İstefa verməyə hazıram - Zelenski .....                        Ərdoğan onlara partiyada yüksək vəzifə verdi .....                        Pakistanın Baş naziri Azərbaycana gəldi .....                        Bu gün avtobuslar 21:00-a kimi işləyəcək .....                        Rusiyada çoxmərtəbəli binanın yanında partlayış .....                        Yataqxanada yanğın - VİDEO .....                        Su anbarında batan 26 yaşlı gəncin meyiti tapıldı .....                        Ərdoğan yenidən AK Partiyanın sədri seçildi .....                        Külək güclənəcək - XƏBƏRDARLIQ .....                       
Tarix : 9-11-2016, 19:57
Naxçıvan İpoteka Fondu yaradılıb, ipoteka kreditinin verilməsinə dair tələblər açıqlanıb


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması və muxtar respublikada ipoteka kreditləşməsinin tənzimlənməsi haqqında fərman imzalayıb.

Butov.az-ın APA-ya istinadən məlumatına görə, “Naxçıvan İpoteka Fondu” ASC krediti 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verir.

Kredit üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ya tikilməkdə olan fərdi yaşayış sahəsinin alınmasına verilir. Güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).

Eyni zamanda güzəştli ipotekaya aid olmayan kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az olmamalıdır (ipoteka kreditinin məbləğinin 75 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla). İpoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır. Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunla müəyyən olunmuş pensiya yaşı həddindən çox olmamalıdır. Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır. İpoteka ilə yüklü edilən və ya tikilməkdə olan fərdi yaşayış sahəsini qiymətləndirici qiymətləndirməlidir.

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər, şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs,. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer), elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış, Naxçıvanda yaşayan Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!