız 72 ildir Azərbaycan Respublikasında mövcuddur. Onu mühacirətin dünyəvi Azərbaycan modeli adlandırmağımız üçün kifayət qədər əsaslı faktlara və misallara malikik. Dörd il əvvələ qədər ölkə ictimaiyyətinin bu barədə bilgiləri çox səthi idi. Maarifləndirməni qarşıya məqsəd qoyan layihəmiz öz müsbət nəticələrini verməkdədir. Biz bununla respublikada iranlı mühacirlərə və onların ailə üzvlərinə göstərilən bəşəri qayğı barədə ölkə hüdudlarından kənarda da məlumat mübadiləsi edirik. Məqsədimiz həm də bütün sahələrdə on illər boyu insanlarımıza hərtərəfli kömək göstərən dövlətimizə, qardaş və bacılarımıza minətdarlığımızı yetirməkdir”.
İMC-nin sədri Firidun İbrahimi çıxışında rəhbəri olduğu qurumun yaranma tarixi, fəaliyyət istiqamətləri, strukturu barədə müfəssəl məlumat verdikdən sonra deyib ki, biz baş çəkdiyimiz bütün bölgələrdə təşkilat mənsublarımızın simalarında xoş əhval-ruhiyyəni görmüşük. Çünki respublikamızın hər yerində onlara doğmalar kimi yanaşılır, qayğı və problemlərinin həllinə lazımi kömək göstərilir. Təşkilatımız iranlı mühacirlrə və onların ailə üzvlərinə çoxillik qayğı ənənələrini davam etdirən rayon və şəhərlərin icra başçılarını fəxri diplomlarla mükafatlandırır. Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov da fəxri diploma layiq görülüb.
F. İbrahimi mükafatın M.Camalova çatdırmasını şöbə müdirindən xahiş edib.
Layihənin eksperti, “20 Yanvar” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri, istefada olan mayor Nizami Rzaşüvari respublikamıza mühacirətin müxtəlif mərhələrinin şərhini verdikdən sonra ölkəmizin sınaqlı məqamlarında bu insanların göstədirdikləri misilsiz şücaətlərdən danışıb: “Mənim atam 20 Yanvarda, bacım Qarabağ cəbhəsində şəhid olub. Bu gün Azərbaycanı sevən, yolunda canını fəda edənlərimiz hər bölgədə, şəhərdə var: “Çünki o, Vətənimiz, biz isə sadiq övladlarıyıq”.
Tədbirdə Gülağa Mürsəlova İMC-nin Şirvan regional təşkilatının sədri vəsiqəsi təqdim olunub.
İMC-nin təşkilat şöbəsinin müdiri Murtuza Nizamoğlu ötən əsrin 80-ci illərinin mühacirlərindən biri kimi Azərbaycanda onlara göstərilən qayğını başqa ölkələrlə müqayisəli şəkildə səciyyələndirib.
Əli Mirzəyev (Şirvan Regional QHT-lərin Rezurs və Təlim Mərkəzi) mühacirətin 4-cü mərhələsinə mənsub bir nəslin nümayəndəsi kimi layihənin onda doğurduğu marağı iştirakçılara çatdırıb.
“İşıq” qəzetinin baş redaktoru Fəxərəddin Rəhimov, əməkdar müəllim Rafiq Səmədov, tarix – diyarşünaslıq muzeyinin direktoru Gülşən Vəliyeva və başqaları da layihə barədə fikir və rəylərini səsləndiriblər.
Sonda təhsildə, səhiyyədə, istehsalatda, ictimai işlərdə fərqlənən iranlı mühacirlərə və onların övladlarına diplomlar təqdim olunub.
İranlı Mühacirlər Cəmiyyəti regional “dəyirmi masa”larına yekun vurdu


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!