İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 19-12-2018, 15:37
Professor Məzahir Abasovun 100 illik yubileyi qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda 1941-1945-ci illər müharibəsi qəhrəmanı, "Şöhrət" ordenli professor Məzahir Abasovun (1918-2002) 100 illik yubileyi qeyd olunub.
Tarix İnstitutundan Olaylar.az -a verilən məlumata görə, tədbir AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən təşkil olunub.
Yubiley tədbirini giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, M.Abasov 1941-1945-ci illər müharibəsi tarixinin ilk tədqiqatçılarından biridir: "O, 1941-1945-ci illər müharibəsində alman faşist işğalçılarına qarşı qəhrəmanlıqla vuruşub".
Bildirilib ki, Məzahir Abasov İkinci Dünya müharibəsi zamanı Ukraynanın Sevastopol, Odessa şəhərlərinin və Qafqazın hava hücumundan müdafiəsində fəal iştirak edib. Onu ağır yaralı olanda Azərbaycanın tanınmış alimləri Əziz Əliyev və Mustafa Topçubaşov müalicə edib.
Qeyd olunub ki, M.Abasov tarixşünaslığımızda ilk dəfə olaraq 1941-1945-ci illər müharibəsi zamanı Bakının SSRİ-nin əsas yanacaq mənbəyi olduğunu sübut edib. O, bir hərbi təyyarəçi kimi "Mərdlik qanadlarında" adlı monoqrafiyasında ilk dəfə Azərbaycanın hərbi təyyarəçilərindən geniş səviyyədə söhbət açaraq, onların qəhrəmanlıqlarından nümunələr verib.
Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatı Eldar Quliyev, professor Musa Bağırov, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, yazıçı Georgi Zapletin və başqaları Məzahir Abasovun həyat və fəaliyyəti ilə bağlı çıxış ediblər.
M.Abasov 1998-ci ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunub.
Tədbirdə görkəmli alimin oğlu Əlövsət Abasov atasının xidmətlərinin yüksək qiymətləndirilməsinə, xatirəsinin əziz tutulmasına və tədbirin təşkilinə görə ailəsi adından minnətdarlığını bildirib.
Sonda "İgid şahin" adlı sənədli film nümayiş olunub.


Paylaş



Bölmə: Maarif / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!