Gənclərin Sahibkarlıq Məktəbi layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər həyata keçirilib .....                        İsrail tarixi qələbə qazandı - Netanyahu .....                        “İran danışıqlardan qaçmaqla müharibəyə təşviq edirdi”- VİDEO .....                        İran-İsrail savaşı: Tərəflər itkilərini AÇIQLADI .....                        İsrail məqsədlərinə nail ola bilmədi - Pezeşkian .....                        İran hava məkanını açdı .....                        Melonidən atəşkəsə reaksiya: yaxın vaxtda... .....                        Hakan Fidan onunla İranı müzakirə etdi .....                        Özünə polkovnik rütbəsi verən sabiq rəisə HÖKM OXUNDU .....                       
Tarix : 17-10-2016, 12:22
Çaylarda daşqın olub


Ötən günlər ərzində yağan leysan xarakterli yağışlar nəticəsində respublikanın çaylarında suyun səviyyəsində artım müşahidə olunub, oktyabrın 16-da Pirsaatçay və Ağsuçay çayından qısamüddətli daşqın keçib.

Butov.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-300, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 170-300 faizini təşkil edir.

Oktyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 180 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla, ongünlük normanın 116 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 103 m3/s təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.

Oktyabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 39, Salyanda 10, Bankədə 18, Araz çayının Novruzlu məntəqəsində 40 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 485 sm (2015-ci il oktyabrın 17-də 351 sm), Salyanda 288 sm (2015-ci il oktyabrın 17-də 166 sm), Bankədə 249 sm (2015-ci il oktyabrın 17-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 195 sm (2015-ci il oktyabrın 17-də 68 sm) təşkil edir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!