Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
3-07-2023, 11:38
BSU-nun rektoru tələbələrin 30 faiz artacağını bildirdi


BSU-nun rektoru tələbələrin 30 faiz artacağını bildirdi

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev 2023/2024-cü tədris ilində universitetdə balkanistika ixtisasının açılacağını, bu istiqamətdə tədrisi həyata keçirmək üçün müvafiq işlərin görüldüyünü bildirib. Sözügedən ixtisasın balkanşünaslıq istiqamətində yeni gənc mütəxəssislərin hazırlanmasına, eyni zamanda, gələcəkdə həmin məzunların tədris prosesinə cəlb olunmasına imkan yaradılacağını vurğulayıb. Anar Nağıyev yeni tədris ilində Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Özbəkistanın Daşkənd Dövlət Pedaqoji Universiteti ilə BSU-nun birgə üçlü layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib. Polşa Ali Təhsil Agentliyinin xətti ilə müəllim mübadiləsi üzrə mövcud müqavilədən söz açan rektor bu ilin oktyabrından Polşadan iki müəllimin universitetə gələcəyini deyib. O, həmçinin qeyd edib ki, Polşanın və Bolqarıstanın tərəfdaş universitetləri ilə tələbə mübadiləsi həyata keçirilir. Keçən tədris ilində iki tələbə Polşada təhsil alıb. O, qeyd edib ki, bu il beş tələbə və iki müəllimin Bolqarıstanda yay məktəbində iştirakı nəzərdə tutulub. BSU-da 100-ə yaxın əcnəbi tələbənin təhsil aldığını deyən Anar Nağıyev bu kontingentin Türkiyə, Rusiya, Belarus, Macarıstan və digər ölkələri əhatə etdiyini bildirib. Rektor Polşa, Şimali Makedoniya, Çexiya, Bolqarıstan universitetləri ilə ikili diplom proqramları üzrə işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda, o, qeyd edib ki, bu günlərdə Türkiyənin Türk-Alman Univeristeti ilə əməkdaşlıq müqaviləsi bağlanıb. 2023/2024-cü tədris ili üçün qəbul aparılan yeni ixtisaslara toxunan rektor deyib ki, keçən il bakalavriat səviyyəsinə iki yeni ixtisasa – “Psixologiya” və “Korreksiyaedici təlim” ixtisasına qəbul aparılıb. Bu il isə bakalavriat səviyyəsinə dörd yeni ixtisasa - "Politologiya", “Tarix müəllimliyi”, "Tərcümə" (rus dili-türk dili), "Filologiya" (türk dili və ədəbiyyatı) ixtisaslarına, magistratura səviyyəsinə isə “Menecment” (təhsil sahəsi üzrə) ixtisasına qəbul aparılır. Keçən ilki qəbulda plan yerlərinin dolduğunu bildirən Anar Nağıyev bu il daha yüksək nəticənin gözlənildiyini bildirib. “Bu il təxminən 30 faizədək yeni qəbul gözləyirik. Yeni ixtisaslara qəbul aparıldıqdan sonra BSU-nun tələbə kontingentinin sayının artacağı gözlənilir”- deyə o, qeyd edib.
29-06-2023, 16:43
Xınalıq kəndindən olan məktəbli İngiltərəyə yollanır


Xınalıq kəndindən olan məktəbli İngiltərəyə yollanır

Bir müddət əvvəl sosial şəbəkələrin Azərbaycan seqmentinin qəhrəmanına çevrilən Xınalıqdan olan məktəbli İbrahim Zeynalov İngiltərəyə yollanır. Polşalı blogerlə ingilis dilində danışaraq qədim Xınalıq kəndi haqqında ətraflı məlumat verməsi ilə məşhurlaşan İbrahim Londonda 15 günlük yay məktəbində iştirak edəcək. Balaca istedad Birləşmiş Krallığa iyul ayının 6-da yola düşəcək. İbrahim Zeynalovun yay məktəbində iştirakı Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD Azərbaycan) tərəfindən təşkil olunub. İbrahim Zeynalov Rüfət Kəlbiyev adına Quba rayon Xınalıq kənd internat tam orta məktəbinin VII sinifində təhsil alır. Onun atası Bəhmən Zeynalov 11 ildir Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq" Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda ekskursiyaçı-bələdçi vəzifəsində çalışır. Zeynalovlar ailəsi 5 nəfərdən ibarətdir. İbrahimin özündən kiçik bir bacısı və bir qardaşı var. “İbrahim gələn həftə bir qrup azərbaycanlı məktəbli ilə birlikdə İngiltərəyə yola düşür. Yay məktəbində iştirak edəcək. İnanıram ki, bu səfər onun dünyagörüşünün artmasına, ingilis dilində daha səlis danışmasına kömək olacaq”,-deyə İbrahimin atası Bəhmən Zeynalov söyləyib. Xınalıq kəndi Qubaya gələn turistlərin ən çox səfər etdiyi məkanlardandır. Dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir.
24-06-2023, 15:14
“Heydər Əliyev adına təqaüd”ün təsisiylə bağlı sərəncam imzalandı


“Heydər Əliyev adına təqaüd”ün təsisiylə bağlı sərəncam imzalandı

“Heydər Əliyev adına təqaüd” təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib. Təsis edilən təqaüd Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində birdəfəlik veriləcək. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
21-06-2023, 17:12
Şəhid anası 59 balla rekord nəticəyə imza atdı


Şəhid anası 59 balla rekord nəticəyə imza atdı

Müəllimlərin sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ikinci günü başa çatıb. Şəhid, Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun anası Südabə Qaziyeva sertifikatlaşdırma imtahanında rekord nəticəyə imza atıb. Belə ki, Zaqatala rayonunun Aşağı Tala kəndindəki 3 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyən Südabə Qazıyeva 67 dəqiqədə 59 bal toplayıb.
21-06-2023, 12:02
Məktəblərdə keçirilən imtahan nəticələriylə razı deyilik - DİM sədri


Məktəblərdə keçirilən imtahan nəticələriylə razı deyilik - DİM sədri

"Məktəblərdə keçirilən imtahanların nəticələri ilə tam razı olduğumuzu deyə bilmərəm. Burada daha yaxşı nəticələr görmək istəyərdik". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib. Onun sözlərinə görə, son üç il pandemiya dövrünə təsadüf etdiyindən müsbət istiqamətdə gedən dəyişikliklər qeydə alınmasa da, mənfi tendensiya da müşahidə olunmayıb: "Amma bununla yanaşı dəyişmə sürəti yüksək olmasa da, müsbət tendensiyalar var. Bu ilin buraxılış imtahanlarının nəticələri ilə bağlı danışarkən məzunlar xarici dili BB1 səviyyəsinə uyğun olaraq bilir. Bu proses daimi gedir". "29 il ərzində aparılan anket sorğularının nəticəsinə görə təsdiq olunur ki, hər il qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən uşaqların heç olmasa bir valideyni ali təhsillidir. Ən yüksək nəticə göstərən məzunların nəticəsi valideynlərinin təhsilindən asılıdır. Bu, elmi əsaslı faktdır", - DİM sədri əlavə edib.
21-06-2023, 10:38
Bəzi ixtisasların tədris müddətini azaltmağı düşünürük - Nazir


Bəzi ixtisasların tədris müddətini azaltmağı düşünürük - Nazir

"Bəzi ixtisasların tədris müddətinin 4 ildən 3 ilə salmaq barədə düşünməyə başlamışıq". Bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bəzən dünya ölkələrində bəzi ixtisasların 3 il yox, 2 il tədris edildiyi barədə yanlış təqdimatlar olur: "Bu o halda mümkündür ki, həmin ixtisas üçün gələn insanın səriştələsi var. Əslində, proqramı 2 illik də tərtib etmək olar. Yəni mümkündür. Amma baza bacarıqları yoxdursa, alınmayacaq". E.Əmrullayev bildirib ki, hazırda bəzi ixtisasların tədris müddətinin azaldılması üzərində ciddi iş gedir: "Hesab edirəm ki, bu, faydalı olacaq. Misal olaraq, bu dəyişiklikliyi informasiya texnologiyaları sahəsində etmək mümkün ola bilər. Ali təhsil müəssisələrində tədris olunan hər bir fənn əmək bazarı üçün vacibdir, yoxsa yox? Bu suala cavab tapmaq lazımdır. Bir çox texniki və yardımçı vəzifələr üçün iş tapmaq baxımından qısa müddətli kursların müsbət təsirləri var".
20-06-2023, 17:28
57 yaşlı müəllim maksimal balı topladı


57 yaşlı müəllim maksimal balı topladı

Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edən 57 yaşlı müəllim maksimal – 60 bal toplayıb. Bu, Salyan rayonunun Salman Zəfərov adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyevadır. Bununla bağlı Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşım edib. Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.
20-06-2023, 17:10
I və IV ixtisas qrupları üzrə imtahan nəticələri açıqlandı


I və IV ixtisas qrupları üzrə imtahan nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 3-4 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. DİM-dən verilən xəbərə görə, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 34440 abituriyentdən (I qrup üzrə 28864 nəfər, IV qrup üzrə 5576 nəfər) 1687 nəfəri (I qrup üzrə 1458 nəfər, IV qrup üzrə 229 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) 2 nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər. I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692.8 bal) isə Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzununa məxsusdur. O, imtahanın I mərhələsində 295.8, II mərhələsində isə 397 bal toplayıb. Bu imtahanda IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 295.8, ikinci mərhələsində 390.2 bal toplayıb. Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 23 iyun 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22 iyun saat 10:00-dan 24 iyun saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
19-06-2023, 14:50
Yaşı 60 və yuxarı olan müəllimlər MİQ imtahanında iştirak etməyəcək


Yaşı 60 və yuxarı olan müəllimlər MİQ imtahanında iştirak etməyəcək

Yaşı 60 və yuxarı olan müəllimlərin MİQ imtahanında iştirakı ləğv edilib. Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib. "20-24 iyul tarixində keçirilən imtahanda yaşı 60 və daha artıq olan müəllimlərin iştirakı nəzərdə tutulmur. Könüllü də iştirak edə bilməyəcəklər. Onların iştirakı ləğv olunub", - deyə qurum rəhbəri qeyd edib.
18-06-2023, 13:56
SABAH qruplarının test imtahanı keçirildi


SABAH qruplarının test imtahanı keçirildi

Bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanda 2978 tələbənin iştirakı gözlənilirdi. İmtahanın idarəolunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 277 nəzarətçi-müəllim, 37 buraxılış rejimi əməkdaşı (mühafizə), 13 bina nümayəndəsi ayrılıb. İlkin məlumatlara əsasən 1 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb. İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!