Külək güclənəcək - XƏBƏRDARLIQ .....                        Müəllimini güllələyən şagird HƏBS EDİLDİ .....                        Güllələnən müəllim palataya köçürüldü .....                        Qohumları ilə dalaşan kişi infarktdan öldü .....                        75 illik mənalı ömür yolu .....                        Azərbaycan daim Pakistanın yanındadır .....                        Şəmkirdə qəsdən adam öldürmə cinayətinin üstü açıldı - Birgə məlumat .....                        Narkotikə görə saxlanılan şəxs həbs olundu .....                        Liseydə güllənənən müəllimin atası danışdı - VİDEO .....                       
Tarix : 17-12-2015, 09:19
Ramiz Məmmədov :"Xəzərdə əsən küləklərin sürəti azalıb"


Xəzər dənizi üzərində əsən küləklərin sürəti azalıb.

Butov.az-ın Gün.Az-a istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Trend-ə bildirib ki, Xəzər dənizində hava kütlələrinin hərəkətinin intensivliyini təyin edən atmosfer dövranı formalarının dəyişməsi küləyin sürətinə və istiqamətinə təsir edib.

Xəzərin müxtəlif hissələrində küləyin sürətinin çoxillik (1940-2012-ci illər dövründə) analizi onda azalma trendlərinin olduğunu aşkarlayıb.

R.Məmmədov qeyd edib ki, Xəzər dənizində ən qasırğalı period 1950-1960-cı illərdə olub:

“Bunun nəticəsi olaraq, sonrakı illərdə Xəzər dənizi üzərində siklonik fəaliyyət aktivliyinin azalması müşahidə edilib. Küləyin sürətinin azalması dalğa elementlərinin və onların təkrarlanmasının azalmasına səbəb olub”.

Direktor əlavə edib ki, Xəzər dənizinin Azərbaycan akvatoriyasında 1961-1990-cı illərdə havanın orta çoxillik temperaturu 14,2 dərəcə, 1991-2012-ci illərdə isə 14,7 dərəcə Selsi təşkil edib.

Bu da normadan 5,5 dərəcə yüksəkdir. Temperaturun yüksəlməsi, əsasən, yaz, yay və payız fəsillərində müşahidə edilir.

R.Məmmədov bildirib ki, 1975-1998-ci illərdə Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar dənuz suyunun duzluluğu azalmışdı:

“Suyun miqdarı çoxaldığından suda bir qədər durulaşma, yəni duzluluğun azalması müşahidə olundu. Duzluluğun azalması o qədər cüzi olub ki, canlı aləmə demək olar, heç bir təsir etməyib. İndi isə elə bir dəyişmə yoxdur və suyun tərkibi artıq əvvəlki kimidir”.

Son 10 ildə Xəzər dənizinin səviyyəsində azalma tendensiyasının müşahidə edildiyini və artıq səviyyənin 1 metr 20 sm endiyini deyən institut rəhbəri qeyd edib ki, Xəzər dənizinin Azərbaycan akvatoriyasında əlverişsiz ekoloji şəraitin yaratdığı problemlər də öyrənilib:

“Araşdırmalara görə, Neft Daşları və Bakı arxipelaqı neft yataqları rayonlarını daha çox çirklənmiş ərazilərə aid etmək olar. Ən çox çirkləndiricilərə neft və neft məhsullarını, az miqdarda fenol, sintetik səthi-aktiv maddələr və başqa komponentləri misal göstərmək olar”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!