Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
22-05-2024, 22:15
ADNSU-da əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib - FOTO


ADNSU-da əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir
keçirilib - FOTO


Azərbaycan Dövlət Neft Sənaye Universitetində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində tədbir keçirilib.
Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Unuversitetin əcnəbi tələbələrlə iş üzrə dekan müavini Tofiq Muradxanov, miqrasiya qanunvericiliyində baş verən son yeniliklər barədə əcnəbi tələbələrin mütəmadi maarifləndirilməsinin əhəmiyyəti barədə məlumat verib.
Layihə rəhbəri,Miqrasiya Əməkdaşlıq Platformasının Təhsil üzrə işçi qrupunun rəhbəri, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin sədri Vidadi Fətullayev qeyd etdi ki,44 günlük Vətən müharibəsindəki Şanlı Zəfərimizdən sonra,ölkəmizdə iqtisadi stabillik və yükşəlişin,həmçinin təhsil sahəsində aparılan ardıcıl islahatların nəticəsi olaraq əcnəbi tələbələrin ölkəmizin universitetlərinə marağı ildən-ilə artmaqdadır.Əcnəbi tələbələrin qeydiyyatı zamanı DMX elektron resurslarından istifadə istiqamətində maarifləndirmə işlərinin, əcnəbi tələbələrin və onlarla işləyən universitet əməkdaşlarının miqrasiya qaydaları üzrə biliklərinin artırılması və sənədləşmə işlərinin aparılma bacarıqlarının inkişaf etdirilməsində böyük rolu vardır.Azərbaycanda yaşayan bütün xarici ölkə vətəndaşlarının hüquq və azadlıqlarının tam şəkildə qorunduğunu vurğulayan layihə rəhbəri,əcnəbilərin cəmiyyətimizə inteqrasiyası sahəsində Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi və digər dövlət və ictimai qurumların koordinasiyalı şəkildə həyata keçirdikləri tədbirlər barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Azərbaycanda təhsil alan əcnəbilər arasında keçirilən bu kimi maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi tələbələrlə bağlı mövcud miqrasiya qaydaları və bu kateqoriyadan olan əcnəbilərin yol verdikləri hüquqpozmalar barədə danışıb.
Daha sonra, DMX Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini Sunay Quliyev, əcnəbi tələbələrlə bağlı elektron resurslardan istifadə qaydalarını əhatə edən təqdimatla çıxış edib.
Tədbir zamanı,əcnəbi tələbələrin və əməkdaşların sualları DMX Miqrasiya Proseslərinin tənzimlənməsi baş idarəsinin baş inspektoru Ruslan Ağayev tərəfindən ətraflı cavablandırılıb, miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəalarına dair izahatlar verilib.
İştirakçılara maarifləndirici buklet və kitabçaların paylandığı tədbirin sonunda çıxış edən,ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Rafiq Camalov və başqa çıxışçılar,əcnəbi tələbələrlə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər və görüşün keçirilməsinə dəstək olan bütün tərəfdaşlara dərin təşəkkürlərini bildiriblər.









Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı" ictimai birliyinin sədri
22-05-2024, 17:39
Nazir “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşdü - FOTO


Nazir “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşdü - FOTO

Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev bibliometrik və elmmetrik tədqiqatlar üzrə dünyanın ən nüfuzlu şirkətlərindən biri hesab edilən “Clarivate Analytics”in rəhbərliyi ilə görüşüb.
Şirkətin akademiya və hökumətlərlə iş üzrə prezidenti Bar Veinsteinin rəhbərlik etdiyi heyətlə görüşdə tərəflər son illərdə Azərbaycanın elmmetrik göstəricilərini müzakirə ediblər.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2023-cü ildən bütün elm və ali təhsil müəssisələrinin “Clarivate Analytics” şirkətinin “Web of Science” elmmetrik bazasına girişi təmin olunub.

21-05-2024, 17:34
İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyənləşdi


İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyənləşdi

“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları” təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsini Dövlət İmtahan Mərkəzi təşkil ediləcək. Test imtahanı bir mərhələdə keçirilir və proqrama uyğun olaraq hazırlanmış 30 test tapşırığından ibarətdir.
İxtisas şəhadətnaməsinin verilməsi üçün haqq tutulmur.
Eyni zamanda ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manat müəyyən edilib.
21-05-2024, 16:30
Ən yüksək balı bu məktəbin şagirdi topladı


Ən yüksək balı bu məktəbin şagirdi topladı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 5 may 2024-cü il tarixində keçirilən imtahanların nəticələri elan olunub.
Bu imtahanlarında iştirakı nəzərdə tutulan 11948 nəfərdən 1335 nəfər imtahana gəlməyib.
İmtahanda ən yüksək nəticəni 296,6 bal toplayan Masallı rayonu, Həsənli kənd orta məktəbinin 2023-cü il məzunu göstərib.
Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
21-05-2024, 16:27
Mayın 5-də keçirilən imtahanın nəticələri açıqlandı


Mayın 5-də keçirilən imtahanın nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 5 may 2024-cü il tarixində keçirilən imtahanların nəticələri elan olunub. Bu barədə DİM-dən xəbər verilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən 5 may 2024-cü il tarixində keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən //www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=58 öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən //eservices.dim.gov.az/2023/netorta/ istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanlarında iştirakı nəzərdə tutulan 11948 nəfərdən 1335 nəfər imtahana gəlməyib.
İmtahanda ən yüksək nəticəni 296,6 bal toplayan Masallı rayonu, Həsənli kənd orta məktəbinin 2023-cü il məzunu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 22 may saat 10:00-dan 24 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (//eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
21-05-2024, 14:48
Görüntüləri yayılan məktəb direktoru işdən qovuldu


Görüntüləri yayılan məktəb direktoru işdən qovuldu

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.
Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi açıqlama yayıb.
Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Ağstafanın Yenigün kənd orta məktəbinin kollektivi təhsil ocağının Tamella Bayramovadan narazı olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, dörd ildir məktəbə rəhbərlik edən şəxs şagirdlərlə və müəllimlərlə çox kobud rəftar edib.
20-05-2024, 19:48
Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə


Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə

Mayın 20-23-də magistratura səviyyəsinin 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək üçün qabiliyyət imtahanlarına qeydiyyat aparılacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı mayın 23-ü saat 23:59-dək aparılacaq.
Qeydiyyatdan keçən bakalavrlar mayın 27-dən etibarən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Qabiliyyət imtahanlarının iyun ayının birinci yarısında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və qeyri məqbulla qiymətləndirilir. Qabiliyyət imtahanlarından məqbul qiymət alan bakalavrlar müsabiqədə test imtahanının nəticəsi ilə iştirak edirlər.
Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti” və “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə xüsusi buraxılışlarından əldə etmək mümkündür.
20-05-2024, 16:51
Prezident Qarabağ Universitetinə rektor təyin etdi


Prezident Qarabağ Universitetinə rektor təyin etdi

Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb. Universitet 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Ali təhsil ocağında ilkin mərhələdə 1 000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.
20-05-2024, 16:12
Qarabağ Universiteti üzrə Çağrı Mərkəzi yaradıldı


Qarabağ Universiteti üzrə Çağrı Mərkəzi yaradıldı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin (146) 146 – 6 – 1 xidməti vətəndaşların Qarabağ Universiteti ilə bağlı müraciətlərini cavablandıracaq.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Vətəndaşlar Qarabağ Universiteti ilə bağlı müvafiq nömrəyə zəng edə və suallarına qısa müddətdə cavab ala bilərlər.
Qeyd olunub ki, universitetlə bağlı sualların cavablandırılması üçün +994 70 812 10 10 vatsap nömrəsi də istifadəyə verilib.
18-05-2024, 17:17
Məleykə Abbaszadədən abituriyentlərə çağırış


Məleykə Abbaszadədən abituriyentlərə çağırış

Abituriyentlər yalnız öz güclərinə güvənsinlər. İmtahana hansısa qurğu ilə keçməsinlər. Təəssüflət olsun ki, biz hər il belə halları müşahidə edirik.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AZƏRTAC-a müsahibəsində söyləyib.
M.Abbaszadə qeyd edib ki, abituriyentlər sənədlərlə də diqqətli olmalıdırlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!