Cəlilabadda itkin düşən gənc Bakıda tapıldı .....                        İrana quru əməliyyatı? - Trampdan cavab .....                        Azərbaycanda axund 16 yaşlı qızı qaçırıb .....                        Tramp İrana dair xüsusi iclas keçirdi .....                        Paşinyan Ərdoğanla görüşündən yazdı .....                        İranda güclü zəlzələ .....                        Hidayət Heydərov komissiyaya üzv seçildi .....                        Ermənistanın işğalçılıq siyasəti ifşa edildi .....                        Ərdoğanla Paşinyanın görüşü başa çatdı - Nələr müzakirə edildi? .....                       
3-05-2024, 20:22
Ulu Öndər Abşeron Rayonunda anıldı


Ulu Öndər Abşeron Rayonunda anıldı

Bu gün Xırdalan şəhərində Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirildi. İcmanın Abşeron rayonu üzrə nümayəndəsi, İqtisad elmləri üzrə fəlsəfə doktoru Bilman Vəliyev qonaqları salamladıqdan sonra hər kəsi sayğı duruşuna dəvət etdi. Ulu Öndərin və şəhidlərimizin xatirəsi sükutla yad edildi. Ardınca dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən film nümayiş olundu. Filmin nümayişi zamanı duyğulu anlar yaşandı. Ulu öndərin gənclik illərindən tutmuş müstəqil Azərbaycanın dövlət quruculuğuna qədər keçdiyi gərgin və qürurverici, şərəfli ömür yolu öz əksini tapmışdı filmdə.


Bilman Vəliyev uzun illər Abşeron rayonunda çalışdığından Heydər Əliyevin Abşeron rayonuna təyin etdiyi kadrların işinin şahidi olduğunu, özünün də 1980-ci illərdə Heydər Əliyevin xeyir-duası ilə Rusiyanın ali məktəbində təhsil aldığını bildirdi. Onun Gənclər siyasətinə dair nümunələr gətirdi.
Abşeron Rayon Ağsaqqallar şurasının sədri,

Şəhid atası Nizami Zalov Ulu Öndərin Naxçıvanın ağır günlərindəki fəaliyyətindən, Ordu quruculuğu siyasətindən, Azərbaycan gənclərinə müraciətindən, Füzuli istiqamətində gedən döyüşlər zamanı əsgərlərlə bərabər səngərə girib onların döyüş ruhunu, vətənpərvərlik hissini necə yüksəltməsindən danışdı. Onun bütün həyat və fəaliyyətini xalqa rəhbərliyin nümunəsi kimi səciyyələndirdi.

Gənclərlə iş üzrə məsul şəxs Heydər Vəliyev Ulu Öndərin tərcümeyi halını- doğum günündən son gününədək, xronoloji ardıcıllıqla əzbərdən dedi. Azərbaycanda 2 fevralın Gənclər Günü kimi qeyd olunmasını da Heydər Əliyevin gənclərə olan diqqətinin təzahürü olaraq dəyərləndirdi.
Bilman Vəliyev Əməkdar müəllim Teyyibə Hüseynovanı “Heydər Əliyevin 100 illiyi (1920-2023)” yubiley medalı ilə təltif olunması münasibəti ilə təbrik etdi. Təbrikə görə minnətdarlığını bildirən Teyyibə xanım Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına nə qədər diqqət göstərməsini Ali Baş Komandanın qədim yurd yerlərimizə bağlılığının ifadəsi kimi səciyyələndirdi. O, İrəvanın 1918-ci ildə paytaxt olaraq ermənilərə verilməsindən, Zəngəzurun Sovet imperiyası tərəfindən haylara bağışlanmasından, Naxçıvanın ana vətəndən ayrı düşməsindən, Mehrinin, Qafanın ermənilərə bağışlanmasının acılarından yana-yana danışdı.

Qeyd etdi ki, 1929-cu ildə Naxçıvanın 657 kv km ərazisi ermənilərə verilmiş, ana yurdum Nüvədi də elə o vaxtdan əsir düşmüşdü . Məhz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra hayların torpaqlarımızı qayçılamasına son qoyuldu.
Azərbaycan əhalisinin deportasiya və soğyqırımına hüquqi-siyasi qiyməti də Ulu Öndər verdi.
Ziyalılar adından çıxış edən şair Sədayət Sədad Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Bizə qismət verdi Böyük Yaradan” şeirini oxudu. Şeir alqışlarla qarşılandı.

Bizi qurtarmaqçün böyük bəladan,
Haqq özü göndərdi bir müdrik insan.
Elmdə, hünərdə yox tayı inan!
Bizə qismət verdi Böyük Yaradan.

Siyasət elminin şahı, sultanı,
Yetirdi bizlərə Heydər babanı.
Sərvəti bol olan Azərbaycanı,
Bizə qismət verdi Böyük Yaradan.

Safdı əqidəsi, pakdı vicdanı,
Dünyaya tanıtdı Azərbaycanı.
Müdrik rəhbəri, müdrik insanı,
Bizə qismət verdi Böyük Yaradan.

Alovlu çıxışı, odlu nəfəsi,
Dünyaya səs saldı onun haqq səsi.
Çətin bir zamanda, əvəzsiz şəxsi,
Bizə qismət verdi Böyük Yaradan.

Aləmə yayıldı şöhrəti, şanı,
Yazılacaq neçə “Heydər” dastanı.
Hər yanda tanıdan eli - obanı,
Bizə qismət verdi Böyük Yaradan.

Dolandı dünyanı, gəzdi səngəri,
Tarix az yetirir belə sərvəri.
Bütün elmlərdən vardı xəbəri,
Bizə qismət verdi Böyük Yaradan.

Millət görməmişdi, belə rəhbər,
O, xalqı səslədi,xalq dedi Heydər !
Sədad deyir, bir inciydi bu bəşər,
Bizə qismət verdi Böyük Yaradan.

Sonda Xatirə şəkli çəkdirildi.












3-05-2024, 17:59
Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır - Zaxarova


Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır - Zaxarova

Ermənistan KTMT-dən çıxa bilər, ya da çıxa bilməz məsələsilə bağlı sual rəsmi İrəvana ünvanlanmalıdır. Biz erməni tərəfdaşlarımızın xarici siyasət kursunu, suveren hüququnu şübhə altına almırıq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
“Xatırladıram ki, Nizamnamənin 19-cu maddəsində KTMT-dən çıxmaq imkanı təsbit olunub. Bu halda dövlət KTMT üzrə öhdəliklərini həll etdikdən sonra çıxma tarixinə altı aydan gec olmayaraq rəsmi bildiriş göndərməlidir”.
Zaxarova deyib ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalmaqda davam edir və müvafiq öhdəlikləri, o cümlədən 1992-ci il tarixli Kollektiv Təhlükəsizlik Müqaviləsi və 2002-ci il tarixli Nizamnaməni, habelə digər sənədlərlə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürməlidir.
Biz qəti əminik ki, istənilən halda KTMT Avrasiyada sülhün təhlükəsizliyinin, eləcə də ona üzv dövlətlərin təhlükəsizliyinin qorunmasına cavabdeh olan effektiv strukturdur və belə də qalacaq”.
3-05-2024, 17:33
Bu şəxslərə də elektron qaydada pensiya təyin olunacaq - Nazirlik


Bu şəxslərə də elektron qaydada pensiya təyin olunacaq - Nazirlik

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə edilən yeni dəyişiklik uşaqlara görə güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiya hüququ olan şəxslərə də pensiyanın proaktiv təyin edilməsinə imkan yaradacaq.
Bu vaxta qədər 5 və daha çox uşağı olan şəxslərə güzəştli şərtlərlə pensiya təyinatı üçün Qanunda həmin uşaqların səkkiz yaşınadək onlar tərəfindən tərbiyə etmə və böyütmə tələb olunurdu. Bu fakt da yalnız vətəndaşın təqdim etdiyi arayış əsasında təsdiq edilirdi.
Yeni dəyişikliklə artıq bu tələb aradan qalxıb və bu pensiya növünün də proaktiv təyinatına artıq maneə qalmır.
Eyni zamanda, Qanunun 8.1-ci maddəsində göstərilir ki, qadınlar öz uşaqlarından əlavə övladlığa və ya qəyyumluğa uşaq götürüb 8 yaşınadək tərbiyə etdikdə və uşaqların sayı öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda onların da 5 il erkən pensiya hüququ var. Yeni dəyişikliklə övladlığa və ya qəyyumluğa götürülən həmin uşaqların yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar olması şərti ilə bu hüquq yaranacaq.
Həmçinin əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərlə yanaşı, əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürmüş şəxslərə də uşaqlara görə güzəştli şərtlərlə pensiya hüququ veriləcək.
Bu da övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, müvafiq dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdırmaq məqsədi daşıyır.
Eləcə də bu vaxtadək ana vəfat etdiyinə və ya valideynlik hüququndan məhrum edildiyinə, yaxud ana ilə nikaha xitam verildiyinə görə 5 və daha çox uşağını və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara 5 il erkən pensiyaya çıxmaq hüququ verilirdi.
Yeni dəyişiklik həmin atalara artıq növbəti nikaha daxil olduqları halda da bu hüququn şamil olunmasını nəzərdə tutur.




3-05-2024, 17:25
Naxçıvan Dövlət Universiteti barədə yeni qərar


Naxçıvan Dövlət Universiteti barədə yeni qərar

Naxçıvan Dövlət Universitetinin yenidən təşkil olunacaq.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Naxçıvan Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Naxçıvan Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
3-05-2024, 17:18
İlham Əliyev fərman imzaladı


İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb.
Fərmana əsasən, dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələrinə daxil olan sektorlar üzrə strateji planların, habelə bu planlar əsasında həmin sektorların ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanması və aidiyyəti üzrə təqdim olunması işi davam etdirilməlidir.
Növbəti ortamüddətli dövr (2025 – 2028-ci illər) ərzində dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Səhiyyə”, “Sosial müdafiə və sosial təminat”, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölmələrinə daxil olan sektorlar ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb ediləcək.
Nazirlər Kabinetinə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan sektorlarda yeni büdcə mexanizminin tətbiqi və potensialın artırılması istiqamətində zəruri tədbirlər həyata keçirməsi, sektorlar üzrə strateji planların hazırlanması qaydasını, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, 5 ay müddətində təsdiq edib Prezidentə məlumat verilməsi, eləcə də Fərmandan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.
3-05-2024, 17:05
Kəlbəcərdə həlak olan hərbçimiz bu rayondandır


Kəlbəcərdə həlak olan hərbçimiz bu rayondandır

Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib.
Həlak olan hərbçimiz Yevlax rayonundandır.
Fuad Əhmədov 1986-cı ildə bu rayonda anadan olub.
Allah rəhmət eləsin!
3-05-2024, 16:57
Prezident əmək pensiyaları ilə bağlı qanunu təsdiqlədi


Prezident əmək pensiyaları ilə bağlı qanunu təsdiqlədi[/size]

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq.
Prezident İlham Əliyev bununla bağlı “Əmək pensiyaları haqqında” qanunu təsdiqləyib.
Qanun həqiqətən övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq, habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaq.
3-05-2024, 16:51
Ermənistan İranla daha bir sənəd imzaladı


Ermənistan İranla daha bir sənəd imzaladı

İrəvanla Tehranın qarşılıqlı fəaliyyətində mədəni əməkdaşlıq xüsusi yer tutur. Bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanpurla görüşdə deyib.
Bu barədə Ermənistan müvafiq nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan və İran arasında 2024-2027-ci illər üçün mədəni əməkdaşlıq proqramı imzalanıb. Ermənistan tərəfdən sənədi təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan imzalayıb.
Nazir Janna Andreasyan əmin olduğunu bildirib ki, bu proqramın həyata keçirilməsi hər iki ölkənin müxtəlif mədəniyyət müəssisələri, eləcə də yaradıcı qrupları arasında əməkdaşlığı genişləndirəcək və dərinləşdirəcək, Ermənistan və İranda keçirilən beynəlxalq mədəni tədbirlərdə iştirak edəcək, təcrübə mübadiləsi aparacaq.
3-05-2024, 16:45
Putin Rahmonla terror təhlükəsini müzakirə etdi


Putin Rahmonla terror təhlükəsini müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin və Tacikistan prezidenti Emoməli Rahmon terror təhlükəsi ilə mübarizə və miqrasiya sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Bu barədə Kremlin mətbuat xidməti telefon danışığı barədə məlumat yayıb.
“İşgüzar və konstruktiv şəraitdə bir sıra aktual ikitərəfli mövzular, o cümlədən terror təhlükəsi ilə mübarizə, eləcə də miqrasiya sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
3-05-2024, 16:40
Tütün məmulatları istehsal edənlər cərimələnəcək


Tütün məmulatları istehsal edənlər cərimələnəcək

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə cərimə müəyyənləşir.
Bu, Milli Məclisin mayın 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, “Tütün və tütün məmulatları haqqında” qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə vəzifəli şəxslər 5000 manatdan 7000 manatadək, hüquqi şəxslər 10000 manatdan 12000 manatadək məbləğdə cərimə ediləcəklər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!