İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
Tarix : 8-10-2019, 12:32
Tarix İnstitutunun nümayəndə heyəti Bolqarıstanın Şumen Universitetində
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın Yepiskop Konstantin Preslavski adına Şumen Universitetində olub.
Butov.az xəbər verir ki, Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, tarixçilərimiz Şumen Universitetinin rektoru, professor Habil Georgi Kolev ilə görüşərək, geniş fikir mübadiləsi aparıblar.
Görüşdə Georgi Kolev iki dəfə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsindən və dövlət başçımız İlham Əliyevlə görüşdən aldığı xoş təəssüratlardan söz açıb. O bildirib ki, Şumen Universiteti Tarix İnstitutu ilə geniş əlaqələr qurmaq niyyətindədir: “Yaxınlarda fakültənin Elmi və universitetin Akademik şuralarında humanitar elmlər fakültəsi ilə Tarix İnstitutu arasında əməkdaşlıq protokolunun imzalanması barədə qərar qəbul olunacaq”.
Yaqub Mahmudov Tarix İnstitutunun nümayəndə heyətinin Bolqarıstanın Yambol şəhərində keçirilən “Son Antik dövrdə Cənub-Şərqi Avropada xristianlıq” adlı beynəlxalq konfransda iştirak etməsindən danışıb. O deyib ki, ölkələrimiz və xalqlarımız arasında tarixi yaxınlıq var: “Biz iki qardaş xalqın - Azərbaycan və bulqar xalqlarının ortaq tarixi keçmişi və Bulqar türk dövləti haqqında birgə tədqiqatlar aparmaq arzusundayıq. Alimlərimiz arasında qarşılıqlı elmi mübadilənin olmasını, magistrantlarımız və gənc tədqiqatçılarımızın bir-biri ilə sıx əlaqələr qurmasını istəyirik”.
Görüşdə tarixçi alimlər Yaqub Mahmudov, Allahverdi Əlimirzəyev və Ramin Əlizadə Azərbaycan-Bolqarıstan əlaqələri tarixi və iki qardaş xalqın etnogenetik kökləri barədə ətraflı məlumat veriblər. Alimlərimizin məlumatları universitetin rektoru və görüşün digər iştirakçıları tərəfindən böyük maraq və razılıqla qarşılanıb.
Əldə olunan razılığa əsasən, yaxınlarda tərəflər müvafiq müqavilənin mətnini hazırlayıb bir-birinə göndərəcəklər.
Sonda rektora Qarabağın, İrəvan xanlığının tarixinə və erməni vandallarının məhv etdikləri tarixi abidələrimizə həsr olunan əsərlər təqdim olunub.
Xatırladaq ki, bundan əvvəl Şumen Universitetinin professoru, tarix elmləri doktoru Biser Georgiyev Tarix İnstitutunda olub və görüşdə iki qurum arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub. Razılığa əsasən, birgə kitablar çap ediləcək və elmi konfranslar keçiriləcək. Bundan başqa, Azərbaycan-Bolqarıstan əlaqələri tarixini araşdıran iki mərkəzin yaradılması da qərara alınıb.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!