Yol Polisinə 35 milyon ayrıldı .....                        Yuliya Timoşenko korrupsiyada ittiham olunur .....                        Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA .....                        Məktəblərdə yeni fənn tədris ediləcək .....                        Xəzərdə gəmi qəzaya uğradı .....                        Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı hazırlanacaq .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi .....                        Bakıda “brend saat” satan dələduz saxlanıldı .....                        Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq .....                       
Tarix : 20-05-2016, 15:28
Hərbçimiz yol qəzasında dünyasını dəyişdi


Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Yardımlı rayon sakini 1978-ci il təvəllüdlü Rəfayel İsmi oğlu Tərlanov idarə etdiyi “Mercedes” markalı avomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşını aşırıb. Qəza nəticəsində sürücü R. Tərlanov ağır bədən xəsarətləri alıb və Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirdilər ki, onun vəziyyəti orta ağırdır.

Avtomobildə olan sərnişin Qobustan rayon sakini 1992-ci il təvəllüdlü Mirdamət Rahib oğlu Qocayev isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, dünyasını dəyişən 24 yaşlı gənc hərbçi olub və həmin gün onun doğum günü imiş.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bir müddət əvvəl də Bərdədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Rayonun Divanlı kəndi ərazisindən keçən hissəsində yüksək sürətlə Bərdə istiqamətində hərəkət edən “NAZ-Lifan” markalı avtomobil dəmir arakəsməyə çırpılıb.

Zərbə nəticəsində avtomobildə olan 5 nəfərdən 4-ü yaralanıb. Hadisə şahidlərinin köməyi ilə Bərdə MRX-yə çatdırılan yaralılardan 83 yaşlı Humay Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb.

Anspress.com


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!