Azərbaycanda məktəblər distant təhsilə keçə bilər“Distant təhsilə səmərəlilik, şagirdlərin daşınması və onların rahatlığı baxımından yanaşılır”.
Elm və təhsil naziri Emin Əmrullayev bu barədə REAL TV-yə müsahibəsində məlumat verib.
Nazir bildirib ki, məsələ hazırda gündəmdədir və bu modelin icrası mümkün hesab olunur.
Onun sözlərinə görə, distant təhsil modelinin tətbiqi növbəti tədris ilindən etibarən mümkün ola bilər.