Vaşinqton görüşü: İlham Əliyevlə Paşinyan “tarixi sənəd” imzalaya bilər .....                        Ombudsman minaya düşən hərbçilərlə bağlı beynəlxalq təşkilatlara çağırış etdi .....                        Azərbaycanda yeni tariflər təsdiqləndi .....                        Qondarma rejimin həbsdəki üzvlərinə baş çəkə bilərik - Qızıl Aypara Cəmiyyəti .....                        25 yaşlı futbolçu vəfat etdi .....                        İki nazirlik əhaliyə birgə müraciət etdi .....                        Klintonlar məhkəməyə çağırıldı .....                        Hindistanla Pakistan arasında atəşkəs pozuldu .....                        Bu nekroloqu oxumaq çox ağır idi.. .....                       
27-02-2024, 15:57
Sabiq güləşçimiz Rusiyada həbs edildi


Sabiq güləşçimiz Rusiyada həbs edildi

Azərbaycanın sabiq yunan-Roma güləşçisi Cabbar Yusifi Rusiyada 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Moskva şəhərindəki Basmannı məhkəməsi qərar çıxarıb.
Qeyd edək ki, 2023-cü ilin martında saxlanılan Cabbar Yusifi İnterpolun axtarışında olub. Rusiya onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarışa verib.
Xatırladaq ki, Cabbar Yusifi daha əvvəl Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində çıxış edib.
27-02-2024, 15:45
Paşinyan Yunanıstanın prezidentiylə bir sıra məsələləri müzakirə etdi


Paşinyan Yunanıstanın prezidentiylə bir sıra məsələləri müzakirə etdi

Ermənistan baş naziri Nikol Paşinyan Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Katerina Sakellaropulu ilə görüşüb.
Görüş zamanı həmsöhbətlər Ermənistan-Yunanıstan əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər Cənubi Qafqazda gedən proseslər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
27-02-2024, 15:40
Qəbul imtahanlarının tarixi dəyişdirildi


Qəbul imtahanlarının tarixi dəyişdirildi

Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində dəyişiklik edilib.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, dəyişikliyə əsasən, doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada təhsil alan iddiaçılar üçün xarici dil imtahanı 9 iyun tarixində keçiriləcək. Buna müvafiq olaraq, əcnəbilər üçün Azərbaycan dili imtahanı 10 iyun, danışıq bloku imtahanı isə 11-14 iyun tarixlərində təşkil olunacaq.
Rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdi 23 iyunda keçiriləcək.
2024-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tam şəkildə buradan tanış olmaq mümkündür. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahan və tədbirlərin qrafikində hər hansı dəyişiklik olarsa, bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat təqdim olunur.
27-02-2024, 15:18
Ümid edirəm ki, Mirzoyan və Bayramov görüşündə sülh üzrə irəliləyiş olacaq


Ümid edirəm ki, Mirzoyan və Bayramov görüşündə sülh üzrə irəliləyiş olacaq

"Ümid edirəm ki, Mirzoyan və Bayramov Berlin görüşündə sülh müqaviləsi üzrə irəliləyişə nail olacaqlar".
Bunu Ermənistan baş naziri Nikol Paşinyan Afinada yunan həmkarı ilə keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistanın XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan 28-29 fevral tarixlərində Berlində danışıqlar aparacaqlar.
27-02-2024, 14:55
İranda həbsdə olan vətəndaşımızın anası prezidentə müraciət etdi


[b]İranda həbsdə olan vətəndaşımızın anası prezidentə müraciət etdi[/b]

İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Dilarə Əsgərova müraciətində oğlunun vəziyyətinin yaxşı olmadığını qeyd edib.
D.Əsgərova bildirib:
“Cənab Prezident, hörmətli Mehriban xanım, oğlum Fərid Səfərli artıq bir ildir ki, İran həbsxanasında heç bir günahı olmadan, yalnız Azərbaycan vətəndaşı olduğuna görə cəza çəkir. Onun hazırda ciddi sağlıq problemləri var. Artıq 5-6 aydır ki, gündə bir neçə dəfə diş qıcanması ilə gedən nevroloji tutmaları yaranıb. Bu səbəbdən dişləri də tökülməyə başlayıb.
Mən onun üzünü axırıncı dəfə 1 il əvvəl görmüşdüm: xoşbəxt, həyat dolu bir gənc idi. İndi o, İran həbsxanasında heç bir ziyarətçisi olmayan, ruh düşkünlüyü yaşayan bir insana çevrilib. Dəfələrlə xahiş etsə də, bizi bir dəfə də olsun görüntülü danışdırmırlar. Mən oğlumun gələcək taleyindən də çox nigaranam. Onun İran həbsxanalarında necə ağır bir dönəm yaşadığını təsəvvür edirem. Özüm həkim olduğum üçün bilirəm ki, bu hal gələcəkdə onun səhhətində hansı ciddi problemlər və ağrılar buraxa bilər. Eyni zamanda, onun bu travmalardan reablitasiyası uzun illər çəkəcək.
Cənab Prezident, qarşıdan tariximizin ən önəmli bayramı sayılan Novruz bayramı gəlir. Bu bayram hər bir azərbaycanlı ailəyə sevinc və hüzur gətirir. Düşünürəm ki, bir azərbaycanlı olaraq bizim də sevinmək haqqımız var. Mən keçən Novruz bayramını İranın Tehran, Qum şəhərlərində oğlumu axtararaq gözüyaşlı keçirdim. Görünən odur ki, bu bayramı da mən Fəridsiz əzabla keçirəcəyəm. Amma mən bir ana olaraq bunu təsəvvür etmək istəmirəm".
D.Əsgərova dövlət başçısından Fəridin Azərbaycana gətirilməsinə köməklik etməsini xahiş edib:
"İnanıram ki, Siz mənim müraciətimə biganə qalmayacaqsınız!".
Fərid Səfərli ötən ilin fevralında İran İslam Respublikasına səfər edib. O, eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib, lakin orada həbs olunub. Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli casusluqda ittiham edilib. İran məhkəməsi ona 2 il yarım həbs cəzası kəsib.
27-02-2024, 14:36
“Yanar dağ”la bağlı yeni qərar qəbul olundu


“Yanar dağ”la bağlı yeni qərar qəbul olundu

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” və Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVIII əsrlər) “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib.
Nazirlər Kabineti bu barədə qərar verib.
27-02-2024, 14:13
Əsirlərimizin qaytarılması istiqamətində danışıqlar davam edir - Simonyan


Əsirlərimizin qaytarılması istiqamətində danışıqlar davam edir - Simonyan

Müharibənin proqnozlaşdırılması nankor işdir. Biz hər şeyi etmişik və edirik ki, belə bir təhlükə olmasın, gördüyünüz kimi, müəyyən dərəcədə uğur qazanırıq.
Bunu fevralın 27-də Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan əsirlərin qaytarılması məsələsi ilə bağlı danışıqları davam etdirir.
“Hazırda Qarabağın keçmiş liderlərini hesablasaq, Azərbaycanda 25-ə yaxın təsdiqlənmiş əsirimiz var, bu istiqamətdə danışıqlar davam edir”, - Simonyan qeyd edib.
26-02-2024, 22:17
Macarıstanda yeni prezident seçildi


Macarıstanda yeni prezident seçildi

Macarıstanın parlamenti səs çoxluğu ilə Konstitusiya Məhkəməsinin sədri Tamaş Szujoku ölkənin yeni prezidenti seçib.
Bu barədə Macarıstanın "Telex" nəşri yazıb.
Şuyokun namizədliyini 134 deputat dəstəkləyib, beşi əleyhinə səs verib.
Tamaş Szuyok martın 5-də Macarıstan prezidenti vəzifəsinin icrasına başlayacaq. Həmin günə qədər Macarıstan Prezidentinin səlahiyyətlərini parlamentin sədri Laszlo Köver icra edəcək.
Qeyd edək ki, bu gün parlament Macarıstanın əvvəlki prezidenti Katalin Novakı yekdilliklə vəzifəsindən azad edib.
26-02-2024, 21:52
Xocalı soyqırımı İsveç mediasında


Xocalı soyqırımı İsveç mediasında

“Diplomatic World Sweden” saytında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynovun Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş məqaləsi dərc edilib.
“Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb” başlıqlı məqalədə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsindən, Ermənistan silahlı qüvvələrinin ötən əsrin 90-cı illərinin əvvəllərində həyata keçirdiyi etnik təmizləmədən və 613 nəfərin ölümünə səbəb olmuş Xocalı soyqırımından bəhs edilir.
Müəllif 1992-ci ildə Qarabağdakı separatçı rejimin silahlı qüvvələrinin komandanı olmuş Serj Sarkisyanın 2000-ci ilin dekabrında britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibəni xatırladıb, həmin müsahibədən sitat gətirib: “Xocalı hadisəsindən əvvəl azərbaycanlılar bizim onlarla zarafat etdiyimizi düşünürdülər, ermənilərin dinc sakinlərə əl qaldıra bilməyəcəklərini zənn edirdilər. Biz bütün bu stereotiplərə son qoymalı idik. Belə də oldu”.
“Xocalı faciəsi jurnalistlər tərəfindən ətraflı səkildə sənədləşdirilib, daha sonra isə bu faciə barədə insan hüquqları təşkilatları, o cümlədən bu cinayəti “Ermənistan və Azərbaycan arasındakı münaqişədə ən böyük qətliam” adlandıran “Human Rights Watch” tərəfindən məlumat verilib”, – V.Hüseynov yazır.
Məqalədə qeyd olunur ki, Xocalı soyqırımının 32-ci ildönümü 2024-cü ildə Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən erməni işğalından azad edilmiş Xocalı şəhərində ilk dəfə olaraq qeyd edilir.
“Diplomatic World Sweden” saytı İsveçdəki diplomatlar, siyasətçilər, diplomatik korpusların və səfirliklərin əməkdaşları üçün işlənərək hazırlanıb. Saytda əsasən müsahibələr, reportajlar, foto və videokontent materialları yerləşdirilir, əsas diqqət isə milli kommersiya şirkətləri, ictimai təşkilatlar və media qurumları ilə ortaqlığa, həmçinin striminq və sosial media platformalarına ayrılır.
26-02-2024, 21:19
Macarıstan prezidentinin istefası təsdiqləndi


Macarıstan prezidentinin istefası təsdiqləndi

Macarıstan parlamenti Prezident Katalin Novakın istefasını qəbul edib.
Qış fasiləsindən sonra ilk iclasında deputatlar dövlət başçısının istefaya getməsi ilə bağlı bəyanatını yekdilliklə təsdiqləyiblər.
Novak istefasını fevralın 10-da pedofiliya cinayətində iştirak edən şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini bildirib və vəzifəsindən getmək qərarına gəlib. Parlamentin iclasında çıxış edən Baş nazir Viktor Orban ona gördüyü işlərə görə təşəkkür edib.
Onun yerinə Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şujokun namizədliyi irəli sürülüb. Bazar ertəsi onun namizədliyi ilə bağlı səsvermə keçiriləcək. Macarıstan Prezidenti parlament tərəfindən beş il müddətinə seçilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!