Putindən sonra Zelenski ilə danışdı .....                        Bakı-Tbilisi-Bakı qatarı fəaliyyətə başlayır? - Kobaxidzedən AÇIQLAMA .....                        Koalisiya danışıqları növbəti dəfə uğursuz oldu .....                        Putin Trampı Moskvaya dəvət etdi .....                        11-ci sinif şagirdi vəfat etdi .....                        Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı açıqlandı .....                        Putin onunla ilk dəfə danışdı .....                        Prezident bu quruma Agentlik statusu verdi .....                        Arxalanacağımız dostlara malik olmaq çox vacibdir .....                       
19-09-2022, 18:10
UNEC-də müəllimlərin maaşı 50 faiz artırılıb


UNEC-də müəllimlərin maaşı 50 faiz artırılıb

UNEC-də saathesabı qaydada dərs deyən müəllimlərin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə əməkhaqları artırılıb. Butov.az xəbər verir ki, UNEC-in Elmi Şurası saathesabı qaydada aparılan dərslərə görə (Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH mərkəzi, BMDM, UNEC Biznes Məktəbi istisna olmaqla) müəllimlərə ödənilən məbləğin 2022/2023-cü tədris ilindən 50 faiz artırılması barədə qərar qəbul edib. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində isə saathesabı qaydasında aparılan dərslərin hər saatına görə ödənişin məbləği 22 manatdan 27 manatadək yüksəldilib.
16-09-2022, 17:33
Qarabağda tikiləcək məktəblərin sayı açıqlandı


Qarabağda tikiləcək məktəblərin sayı açıqlandı

2022-2023-cü tədris ili üzrə Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərində orta ümumtəhsil məktəblərinin tikintisi aparılacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Şuşa şəhərində 960 yerlik 1 nömrəli tam orta məktəbin tikintisi davam etdirilir. Həmçinin Ağdam şəhərində 1 nömrəli tam orta məktəbin tikintisi aparılır. Füzuli şəhərində artıq 960 yerlik tam orta məktəbin inşasına başlanılıb. Yaxın zamanda isə Cəbrayıl şəhərində 960 yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəb, həmçinin Şuşa Real Məktəbi və Füzuli Peşə liseyinin binalarının tikintisinə start veriləcək.
13-09-2022, 19:03
Gömrük Akademiyasına qəbul olan 29 tələbə 600-dən çox bal toplayıb


Gömrük Akademiyasına qəbul olan 29 tələbə 600-dən çox bal toplayıb

Bu tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasına bakalavriat səviyyəsində 5 ixtisas üzrə 140, magistratura səviyyəsində 2 ixtisas üzrə 9 tələbə qəbul olunub. Butov.az xəbər verir ki, 2022/2023-cü tədris ilində Akademiyaya qəbul olan 29 tələbə – qəbul olmuş tələbələrin 20 faizdən çoxu 600-dən çox bal toplayıb. Bunlardan 12 nəfəri İnformasiya təhlükəsizliyi, 9 nəfəri “İnformasiya texnologiyaları” ( tədris ingilis dilində), 7 nəfəri “Hüquqşünaslıq”, 1 nəfəri isə “Beynəlxalq ticarət və logistika” (tədris ingilis dilində) ixtisası üzrə qəbul olunub. Akademiyaya builki qəbulda ən yüksək göstəricini 656,9 balla İnformasiya texnologiyaları ixtisası üzrə İsmayılov Rüfət toplayıb. Bu il Akademiyada bakalavriatura səviyyəsinə I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları” (tədris ingilis dilində), II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika” (tədris Azərbaycan və ingilis dillərində), III ixtisas qrupu üzrə “Hüquqşünaslıq” ixtisasına, həmçinin magistratura səviyyəsinə "Gömrük işi" və "Beynəlxalq iqtisadi hüquq" ixtisaslarına qəbul aparılıb. Qeyd edək ki, 2022/2023-cü tədris ilindən etibarən “İnformasiya texnologiyaları” və “Beynəlxalq ticarət və logistika” ixtisasları üzrə ilk dəfə olaraq tədrisin ingilis dilində təşkil olunacağı qruplara tələbə qəbul edilib.
12-09-2022, 19:52
Bakı məktəbliləri əvvəlki formaları ilə məktəbə gələcəklər


Bakı məktəbliləri əvvəlki formaları ilə məktəbə gələcəklər

2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması məcburi deyil. Yeni məktəbli forması ala bilməyən şagirdlər ötən tədris ilindəki geyimlərindən istifadə edə bilərlər. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir. Yeni dərs ili üçün valideynlər yalnız könüllülük əsasında övladlarına yeni məktəbli formaları ala bilərlər. Yeni məktəbli forması almayan şagirdlər isə məktəbə əvvəlki məktəbli geyimində və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər. Məktəb direktorlarının bütün bu məsələləri nəzərə alması və diqqət mərkəzində saxlaması zəruridir. Onu da qeyd edək ki, öz seçimi əsasında qərar vermiş valideynlərin yeni məktəbli formalarını "Bakı Tikiş Evi"ndən alması da mütləq deyil. Məktəb rəhbərləri tərəfindən valideynlərə yeni məktəbli formasının alınması ilə bağlı hər hansı bir məcburi yönləndirmə olarsa, valideynlərdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat vermələri xahiş olunur.
12-09-2022, 19:13
Peşə məktəblərində oxuyanlara təhsil krediti veriləcək


Peşə məktəblərində oxuyanlara təhsil krediti veriləcək

“Texniki peşə məktəblərində təhsil alanlara təhsil tələbə kreditlərinin verilməsi məsələsi müzakirə olunur”. Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev deyib. Onun sözlərinə görə, hazırda yüksək texniki peşə təhsili müəssisələrində təhsil alanlara növbəti ilin sentyabrından texniki peşə təhsili üzrə təhsil alanlara da təhsil tələbə kreditlərinin verilməsinə başlanıla bilər.
10-09-2022, 15:50
İlham Əliyev Binəqədidə məktəb açılışında


İlham Əliyev Binəqədidə məktəb açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Butov.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən məktəblərdə şagird sıxlığı ilə əlaqədar yeni ümumi təhsil müəssisəsinin tikintisinə zərurət yarandığından Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə əhali sıxlığı və məktəb tutumu nəzərə alınaraq bu məktəbin layihəsi hazırlanıb. Tikintisinə 2020-ci ilin noyabrında başlanılan 1600 şagird yerlik məktəbdə 63 sinif, 4 informatika otağı, 2 məktəbə qədər hazırlıq otağı, 5 STEAM otağı, 2 idman zalı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika kabineti, kimya və biologiya laboratoriyaları, kitabxana, 200 yerlik yeməkxana və 520 nəfərlik akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 17 min 254 kvadratmetrdir. Prezident İlham Əliyev bu təhsil ocağının məktəbəhazırlıq qrupu, fizika kabineti, informatika otağı, kitabxana, idman zalı, kimya laboratoriyası, yeməkxana, çağırışa qədər hərbi hazırlıq otağında, STEAM otaqlarında yaradılan şəraitlə tanış oldu. STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir. Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Yeri gəlmişkən, 2022-2023-cü tədris ilində 70-ə yaxın məktəb binası tikiləcək və ya əsaslı təmir edilərək istifadəyə veriləcək. Bu məktəblərdən 30-u modul tiplidir.







9-09-2022, 18:30
UNEC daha bir ilkə imza atır


UNEC daha bir ilkə imza atır

UNEC yeni tədris posesində yenidən ilkə imza atır. Butov.az xəbər verir ki, UNEC-də yeni tədris ilindən seçilmiş qruplar üzrə dərslər Flipped Education (çevrilmiş) tədris metoduna uyğun təşkil olunacaq. Harvard, Kaliforniya, Vaterloo, Branston kimi dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun əsas özəlliyi tələbələrə dərs zamanı ötürüləcək biliklərin elektron resurslar formasında hazırlanaraq, dərsdən öncə təqdim olunmasıdır. Dərs zamanı isə tələbələrin mənimsədikləri biliklərin praktiki bacarıq və tətbiqlərə çevrilməsi prosesi həyata keçirilir. Elektron resurslara mövzular üzrə mühazirələrin audioyazıları, mövzuların suallarının izahlarını əhatə edəcək videoyazılar, animasiya və təqdimatlar daxildir. Elektron resurslarla yanaşı, dərsdən kənar saatlarda da müəllim-tələbə arasında mövzu üzrə tapşırıqların ötürülməsi, cavablandırılması və müzakirələrin keçirilməsi üçün UNEC Eduman sistemi üzərindən kommunikasiya paneli də yaradılıb. Platformadan müəllim-tələbə ilə yanaşı, tələbələr də öz aralarında keçilən mövzular üzrə müzakirələr apara biləcəklər.
9-09-2022, 17:55
Minlərlə müəllim sentyabrdan maaşına əlavələr alacaq


Minlərlə müəllim sentyabrdan maaşına əlavələr alacaq

“Sertifikatlaşma prosesindən öncə gedən dedi-qodulara baxmayaraq, 98 faiz müəllim sertifikasiya prosesində iştirak etdi”. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. E.Əmrullayev sertifikasiyada iştirak edən müəllimlərə təşəkkür edib: “Prosesin sonunda yaxşı nəticələrlə qarşılaşdıq. Artıq minlərlə müəllimin sentyabrdan başlayaraq əməkhaqqına əlavələr olacaq”.
8-09-2022, 23:00
Məktəblərdə 3 mindən çox müəllim yeri boşdur


Məktəblərdə 3 mindən çox müəllim yeri boşdur

Azərbaycanda məktəblər üzrə təxminən 3 mindən çox müəllim yeri vakantdır. Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, vakant yerlər dərs saatları daha az olan və ucqar rayonlarda yerləşən məktəblərdədir: "Bu il təxminən həm müddətli, həm də müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul olacaq".
7-09-2022, 19:00
Məktəbli formaları ilə bağlı məcburiyyət yoxdur


Məktəbli formaları ilə bağlı məcburiyyət yoxdur

Yeni məktəbli formaları ilə bağlı problemlər bəzən valideynlərin məlumatsızlığı, bəzən də doğru ünvanlara müraciət etməmələri səbəbindən ortaya çıxır. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı, tikişi ilə məşğul olan qurum deyil: “Biz yalnız həmin formaların nümunəvi, tövsiyə edilən formada olmasına nəzarət edirik. Burada məcburiyyət yoxdur. Burada məktəb kollektivi və məktəbin qərarı olmalıdır. Ümumilikdə formaların olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı olarsa, valideynlər Bakı Şəhəri Təhsil İdarəsi və regional idarələrə müraciət etməlidirlər. Bu halda, həmin müraciətlərə baxıla və ölçü götürülə bilər”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!