Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim" .....                        Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var .....                        Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü .....                        Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq .....                        Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? .....                        Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı .....                        Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB .....                       
Tarix : 7-10-2019, 09:15
Beş qaçqın tələbəyə təqaüd veriləcək
Oktyabrın 6-da Qərbi Azərbaycan İcması İdarə Heyətinin geniş yığıncağı keçirilib.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, ilk məsələ olaraq, 2019-cu il ali məktəblərə tələbə qəbulu imtahanlarında yüksək bal toplamış qaçqın (valideynləri qaçqın olan) tələbələrə təqaüd verilməsi məsələsi müzakirəyə çıxarılmış, İcmanın Aparat rəhbəri Abduləli Həsənov müsabiqənin yekunları ilə bağlı məlumat vermişdir. Müsabiqədə iştirak etmək üçün təqdim olunan müraciətlərə baxılmış, onlardan 600-dən yuxarı bal toplamış 5 nəfər qalib elan olunub:
Zeynallı Fidan Əli qızı, Çəmbərək (Krasnoselo) rayonunun Ağbulaq kəndi, 663,3 balla Azərbaycan Tibb Universitetinə qəbul olub.
Həsənli Xəyal Çingiz oğlu, Amasiya rayonunun Oxçoğlu kəndi, 658,4 balla Bakı Ali Neft Məktəbinə daxil olub.
Həsənov Nicat Səlahəddin oğlu, Qafan rayonunun Baharlı kəndi, 646,9 balla Azərbaycan Fransız Universitetinə qəbul olub.
Əliyev Fərid Əziz oğlu, Amasiya rayonunun Balıqlı kəndi, 646,7 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.
Qəribov Hüseyn Qorxmaz oğlu, Amasiya rayonunun Oxçoğlu kəndi, 634,5 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.
İdarə Heyətinin qərarı ilə həmin tələbələrə bir semestr ərzində (5 ay) hər ay 100 manat təqaüd veriləcək.
İcma sədri Əziz Ələkbərli müsabiqəyə yekun vuraraq bildirib ki, ölkədə ali məktəblərə tələbə qəbulunda ən yüksək bal toplamış tələbələrə təqaüd verilməsi təşəbbüsü həmişə ölkə prezidentinə məxsus olub.
“Hər il müxtəlif qruplar üzrə 100 nəfər tələbə Prezident təqaüdü alır. Ölkə başçısının sərəncamları ilə tələbə təqaüdlərinin məbləği və əhatə dairəsi genişlənib, bu gün tələbələrin əksəriyyəti dövlət təqaüdü alır. Bu, dövlət başçısının təhsil siyasətinin tərkib hissəsidir. Bundan əlavə, ölkəmizdə fəaliyyət göstərən bəzi iri şirkətlər ali məktəb tələbələri arasında müxtəlif təqaüd layihələri həyata keçirir və onlarla tələbə bu təqaüdlərdən yararlanır. Lakin təəssüf ki, bizim bir çox iş adamları belə layihələrə qoşulmağa hələ tələsmir”.
Ə.Ələkbərli bildirib ki, onlar beş qaçqın tələbəyə təqaüd verir.
“Bununla da bu layihənin qapısını iş adamlarımızın, imkanlı şəxslərin üzünə açıq qoyuruq, gəlin gələcəyimiz olan tələbələrin uğurlu təhsil alması üçün əlimizdən gələni edək – deyirik. Təbii ki, bundan artıq deyə bilmərik, çünki bu, bir qeyrət məsələsidir, Vətən məsələsidir, Millət məsələsidir, təhsilə dövlət qayğısına Dəstək məsələsidir.
Ə.Ələkbərlinin sözlərinə görə, iş adamlarının dəstəyi ilə İcmaya müraciət etmiş digər tələbələrə təqaüd verilməsi məsələsi də müsbət həll olunacaq.
Ə.Ələkbərli onu da qeyd edib ki, məsələ heç də tələbələrə hər ay veriləcək təqaüdün məbləğində deyil.
“Əsas – məsələnin mənəvi tərəfi, qaçqın gənclərimizin tarixi torpaqlarımıza, yurd yerlərimizə bağlılığı məsələsidir”.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!