Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                        Avropa İttifaqından 2 Azərbaycan vətəndaşına SANKSİYA .....                        Bakıda bəzi sexlərin fəaliyyəti dayandırıldı - VİDEO .....                        Xüsusi Təyinatlıların buraxılış mərasimi keçirilib .....                        Ərdoğanın oğlundan atasına dəstək çağırışı .....                        Azərbaycanda bu heyvan növləri yoxa çıxıb .....                        Qara dənizdə təhlükə artır - Ekspertdən XƏBƏRDARLIQ .....                        Tramp Belarusdakı ABŞ səfirliyini yenidən açır .....                       
Tarix : Bu gün, 16:43
Azərbaycanda bu heyvan növləri yoxa çıxıb


Azərbaycanda bu heyvan növləri yoxa çıxıb

Azərbaycanda fauna müxtəlifliyi son illər diqqətçəkən dəyişikliklərlə üz-üzə qalıb. Belə ki, aparılan müşahidələr göstərir ki, həm ev təsərrüfatlarında saxlanılan heyvanların sayı, eləcə də vəhşi təbiətdə yaşayan növlərin populyasiyası tədricən azalır. Sözügedən prosesin təkcə ekoloji deyil, eyni zamanda sosial və iqtisadi amillərlə də sıx bağlı olduğu bildirilir.
Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri Təvəkkül İsgəndərov qeyd edib ki, bu fauna müxtəlifliyi həmin ərazinin zəngin heyvanat aləminə malik olması ilə izah olunur. Onun sözlərinə görə, həmin ərazidə müxtəlif heyvan növləri sürünənlərdən tutmuş quşlara və yırtıcı məməlilərə qədər geniş fauna nümayəndələri yaşayır.
“Bu ərazi ekosistem baxımından da çoxşaxəlidir. Burada yarımsəhra ekosistemi, bozqır-çöllük ərazilər, meşəlik sahələr, çay və su hövzələri ekosistemləri, həmçinin alp və subalp çəmənlikləri mövcuddur. Yəni hər bir ekosistemin özünə uyğun fauna müxtəlifliyi vardır.
Fauna müxtəlifliyi üçün ən böyük təhlükə və əsas mənfi amil insan faktorudur. İnsan təbiətə müdaxilə etdikcə, heyvanların təbii yaşayış mühitləri pozulur. Hər bir heyvan növü özünə xas biotoplarda yaşayır. Məsələn, meşə heyvanları meşəlik əraziləri seçir, düzənlik, yarımsəhra və bozqır-çöllük ərazilərinin isə özünəməxsus fauna növləri var və bunlar onlar üçün təbii yaşayış yerləridir”.
O, həmçinin vurğulayıb ki, insan məskunlaşması əsasən düzənliklərdə, yarımsəhra zonalarında və tarixi ərazilərdə daha sıxdır:
“Məhz bu səbəbdən insan müdaxiləsinin çox olduğu yerlərdə təbii yaşayış mühitləri daha çox pozulur. Çöllük ərazilər əkin sahələrinə çevrilir, bağlar salınır, suvarma sistemləri qurulur, bəzən ərazilər qazılaraq su hövzələri yaradılır. Bu cür dəyişikliklər ekosistemin təbii tarazlığını pozur.
Hansı ərazi pozulub sıradan çıxarılırsa, həmin əraziyə uyğun olan heyvan növləri ya azalır, ya da tamamilə yox olur. Bu, populyasiyanın zəifləməsinə və bəzən sıradan çıxmasına səbəb olur.
Məsələn, Abşeron yarımadasını götürək. Təxminən 50 il əvvəl burada indiki qədər sıx məskunlaşma yox idi və boş ərazilər çox idi. Həmin ərazilərdə yarımsəhra faunasına xas olan müxtəlif heyvan növləri - kiçik məməlilərdən tutmuş quşlara, çaqqala, tülkülərə qədər, sərbəst şəkildə yaşayırdı və insanlar onlarla nadir hallarda rastlaşırdı”.
Təvəkkül İsgəndərov onu da əlavə edib ki, son 50 ildə, xüsusən də son 15 ildə demoqrafik dəyişikliklər o qədər sürətlə baş verib ki, Abşeron yarımadasında heyvanların təbii yaşayış mühiti demək olar ki, tamamilə yox olub:
“Yarımsəhra ərazilərində evlər, villalar, bağlar, kəndlər salınıb, yollar çəkilib, sənaye obyektləri inşa edilib. Bu isə heyvanların yaşaması üçün əlverişli şəraiti tamamilə aradan qaldırıb.
Yaşayış mühitinin pozulması həmin ərazilərdə populyasiyaların sıradan çıxmasına gətirib çıxarır. Buna görə də insan fəaliyyəti sıx olan yerlərdə fauna müxtəlifliyi kəskin şəkildə azalır. Heyvanlar sıxışdırılır, daha əlverişsiz ərazilərə çəkilməyə məcbur olur və nəticədə həmin ərazilərdə bəzi növlər tamamilə yox olur”.
T.İsgəndərov nəzərə çatdırıb ki, xüsusilə nadir və sayı az olan növlər üçün bu təhlükə daha böyükdür:
“Bu baxımdan onların nəsli kəsilmə riski də daha yüksəkdir. Məhz buna görə də nadir və təhlükə altında olan növlər “Qırmızı Kitab”a daxil edilir. Azərbaycanda da, eləcə də dünya üzrə növlərin qorunması üçün beynəlxalq “Qırmızı Siyahılar” mövcuddur.
Siyahılara daxil edilən heyvan növlərinin saxlanması, qorunması üçün xüsusi tədbirlər görülür. Növ müxtəlifliyinin azalması ekosistem üçün çox təhlükəlidir. Çünki bir növün sıradan çıxması digər növlərin də tədricən azalmasına və ekoloji tarazlığın pozulmasına səbəb olur”.
Həmsöhbətimiz eyni zamanda bildirib ki, bu səbəbdən növlərin qorunması üçün dövlət səviyyəsində xüsusi tədbirlər həyata keçirilir:
“Azərbaycanda bütün fauna qruplarına aid olan nadir növlər həşəratlardan tutmuş iri yırtıcılara qədər daim monitorinq edilir, onların ekoloji vəziyyəti qiymətləndirilir və mühafizə tədbirləri görülür. Bu növlərin hamısı Qırmızı Kitaba daxil edilib və onların ovlanması qanunla qadağandır.
Azərbaycanda Qırmızı Kitaba düşən bütün heyvan növlərinin sayı azalmaqda olan növlərdir. Məsələn, məməlilər üzrə 43 növ, sürünənlərdən 22 növ, bu növlərin sayı ildən-ilə azalır. Onlar məhz saylarının azalmasına görə bu siyahıya daxil edilib. Quşlarda isə sadaladıqlarımızla müqayisədə daha çox, təxminən 70-dən çox 80-ə yaxın növdür ki, nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Hazırda ölkəmizdə tamamilə nəsli kəsilmiş və artıq müşahidə olunmayan çox sayda növ yoxdur. Lakin keçmişdə belə hallar olub”,- deyə o, söyləyib.
Yekun olaraq Təvəkkül İsgəndərov qeyd edib ki, XX əsrin əvvəllərinə qədər Azərbaycan ərazisində Salyanda yaşayan pələng (Qafqaz bəbiri) artıq nəsli kəsilib:
“Hazırda isə bəzi yırtıcı növlər var ki, onlar çox nadir hallarda rast gəlinir və nəsli kəsilmə təhlükəsi altındadır. Əgər bu növlər haqqında vaxtında və effektiv qoruma tədbirləri görülməsə, onların da tamamilə yox olması mümkündür”,- deyə o fikrini tamamlayıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!