Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
Tarix : 22-08-2014, 19:47

“Orta bir şəhərin salınması təqribən 5 mlrd dollar vəsait tələb edir” 

Keçmiş maliyyə naziri Saleh Məmmədov öz facebook səhifəsində hökumətə maraqlı təkliflər verib və hər kəsi onun təklifləri ətrafında müzakirələrə dəvət edib. Həmin təklifi  Butov.az-ın oxucularına təqdim edirik:

"Hazırda Azərbaycanın ən ciddi və yaxın gələcəkdə həll olunması zəruri olan problemlərindən biri şəhərsalma və məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi məsələsidir. Bu problem Azərbaycanın bu günki imkanları daxilində lazımi səviyyədə həll olunmur. Dogrudur, son illərdə qəbul olunmuş və müvəffəqiyyətlə yerinə yetirilən regionların inkişafı proqramları bu istiqamətdə bəlli irəliləyişlərə gətirib, amma bu, Azərbaycanın bu günki inkişaf sürətinə cavab vermir. 90-cı illərin başlanğıcında məqalələrimin birində yazmışdım ki, Azərbaycanda orta hesabla ildə bir yeni şəhər salına bilər: tarixə düşə biləcək memar incilərilə zənginləşdirilmiş bir şəhər. Amma müstəqillik illərində hələ bir dənə də olsun yeni şəhər salınmayıb. Problem üzrə çatışmazlıqlar:

1. Məhsuldar qüvvələrin qeyri- bərabər yerləşdirilməsi: bu gün ölkənin ümumi məhsulunun təqribən beşdə dördü Abşeron iqtisadi rayonunda yerləşdirilmişdir ki, bu da əhalinin əsas hissəsinin Bakıda cəmləşməsinə gətirib çıxarmışdır, paytaxtın sürətlə inkişafına və gözəlləşməsinə baxmayaraq, orada yaşayış dözülməz hala gəlmişdir. Belə davam etsə, yaxın zamanlarda ümumiyyətlə Bakı şəhərində vəziyyət gərgin olacaq. 

2. Yuxarıda da qeyd etdyimiz kimi müstəqillik illərində ölkədə yeni şəhər salınmayıb. Kənd rayonlarının inkişafında bir sıra tədbirlər görülməsinə baxmayaraq ciddi irəliləyiş seçilmir. Tarixi təcrübə göstərir ki, tarixi dövrlər və liderlər tarixə yeni salınan şəhərlərlə, memar əsərləriylə düşür. Belə şəhərlərin salınması üçün həm zərurət var və həm də maddi imkanlar. 

3. Məhsuldar qüvvələrin qeyri bərabər yerləşdirilməsi yalnız paytaxtın əsasən şişirdilməsi ilə nəticələnmir, həm də digər regionların inkişafdan qalması və uyğun olaraq o bölgələrin böyük ehtiyatlarının istifadəsiz qalmasına gətirib çıxarır.

Buna görə də bu istiqamətdə ciddi işlər görülməsi məqsədə uyğundur. Orta bir şəhərin salınması təqribən 5 mlrd dollar vəsait tələb edir, bundan da düzgün təşkil olunduğu halda yalnız 1 mlrdı dövlətin payına düşə bilər. Qalanını özəl sərmayənin cəlb olunması ilə səfərbər etmək olar. Həm qədim şəhərlərin bərpası və həm də yeni məskənlərin salınması bu işdə düzgün yol hesab oluna bilər. Məsələn, Bərdə, Gobustan, Oğuz kimi şəhərlərin yenidən salınması gözəl nəticə verə bilərdi. Bütün dəniz boyu Nabrandan Astaraya qədər sahildə onlarla şəhərlərin yeri var və bu həm də turizmin sürətlə inkişafını təmin edə bilər. Həm də dağ kurortlarının inkişafı ilə uyğunlaşdırılaraq dağlıq bölgələrdə gözəl şəhərlər salmaq olar. Hər ildə bir şəhər prinsipi ilə ölkənin müxtəlif bölgələrində şəhərlər 21 əsrdən Azərbaycan tarixinə ciddi töhfələr ola bilərdi. Hər halda dünya azərbaycanlıların cəlb olunması, vətəndaşlıgı olmayanlara özəl sürətli qaydalarla vətəndaşlıq verməklə işi çox sürətləndirmək olar. Dünya azərbaycanlılarında böyük kapital və digər imkanlar var.

Dostlarımı, tərəfdaşlarımı və həmçinin bütün maraqlı tərəfləri, hüquqi və fiziki şəxsləri, hökümət və dövlət qurumlarını bu məsələnin müzakirələrində iştirak etməyə dəvət edirəm."



Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!