Elçin Ağamalıdan partiyadan çıxarılmasına reaksiya .....                        Paşinyandan Əliyevə qəribə sual: “...istəyirsiz məni öldürsünlər?” .....                        Sahibə Qafarova COP30-da çıxış etdi .....                        Netanyahu barədə həbs qərarı verildi .....                        13 ölkənin NATO nümayəndəsi Ceyhun Bayramovla görüşdü .....                        Prodüser Təranənin cəzası azaldıldı .....                        Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi .....                        Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO .....                        Çexiya hökuməti istefa verdi .....                       
Tarix : 13-04-2017, 11:57
SOCAR-Türkiyənin BANM-də təqdimatı

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-Türkiyə şirkətlər qrupunun rəhbərliyi ilə görüş keçirilib.

Butov.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, görüşdə rektor Elmar Qasımov, SOCAR-Türkiyə şirkətininin İnsan resursları üzrə departamentin rəhbəri Dinar Məmmədova, İnsan resursları üzrə şöbəsinin koordinatoru Sibel Uğur, Əməliyyatlar üzrə departamentinin rəhbəri Emil Eminov, Maliyyə və satınalmalar üzrə şöbənin mütəxəssisi Funda Fidan, Star Rafineri şirkətinin Planlaşdırma və Optimizasiya üzrə şöbənin müdiri Eray Sarıbaş, Star Rafineri Təhsil üzrə şöbəsinin meneceri İlhan Çağlar, PETKİM şirkətinin İnsan resursları üzrə şöbənin müdiri Bəhruz Babayev, Ali Məktəbin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə BANM-in 30 məzunları SOCAR-Türkiyə şirkətlərində mütəxəssis vəzifələrində çalışmaları və 5-7 tələbənin istehsalat təcrübə keçməsi məsələləri müzakirə olunub.

Elmar Qasımov Ali Məktəbin tələbələri üçün belə fürsətlərin və geniş imkanların hər il yaradılacağını bildirdi. O, dedi ki, Ali Məktəb dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Rektor Elmar Qasımov BANM tələbələrinin və məzunlarının, həmçinin SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olunduqlarını vurğulayaraq, BANM-in SOCAR-Türkiyə və Petkim şirkəti ilə əməkdaşlığından da söz acdı. O, yaradılan imkanlara görə tərəfdaş şirkətlərin hər birinə təşəkkür edərək, tələbələrə təcrübə müddətində fəallıq və uğurlar arzulayıb.

SOCAR-Türkiyə şirkətinin Əməliyyatlar üzrə departamentin rəhbəri Emil Eminov şirkətin tarixindən, fəaliyyətindən, beynəlxalq layihələrdən və mühüm inkişaf mərhələlərdən bəhs edib.

STAR Rafineri şirkətinin Planlaşdırma və Optimizasiya üzrə şöbəsinin müdiri Eray Sarıbaş öz çıxışında STAR neft emalı zavodunun fəaliyyətindən danışaraq qeyd etdi ki, sözügedən zavodun inşası həm də dünyanın ekoloji cəhətdən ən sağlam, effektiv və müasir texnologiyalara əsaslanan layihələrindən biridir.

Daha sonra SOCAR-Türkiyə şirkətinin İnsan resursları üzrə rəhbəri Dinar Məmmədova tələbələrə proqram, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. Seçim imtahan və müsahibə əsasında aprel ayının sonunda keçiriləcək.

Sonda SOCAR-Türkiyə şirkətlər qrupunun nümayəndələri tələbələrin çoxsaylı sualları cavablandırdılar.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!