“Bir şərtlə NATO-dan imtina edərik” - ZelenskiUkrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmaq ideyasından bir şərtlə imtina etməyə hazır olduğunu bildirib.
Bu barədə yerli media məlumat yayıb.
Ukrayna lideri vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsində kompromisə getməyə hazırdır:
“ABŞ ilə ikitərəfli razılaşma və Rusiyanın yenidən hücum etməməsi üçün Avropa İttifaqı və digər ölkələrdən zəmanət təmin ediləcəyi təqdirdə, Şimali Atlantika Alyansına daxil olmaqdan imtina edə bilərik”.