Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı .....                        Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı .....                        Suriyada kürdlərin nəzarət etdiyi ərazi 80% azalıb .....                        Kamran Əsədov HƏBS OLUNDU .....                        Ermənistan Azərbaycana baxıb hərəkət edir .....                        Bakı metrosuna İsveçrədən 300 vaqon alınır .....                        Zəhradan boşanma xəbərinə reaksiya: "Mədəniyyətiniz olsun!" .....                        Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər azalıb .....                        Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı .....                       
Tarix : 16-12-2015, 12:10
Peyk çəkilişi: "Günəşli" yatağındakı qəza Xəzər dənizinin 300 kvadrat kilometr ərazisinin neftlə çirklənməsinə səbəb olub



"Günəşli" yatağında baş verən yanğından sonra Xəzər dənizinin neftlə çirklənmiş ərazisi böyüməkdədir.

"APA-Economics"in xəbərinə görə, bu barədə RİA "Novosti" agentliyi "Sentinel-1A" radiolokasiya peykindən aparılan çəkilişlərə istinadən xəbər verir.

"Dekabrın 13-də Avropanın "Sentinel-1A" radiolokasiya peykindən qəzanın baş verdiyi ərazinin çəkilişləri aparılıb. Şəkildə görünür ki, "Günəşli" yatağının ətrafı neftlə çirklənməkdədir və çirklənmə şimala doğru genişlənir. Çəkiliş zamanı əldə olunan məlumatlar göstərir ki, dekabrın 13-ə çirklənmiş ərazinin sahəsi 300 kvadrat kilometr təşkil edir”, - deyə “Skaneks” şirkətinin məlumatında bildirilir.

Şəkildə neftlə çirklənmiş ərazi tünd rəngdədir. Platforma ətrafındakı ağ nöqtələrlə isə gəmilər və hasilat platformalarıdır. "Sentinel-1A" peyki vasitəsilə dekabrın 7-də əldə olunan məlumatlara görə, neftlə çirklənmiş ərazinin ümumi sahəsi 200 kvadrat kilometr olub. Göründüyü kimi, neftlə çirklənmiş ərazi sürətlə genişlənir.

SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev isə "APA-Economics"ə açıqlamasında bildirib ki, dərc olunan məlumatları həqiqəti əks etdirmir. Onun sözlərinə görə, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədilə dekabrın 4-də, yəni qəzadan dərhal sonra Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssilərindən ibarət birgə İşçi Qrupu yaradılıb. İşçi Qrupu tərəfindən tərtib olunan Tədbirlər Planı çərçivəsində əraziyə əlavə olaraq 6 gəmi cəlb olunub. Onlardan 4-ü artıq mümkün neft dağılmalarının və yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi bonları su səthinə düzüb.

O bildirib ki, bu bonlar neft dağılmalarının və yayılmasının qarşısını alır, onlara yığılan neft nasoslar vasitəsi ilə gəmilərə doldurulur və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılır. Bununla da, mümkün ekoloji fəsadların qarşısı əvvəlcədən alınmış olur.

N. Quliyev əlavə edib ki, dünən yanan neft quyusu söndürülüb və neft dağılmaları təhlükəsi tamamilə aradan qalxıb.

"Azərkosmos" ASC-nin Korporativ kommunikasiya departamenti direktoru Aysel Soltanova isə "APA-Economics"in sorğusuna cavab olaraq bildirib ki, milli peyk operatorunun bu məsələ ilə bağlı mövqeyi SOCAR-la üst-üstə düşür: "Biz SOCAR-a həm optik, həm radar təsvirləri, həm də digər lazımi məlumatları vermişik. Bu məlumatlara əsasən, dekabrın 13-də həmin məlumatlar ictimaiyyətə açıqlanıb. Bizim də mövqeyimiz onların açıqladığı mövqe ilə üst-üstə düşür. Bizim mütəxəssislər, SOCAR-ın mütəxəssisləri ilə əməkdaşlıq şəraitində çalışırlar".


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!