Saakaşvili də Vaşinqton görüşündən danışdı .....                        "Şamaxı"nın yeni oyunçusu açıqlandı .....                        Zelenski Trampla nələrdən danışdı... .....                        Hərbi Prokurorluqda yeni idarə yaradıldı - Rəis təyin edildi .....                        Tramp yenə Hindistanı hədəfə aldı .....                        Elnur Məmmədliyə yeni vəzifə verildi .....                        Zelenski cəbhə xəttində .....                        Xankəndidə daha bir məktəb olacaq .....                        Daha bir Hizbullah komandiri öldürüldü .....                       
26-02-2024, 14:34
Xocalı qurbanlarının xatirəsi Koreyada anılıb


Xocalı qurbanlarının xatirəsi Koreyada anılıb

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Cənubi Koreyanın paytaxtı Seulda simpozium keçirilib. Ölkəmizin Koreya Respublikasındakı səfirliyi, Koreya-Azərbaycan Mədəniyyət Mərkəzi və Koreyanın “FarmConnect” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, Koreyanın mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələri, media təmsilçiləri və soydaşlarımız iştirak edib. Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov Xocalı soyqırımının təfərrüatları, bu faciənin siyasi və hüquqi mahiyyəti və ümumilikdə, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayətlər barədə məlumat verib. O, Xocalı cəlladlarının ədalət mühakiməsinə cəlb olunacaqlarına əminliyini bildirib, bu xüsusda Vətən Müharibəsi və 2023-cü ilin sentyabrındakı lokal anti-terror tədbirlərinin nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam olaraq bərpa etməsini diqqətə çatdırıb.
Səfir vurğulayıb ki, dünya ölkələri Xocalı cinayətinin pislənilməsi və cinayətkarların məsuliyyətə cəlb edilməsində həmrəylik nümayiş etdirməlidir. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının uğurları vurğulanıb.
Diplomat post-münaqişə dövrünə aid məsələlər, Azərbaycanın sülh gündəliyi, Emrənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün göstərilən səylər barədə məlumat verib, işğaldan azad olunmuş torpaqlarda aparılan yenidənqurma işləri, eləcə də bunun üçün ən böyük maneə olan mina problemindən bəhs edib. Bildirib ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş əraziləri “yaşıl zona” elan edib.
Seul şəhərinin Yonqsan rayonunun bələdiyyəsinin baş direktoru Kvoon Yoon Qu Azərbaycanla uzun müddətdən bəri formalaşmış konstruktiv əməkdaşlıqdan bəhs edib.
Sonra nüfuzlu koreyalı jurnalist və televiziya aparıcısı Baek İl Honqun moderatorluğu ilə panel müzakirələr təşkil olunub. Koreyanın Hankuk Regionşünaslıq Universitetinin professoru, politoloq Rövşən İbrahimov Xocalı soyqırımı və dünyada baş vermiş oxşar qətliamlar arasında paralellər aparıb.

Hanyanq Universitinin professoru, mədəni antropologiya üzrə mütəxəssis Hi Soo Li Azərbaycan və Koreya xalqlarının əlaqələrinin tarixi kökləri və müasir dövrünü təhlil edib. O, orta əsr Azərbaycan alimlərinin işlərinin Koreyada əks-sədasına dair maraqlı məlumatları bölüşüb.
Seul Milli Universitetinin arxeologiya və incəsənət tarixi kafedrasının professoru Cong İl Kim azərbaycanlı arxeoloqlarla birlikdə Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhəri və Qarabağ bölgəsinin Füzuli rayonunda apardığı arxeoloji qazıntılardan danışıb. O, işğaldan azad edilən ərazilərdəki mina probleminin arxeoloji qazıntılara da mənfi təsit göstərdiyini bildirib. Alim Füzulidə aparılan arxeoloji qazıntıların Azərbaycanın Qarabağ bölgəsinin bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut etdiyini deyib.
Panel müzakirəlrədə çıxış edən Koreya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Soo Hunq Li Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən bəri Cənubi Koreya ilə sıx əlaqələrinin yaranmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu vurğulayıb. O, Azərbaycanda olduğu vaxtda Xocalı faciəsi haqqında məlumat əldə etdiyini və bundan kədərləndiyini bildirib.
Türkiyənin Koreyadakı səfiri Murat Tamer Xocalı soyqırımına dünyada bəzi döblətlərin nümayiş etdirdiyi ikili standartdan danışıb.
Koreyada yaşayan gənc azərbaycanlı, Seul şəhərinin fəxri vətəndaşı, Qubadlı rayonundan məcburi köçkün düşmüş Rahil Əhmədova özünün timsalında doğma torpaqlarından qovulan insanların mənəvi çətinliklərindən danışıb.

26-02-2024, 13:53
DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət etdilər


DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət etdilər

DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət ediblər.
Bu barədə DTX Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

26-02-2024, 13:38
Paşinyan XİN-in baş katibini vəzifədən azad etdi


Paşinyan XİN-in baş katibini vəzifədən azad etdi

Ermənistanın Xarici İşlər Nazirliyinin baş katibi Boris Saakyan tutduğu vəzifədən azad edilib.
Baş nazir Nikol Paşinyan bununla bağlı qərar imzalayıb.
Xəbəri hökumətin mətbuat xidməti yayıb.
26-02-2024, 13:17
Hakan Fidan Xocalı soyqırımıyla bağlı başsağlığı verdi


Hakan Fidan Xocalı soyqırımıyla bağlı başsağlığı verdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.
O, bu barədə "X" hesabında paylaşım edib.
"32 il əvvəl Xocalıda dünyanın gözləri qarşısında qətlə yetirilən qardaşlarımızın xatirəsini yad edir, can Azərbaycana başsağlığı verirəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır", - deyə nazir vurğulayıb.
26-02-2024, 13:16
ABŞ-da Xocalı soyqırımıyla bağlı aksiya keçirildi


ABŞ-da Xocalı soyqırımıyla bağlı aksiya keçirildi

ABŞ-nin Vaşinqton, Nyu-York, Atlanta və Hyuston şəhərlərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar geniş məlumatlandırma aksiyası keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin dəstəyi, Yuta-Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Qarayevanın təşkilatçılığı ilə baş tutan aksiyada Xocalı həqiqətlərini əks etdirən ekran quraşdırılmış avtomobillər şəhərlərin izdihamlı mərkəzi küçələri boyunca hərəkət edib.
Ekranlarda Azərbaycan bayrağı, xəritəsi, Xocalı soyqırımı qurbanlarının adları və fotoları nümayiş etdirilib. Təsvirlər «Xocalıya ədalət!», «Xocalı soyqırımını tanıyın!», «Ermənistanın insanlığa qarşı cinayəti», «Ermənistanın Xocalıdakı bir gecəlik soyqırımı», «Azərbaycanlılar ədalət tələb edir!», «Xocalını xatırla!», «Biz xatırlayırıq!», «Xocalı üçün dua et!», «Xocalıda 63 uşaq, o cümlədən yeni doğulanlar öldürülüb!», «1992-ci il 26 fevral. 613 azərbaycanlı, 106 qadın, 63 uşaq, 70 ahıl şəxs qətlə yetirilib. 1275 nəfər azərbaycanlı girov götürülüb. 76 uşaq əlil olub. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib» şüarları və müxtəlif çağırışlar ilə müşayiət olunub.
Məlumatlandırma aksiyası yerli ictimaiyyətin marağına səbəb olub.
Qeyd edək ki, artıq bir neçə ildir Xocalı soyqırımı ərəfəsində ABŞ-nin müxtəlif şəhərlərində təşkil olunan məlumatlandırma aksiyasının məqsədi yerli sakinlərin diqqətini Xocalı həqiqətlərinə çəkməkdir.
26-02-2024, 13:09
Baş Prokurorluğun rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət etdi


Baş Prokurorluğun rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət etdi

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib.
Baş Prokurorluqdan bildirilib ki, abidə önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirələri dərin ehtiramla anılıb.
26-02-2024, 12:56
Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır - Nazir


Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır - Nazir

Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni tədris ilində məktəbdə tədris prosesinin başlaması nəzərdə tutulur: “Məktəbdə təxminən 150-ə yaxın şagirdin təhsil alacağı gözlənilir. Ayrıca idman və akt zalı olacaq. Əhalinin köç prosesi müddətində yerli əhalinin sayına uyğun məktəbdə yer olacaq”.
Nazir onu da bildirib ki, işğaldan azad olunan Kəlbəcər, Zəngilan və digər ərazilərdə də məktəblərin təmir-tikinti işləri davam edir.
E.Əmrullayev söyləyib ki, Xankəndidə yerləşən ümumtəhsil müəssisələri ilə bağlı müvafiq invertarlaşma işləri görülür: “Azad edilən bütün ərazilərdə tədris ocaqlarının uçotu aparılır, müxtəlif vəziyyətdə olan binalar var. Onların hər biri də ölkənin tədris standartlarına uyğunlaşdırılır”.
25-02-2024, 15:07
Gimnastımız Bakıda keçirilən Dünya Kubokunun qalibi oldu


Gimnastımız Bakıda keçirilən Dünya Kubokunun qalibi oldu

Azərbaycanın gimnastı Mixail Malkin Bakıda keçirilən Dünya Kubokunun qalibi olub.
İkiqat dünya və Avropa çempionu Milli Gimnastika Arenasında təşkil edilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun qızıl medalını qazanıb.
Azərbaycan millisinin digər üzvü, komanda hesabında dünya çempionu olan Adil Hacızadə (tamblinq) isə gümüş mükafata yiyələnib.
25-02-2024, 14:51
İsraildə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi


İsraildə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi

İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən Yəhudi Xalqları Muzeyində (Diaspor Muzeyi) Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində baş tutan tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman (Yana Salman) 613 günahsız insanın erməni işğalçıları tərəfindən qətlə yetirilməsi haqqında məlumat verib.
Daha sonra tədbir iştirakçıları Yerusəlim yaxınlığındakı Prezident Parkında 2014-cü ildə Azərbaycan-İsrail (“Azİz”) Beynəlxalq Assosiasiyası tərəfindən Xocalı faciəsi qurbanlarının xatirəsinə əkilmiş ağacların olduğu meşə ərazisini ziyarət ediblər. Yeganə Salman və Azərbaycanın istiqlal şairi Əhməd Cavadın Aşkelon şəhərində yaşayan nəvəsi Yaqut Abdullayeva çıxış edərək, xalqların taleyində baş verən bu kimi kədərli hadisələrin həmişə xatırlanmalı və heç vaxt unudulmamalı olduğunu vurğulayıblar. Qeyd ediblər ki, Azərbaycan 30 illik işğaldan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazilərini erməni qəsbkarlarından azad edib, əzəli Azərbaycan ərazilərini geri qaytarıb və bununla da Qafqazda tarixi ədaləti bərpa edib.
Tədbirin sonunda Azərbaycanın İsraildəki səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və “Azİz” Beynəlxalq Assosiasiyası adından “Xocalı 613” məlumat lövhəsinin önünə əklil qoyulub.
Qeyd edək ki, İsraildəki Azərbaycan icması artıq uzun illərdir Azərbaycan tarixinin bu qaranlıq səhifəsi ilə mümkün qədər çox İsrail vətəndaşını tanış etmək məqsədilə Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsinə həsr olunmuş fotosərgilər, elmi konfranslar və kitab təqdimatları təşkil edir.
25-02-2024, 13:50
Şagirdin iddia olunan səs yazısı araşdırılır - RƏSMİ


Şagirdin iddia olunan səs yazısı araşdırılır - RƏSMİ

Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, artıq ötən həftədən etibarən idarə tərəfindən araşdırma başlanılıb.
"Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib. Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq", - açıqlamada deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!