İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
Tarix : 6-02-2019, 13:02
Prezident Kitabxanasında Yaqub Mahmudovun xarici dillərdə çap olunan kitablarının təqdimatı olub

Fevralın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun xarici dillərdə nəşr olunan kitablarının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində kitabxananın direktoru Mayıl Əhmədov çıxış edərək Yaqub Mahmudovun Azərbaycan tarix elminə verdiyi töhfələrdən və əsərlərinin əhəmiyyətindən danışıb.
Sonra çıxış edən Milli Məclisin deputatı Fəzail Ağamalı tarixçi alim Y.Mahmudovun milli dövlətçilik tariximizdə mühüm rol oynamış Ağqoyunlu və Səfəvi dövlətlərinin xarici siyasəti və diplomatik əlaqələri, Azərbaycan diplomatiyasının tarixi, xalqımızın etnik siyasi tarixi, dövlətçilik ənənələri və intibah mədəniyyəti, Azərbaycanın tarixi torpaqları və ayrılmaz hissəsi olan Qarabağ, Naxçıvan və İrəvanın etnik və siyasi tarixi, iqtisadi inkişaf mərhələləri, Heydər Əliyev şəxsiyyəti, onun zəngin irsinin və ideyalarının davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti və bu siyasətin uğurlarını Azərbaycan dövlətçiliyinin tarixi fonunda araşdırdığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə Tarix İnstitutunda son 15 ildə Azərbaycan tarixinin ən mühüm problemləri saxtalaşdırmalardan və təhriflərdən təmizlənib. İnstitutda Qarabağ, İrəvan, Naxçıvan, soyqırımları və itirilmiş torpaqların tarixi araşdırılaraq, tarixi həqiqəti əks etdirən əsərlər yazılıb.
Tədbirdə Tarix İnstitutunun elmi işlər üzrə direktor müavinləri, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli və digərləri çıxış edərək Y.Mahmudovun xarici dillərdə nəşr olunan əsərlərinin Azərbaycan tarixinin dünyaya çatdırılmasında mühüm rolunu vurğulayıblar. Bildirilib ki, Tarix İnstitutunun nəşrləri Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Latın Amerikası, Avropa, eləcə də ərəb ölkələrində yayılıb.
Sonda Prezident Kitabxanasının kollektivinə tədbirin təşkilinə görə təşəkkürünü bildirən Yaqub Mahmudov ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan tarixinə layiqli diqqət və qayğının göstərildiyini və Prezident İlham Əliyevin də bu işi uğurla davam etdirdiyini söyləyib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!