Ervin İbrahimoviç Zəfər parkında .....                        Polad Bülbüloğlu oğlu ilə Şuşadakı bağında .....                        Putinin növbəti hədəfi keçmiş Sovet ölkələridir - ŞOK İDDİA .....                        “Fənərbağça”nın prezidenti sərbəst buraxıldı .....                        Məleykə Abbaszadə "təhsil ekspertlərini" topa tutdu .....                        907-ci düzəlişin ləğv olunmasının vaxtı çatıb .....                        Avtobus qaz xəttinə çırpıldı, təchizat dayandırıldı .....                        İran-İsrail müharibəsi yenidən başlayır? .....                        "Neftçi" "Karvan-Yevlax"a qalib gəldi .....                       
14-09-2024, 17:04
Türkiyə Bosniya və Herseqovina ilə hərbi əməkdaşlığı gücləndirir


Türkiyə Bosniya və Herseqovina ilə hərbi əməkdaşlığı gücləndirir

Türkiyə ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq güclənəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Prezident Şurasının sədri Denis Beciroviç ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, tərəflər görüş zamanı bu məsələ barədə geniş fikir mübadiləsi aparıblar.
R.T.Ərdoğan, həmçinin söyləyib ki, yaxın vaxtlarda Türkiyə vətəndaşlarının Bosniya və Herseqovinaya şəxsiyyət vəsiqəsi ilə səyahəti mümkün olacaq.
Türkiyə lideri, həmçinin ikitərəfli ticarət həcminin ilin sonuna qədər 1 milyard dollara çatacağına inamını ifadə edib.
14-09-2024, 16:25
Türkiyənin müxalif partiyasında kütləvi istefalar


Türkiyənin müxalif partiyasında kütləvi istefalar

Türkiyədəki müxalif İYİ Partiyada kütləvi istefalar olub.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, 41 nəfər siyasətçi sözügedən partiyadan istefa verib. Onlardan ikisi – Dursun Ataş və Ümit Özlale millət vəkilidir.
Siyasətçilərin bu qərarlarının səbəbləri hələ məlum deyil.
Qeyd edək ki, partiyanın rəhbəri Müsavat Dervişoğludur.
14-09-2024, 15:49
Rusiya və Ukrayna arasında əsir mübadiləsi


Rusiya və Ukrayna arasında əsir mübadiləsi

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub.
Mübadilə çərçivəsində 103 hərbçi ölkəyə qaytarılıb.
"Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbçisi təhvil verilib", - məlumatda bildirilib.
Qeyd olunub ki, geri qaytarılan Rusiya hərbçiləri hazırda Belarus ərazisindədir.
14-09-2024, 15:20
Bakıda sprint yarışının qalibləri müəyyənləşdi


Bakıda sprint yarışının qalibləri müəyyənləşdi

Bakıda keçirilən "Formula 1" Azərbaycan Qran-Prisi çərçivəsində "Formula 2" pilotlarının sprint yürüşünün qalibləri məlum olub.
Birinciliyi "AİX race" komandasının pilotu Joşua Durksen qazanıb.
İkinci "Dams Lucas Oil" komandasının pilotu Jak Crawford, 3-cü isə "Prama racing" komandasının pilotu Gabriela Mini olub.
14-09-2024, 15:05
Polad Bülbüloğluna Ermitaj Mükafatı verildi


Polad Bülbüloğluna Ermitaj Mükafatı verildi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermitaj Mükafatının laureatı olub.
Mükafatlandırma mərasimi bu gün Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində baş tutub.
P.Bülbüloğluna mükafatı Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova təqdim edib.
Bununla yanaşı, Rusiyanın xalq artisti, baletmeyster Boris Eyfman da bu mükafata layiq görülüb.
Qeyd edək ki, Ermitaj Mükafatı forumun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilib.
Hər il Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun gücləndirilməsi sahəsində nailiyyətlərinə görə Ermitaj Mükafatının verilməsi planlaşdırılır.
14-09-2024, 14:46
Mərakeşdə erməni təxribatının qarşısı alındı


Mərakeşdə erməni təxribatının qarşısı alındı

Mərakeş Krallığında keçirilən beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb.
Bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 11-15-də Mərakeşin Agadir şəhərində keçirilən İssni Nurgh Beynəlxalq Amaziq film festivalı (Festival Issni N'ourgh International du Film Amazigh - FINIFA) çərçivəsində erməni əsilli Katia Spivakova Saakiantsın müəllifi olduğu 11 dəqiqəlik “All I need” filminin sentyabrın 13-də nümayişinin planlaşdırılması nəzərdə tutulmuşdu.
Festivalın rəsmi səhifələrində və sosial şəbəkələrində yayımlanmış məlumatlarda filmin süjetinin ölkəmizin vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində baş verən hadisələrlə əlaqədar olduğu və Qarabağın Ermənistanın tərkib hissəsi kimi “Artsax” olaraq göstərilməsi məlum edilib. Həmçinin filmdə qondarma “erməni soyqırımı”na da istinad edilib.
Bununla əlaqədar olaraq, Azərbaycanın Mərakeşdəki səfirliyi tərəfindən bu ölkənin əlaqədar qurumları, həmçinin film festivalının təşkilatçıları ilə aparılmış iş nəticəsində, təxribat xarakteri daşıyan “All I need” filminin festival çərçivəsində nümayişinin ləğv edilməsinə və bununla da Mərakeş tamaşaçısında yanlış məlumat formalaşdırmaq istəyən erməni təbliğatının qarşısının alınmasına nail olunub.

14-09-2024, 14:36
Baş nazir Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşdü


Baş nazir Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşdü

Sentyabrın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və birgə səyləri ilə dövlətlərarası münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı vurğulanıb.
İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib. Bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilməsinin vacibliyi vurğulanıb. Bu baxımdan ötən ilin oktyabr ayında Şuşada Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis edilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov görüşdə iştirak edib.
14-09-2024, 14:15
Bakıda sprint yarışı başladı - "Formula 2"


Bakıda sprint yarışı başladı - "Formula 2"

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.
Mübarizəyə saat 14:15-də start verilib.
Ötən gün "Formula 2"də sınaq yürüşündə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda "Trident" komandasından Rixard Versxor birinci olublar.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
14-09-2024, 14:13
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.
14-09-2024, 14:03
Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib


Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.
Mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!