Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                       
8-02-2025, 17:53
Goranboyda maşın körpüdən aşdı: sürücü öldü


Goranboyda maşın körpüdən aşdı: sürücü öldü

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
Hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.
Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
8-02-2025, 17:02
MSK bələdiyyə seçkiləri ilə bağlı müraciəti Baş Prokurorluğa göndərəcək


MSK bələdiyyə seçkiləri ilə bağlı müraciəti Baş Prokurorluğa göndərəcək

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bələdiyyə seçkiləri ilə əlaqədar 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə 24, 52 və 53 saylı seçki məntəqələri (Rəhimli bələdiyyəsi) ilə bağlı daxil olan müraciətlərə baxılıb.
Məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.
Bəxşeyiş Əsgərov müraciətlə əlaqədar təqdim edilən seçki protokollarının surətlərinə məqsədli şəkildə müdaxilə edilərək saxtakarlığa yol verildiyini nəzərə çatdırıb: “Məsələn, protokolda namizədin 10 səs aldığı yazılıb, ancaq müraciətə əlavə edilən protokolun surətinə 1 rəqəmi əlavə edilərək, 110 səs göstərilib və bu, qanunsuzluq kimi təqdim edilib. Aydın olur ki, bu şəxslərin başında Uzunboyad bələdiyyəsinin hazırkı sədri Rafiq Muradov durur. Rafiq Muradov bu bələdiyyə seçkilərində də Rəhimli bələdiyyəsinə namizəd olub. Bu hallar üzə çıxdıqdan sonra Rafiq Muradovla əlaqə saxlamaq mümkün olmadı. Müraciət əsassız sayılmalı və seçki protokollarında manipulyasiyaya yol verildiyi şübhəsi olduğu üçün bu seçki subyektləri ilə bağlı materiallar cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməlidir”.
MSK müraciəti əsasız sayıb. Eyni zamanda müraciət edən seçki subyektləri ilə bağlı materiallarda cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, bələdiyyələrin birləşdirilməsi ilə əlaqədar Uzunboyad bələdiyyəsi Rəhimli bələdiyyəsinə birləşdirilib. Rafiq Muradov hazırda Uzunboyad bələdiyyəsinin sədridir.
8-02-2025, 16:41
Ermənilərin 300-dən çox yük maşını sərhəddə qalıb


Ermənilərin 300-dən çox yük maşını sərhəddə qalıb

“Yuxarı Lars” keçid məntəqəsində 300-dən çox erməni yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün növbə gözləyir.
Hazırda keçid məntəqəsində növbədə müxtəlif ölkələrdən 1000 yük maşını qeydiyyatdadır.
Larsdan keçən yol fevralın 7-də axşam saatlarında bağlanıb.
Xatırladaq ki, Gürcüstandan keçən bu yol Ermənistanı Rusiya ilə birləşdirən (Gürcüstan ərazisindən keçən) yeganə quru yoludur.
8-02-2025, 16:22
İsrail 183 fələstinli məhbusu azad etdi


İsrail 183 fələstinli məhbusu azad etdi

Fevralın 8-də İsrailllə Həmas arasında gerçəkləşənm beşinci girov mübadiləsi nəticəsində 183 fələstinli məhbus Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin rəsmilərinə təhvil verilib.
İordan çayının qərb sahilindəki Ramallah şəhərində yerləşən Ofer həbsxanasından buraxılan fələstinli məhbuslar avtobuslara mindirilib.
183 fələstinli məhbusdan 18-i ömürlük, 54-ü uzunmüddətli həbs cəzasına məhkum edilmiş, 111-i isə 2023-cü il oktyabrın 7-dən sonra Qəzza zolağında saxlanılan şəxslərdir.
Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu bu gün Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə təhvil verib.
Bu, yanvarın 19-da atəşkəsin qüvvəyə minməsindən sonra artıq beşinci girov mübadiləsidir.
HƏMAS və İsrailin razılaşdığı atəşkəsin birinci mərhələsi 42 gün davam edəcək. Bunun bir hissəsi olaraq HƏMAS hərəkatı 1900-ə yaxın fələstinli məhbusun əvəzində 33 girovu azad edəcəyini vəd edib. İkinci mərhələ qalan girovların azad edilməsini və müharibənin yekun başa çatması ilə bağlı müzakirələrin başlanmasını əhatə etməlidir. Üçüncü mərhələ ölülərin cəsədlərinin dəyişdirilməsini əhatə edəcək.
8-02-2025, 16:16
Qohumbazlıqla, tapşırıqla məktəb direktoru olanları pis aqibət gözləyir


Qohumbazlıqla, tapşırıqla məktəb direktoru olanları pis aqibət gözləyir

Elm və təhsil naziri Emin Əmrullayev 6 fevralda keçirilən brifinqdə məktəb direktorlarının və direktor müavinlərinin də sertifikasiyaya cəlb olunacağını bildirib.
Mövzu ilə bağlı elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, əgər təhsilverənlərin sertifikasiyası prosesi keçirilirsə, növbəti mərhələdə direktor və direktor müavinləri üçün də bu proses olmalıdır:
“Elə məktəb rəhbərləri var ki, öz fənni üzrə sertifikasiya imtahanında iştirak edir. Amma biz onun faktiki məktəb direktoru kimi səlahiyyətlərinin öhdəsindən gəlib-gəlmədiyindən, yaxud qanunvericiliyi bilib-nilmədiyindən xəbərsizik. Bu məqamlar ancaq o işə qəbul edilən zaman yoxlanıılıb”.
Onun sözlərinə görə, məktəb direktorları və direktor müavinlərinin də sertifikasiya prosesindən keçirilməsi, diaqnostik qiymətləndirmənin aparılması vacibdir:
“Məktəb rəhbərlərinin müasir çağırışlara cavab verməsi, o cümlədən təhsil haqqında qanunvericiliyi və digər hüquqi normativ aktları nə dərəcədə bilməsi, məktəb idarəetməsi və ümumi menecmenti nə dərəcədə bacarması haqqında bilikləri yoxlanılacaq. Bu vacibdir, biz ən azı təhsildə keyfiyyət axtarırıqsa, bunun üçün mütləq güclü idarəetmə qabiliyyəti olan rəhbər, güclü pedaqoji heyet formalaşmalıdır”.
Ekspert sonda qeyd edib ki, vaxtilə müxtəlif üsullarla məktəb rəhbərliyinə gətirilən şəxslər var:
“Korrupsiya ilə, qohumbazlıqla, tapşırıqla məktəb direktoru olanları haqda siz də bilirsiniz. Belə olan halda gözləntimiz odur ki, həmin şəxslər prosesdən keçə bilməyəcəklər. Çünki onların bilik və bacarıqları mövcud sertifikasiyaya uyğun olmayacaq. Nəticə etibarilə həmin direktorlar yola salınacaq, həqiqi bilik sahibləri əmək fəaliyyətinə cəlb olunacaqlar”.
8-02-2025, 15:50
Bakı metropolitenində Kommunikasiya departamentinə rəis təyin edildi


Bakı metropolitenində Kommunikasiya departamentinə rəis təyin edildi

“Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyinat olub.
Bu vəzifə Şaban Kamal oğlu İmkaniyə həvalə edilib.
Şaban İmkani 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.
O, əvvəllər müxtəlif vəzifələrdə çalışıb.
Belə ki, o, 2008-2020-ci illərdə "Azərfon" şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.
Şaban İmkani həmçinin bloger və aktyor kimi də fəaliyyət göstərib.
Qeyd edək ki, Bakı Metropoliteni” QSC-nin yeni sədri Vüsal Aslanov da əvvəllər “Azərbaycan Dəmir Yolları” QSC-də işləyib.
8-02-2025, 15:33
Dərya İbrahim gənc həvəskar yazardı

Dərya İbrahim gənc həvəskar yazardı

Bakıda anadan olub. Əslən görkəmli Azərbaycan şairləri Rəsul Rza, Əli Kərim, İbrahim Göyçaylının dünyaya gəldiyi. Göyçay rayonundandır. Uşaq vaxtlarında eşitdiyi bayatılara o qədər vurğun kəsilib ki. Özü də bilmədən poezıyaya bağlanıb onun yazdığı şeirlərdə həvəskar bir yaradıcı qələmi var. Bəzən elə misralar var ki, müəllifinin istedadlı bir yazar olacağından xəbər verir. Bir sevgi şeirdən:
Mənə bir məktub göndər,
Yolların qəribsəyib.
Bir nəğmə istə məndən,
Sözümü həzin deyim.


İlk baxışdan bu elə də sadə bir deyim deyil.
Bu lirik misralarda bir sevən şair qəlbinin sevgi çırpıntıları var. Dərya özü də bilmədən ədəbi aləmin, poeziya adlı dəryasına düşüb. Bu poeziya Dəryasında üzmək, nə qədər çətindirsə, o qədər də şərəflidir. Mən ümid edirəm ki, o bu şeir Dəryasında üzə biləcək. Ona bu yolda uğurlar arzulayıram və ilk həvəskar yazılarını ”Bütöv Azərbaycan” qəzetinin oxucularına təqdim edirəm.
Dəyanət Səlimxanlı,
şair-jurnalist “Məmməd Araz” və “Qızıl qələm” mükafatları laureatı.


Nə qədər çalışsam da,
Girəmmədim qəlbinə.
Eşq odunda yandırdın,
Dəyməmişəm xətrinə.

O gün baxanda rəsminə,
Gözlərim doldu, Sən yoxdun.
O gece girdin yuxuma,
Sən məni mən səni sevirdim.

Tutub əlindən gəzirdim,
Baxıb dünyanı sevirdim.
Bu buz həsrətə dözürdüm,
O anımda sən yox idin.

******************
İstəyirəm indi ölüm,
Heç sağ cıxmayım səhərə.
Bir gün səni görüm deyə,
Bağlanmışam bu şəhərə.

Əllərim qapını döyə,
Nə qədər cəhd etsəm belə.
Necə mən sözümü deyim,
Göz yaşlarım döndü selə.


Sevgimin gümanı qalıb,
Ayağım baxmır sözümə.
Sevgin məni necə alıb,
Həsrət qalmışam dözümə.

Gəlib döyəcəm qapını,
Lal sukutum dillənəcək.
Əridib sevgi qarını,
Sevinc yaşım sellənəcək.
***********
Sağalmayan dərdimə,
Dərman olub gecələr.
Sevincimlə dərdimlə,
Yorulub bu gecələr.



8-02-2025, 14:52
Bakıda 80 min manatlıq dələduzluq - dəstə saxlanıldı


Bakıda 80 min manatlıq dələduzluq - dəstə saxlanıldı

Nəsimi rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla həmin şəxsə ev satılması adı ilə 80000 manatını aldadaraq ələ keçirilməsi məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı Ş.Balakişiyev və 42 yaşlı R.Səfərəliyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
8-02-2025, 14:35
Gürcüstan Milli Bankına ilk dəfə qadın rəhbər təyin edildi


Gürcüstan Milli Bankına ilk dəfə qadın rəhbər təyin edildi

Gürcüstan Milli Bankının rəhbəri vəzifəsini icra edən Natia Turnava rəsmi olaraq onun prezidenti təyin edilib.
Müvafiq qərarı Gürcüstan prezidenti Mixeil Kavelaşvili imzalayıb.
Turnava 2023-cü ilin iyun ayından Milli Bankın rəhbəri vəzifəsini icra edir. O, 2022-ci ilin iyununda Milli Bank Şurasına seçilib.
Natia Turnava 1968-ci il oktyabrın 19-da anadan olub.
1990-cı ildə İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib, 1994-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
2014-cü ildə Böyük Britaniyanın Kembric Universitetini bitirərək Biznesin İdarəedilməsi üzrə Magistr dərəcəsi alıb.
1994-1996-cı illərdə Gürcüstan Siyasi Elmlər İnstitutunda aparıcı elmi işçi kimi çalışıb, həmçinin Gürcüstan universitetlərində müxtəlif iqtisadi fənlərdən mühazirələr oxuyub.
1997-2000-ci illərdə Gürcüstan hökumətində dövlət müşaviri, maliyyə və büdcə siyasəti departamentinin rəis müavini, iqtisadi xidmət rəhbərinin müavini, prezidentin parlament katibi vəzifəsini icra edib.
2000-2005-ci illərdə Gürcüstanın iqtisadiyyat nazirinin birinci müavini vəzifəsində çalışıb.
2005-ci ilin mayında o, Gürcüstan Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
2005-ci ilin sentyabrından 2006-cı ilin noyabrınadək o, Gürcüstan iqtisadiyyat nazirinin birinci müavini vəzifəsində çalışıb.
Turnava 2013-cü ilin avqustundan 2018-ci ilin sentyabrına qədər Gürcüstanın dövlətə məxsus Tərəfdaşlıq Fondunun icraçı direktorunun müavini olub.
2018-ci ilin sentyabrından 2019-cu ilin aprelinə qədər o, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini vəzifəsini tutub.
2019-cu ilin aprelində o, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri təyin edilib və 2022-ci ilin fevralında bu vəzifəni tərk edib.
8-02-2025, 14:20
Türk əsgəri 13 PKK terrorçusunu məhv etdi


Türk əsgəri 13 PKK terrorçusunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Barış bulağı bölgəsində aşkarladıqları 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Nazirliyin açıqlamasında “terrorla mübarizəmizi indiyə qədər etdiyimiz qətiyyət və barışmaz əzmlə davam etdirəcəyik”, - deyə vurğulanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!