İstefa verməyə hazıram - Zelenski .....                        Ərdoğan onlara partiyada yüksək vəzifə verdi .....                        Pakistanın Baş naziri Azərbaycana gəldi .....                        Bu gün avtobuslar 21:00-a kimi işləyəcək .....                        Rusiyada çoxmərtəbəli binanın yanında partlayış .....                        Yataqxanada yanğın - VİDEO .....                        Su anbarında batan 26 yaşlı gəncin meyiti tapıldı .....                        Ərdoğan yenidən AK Partiyanın sədri seçildi .....                        Külək güclənəcək - XƏBƏRDARLIQ .....                       
Tarix : 24-05-2016, 16:58
 Sosial mənzillərlə bağlı icra başçılarına göstəriş verildi


Azərbaycanda ipoteka kreditləşməsi iyun ayından etibarən bərpa olunacaq.

Bunu millət vəkili Vahid Əhmədov deyib.

Deputat bildirib ki, hazırda sənədləşmə işləri aparılır:

"İpoteka ilə bağlı böyük dəyişiklik edildi. Bildiyimiz kimi, cəmiyyətin tabeçiliyi dəyişdirildi. Bu, müəyyən qədər vaxt aparan iş idi. Hazırda hüquqi sənədləri hazırlanır. Sənədlər bu ay başa çatacaq ki, iyun ayından ipotekanın verilməsi bərpa olunsun".

Sosial mənzillərin tikilməsi ilə bağlı məsələyə toxunan V.Əhmədovun sözlərinə görə, artıq bir sıra rayonların icra başçılarına bununla bağlı göstərişlər verilib: "Rayon icra hakimiyyətləri həmin məzillərin tikilməsi ilə əlaqədar layihələr üzərində işləyirlər. Hazırda bu işlər davam etdirilir. Düşünürəm ki, artıq sentyabr ayından etibarən bunun nəticəsini görəcəyik".

Qeyd edək ki, prezident İlham Əliyev bu ilin aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Agentlik Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədi ilə yaradılıb.

Samir Nuriyev Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilib.


AzVision.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!