Saakaşvili də Vaşinqton görüşündən danışdı .....                        "Şamaxı"nın yeni oyunçusu açıqlandı .....                        Zelenski Trampla nələrdən danışdı... .....                        Hərbi Prokurorluqda yeni idarə yaradıldı - Rəis təyin edildi .....                        Tramp yenə Hindistanı hədəfə aldı .....                        Elnur Məmmədliyə yeni vəzifə verildi .....                        Zelenski cəbhə xəttində .....                        Xankəndidə daha bir məktəb olacaq .....                        Daha bir Hizbullah komandiri öldürüldü .....                       
25-02-2024, 13:35
Paşinyan emosional bəyanat verib - Lukaşenko


Paşinyan emosional bəyanat verib - Lukaşenko

Minsk Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması haqqında müraciət almayıb.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Aleksandr Lukaşenko deyib ki, Ermənistan KTMT-nin üzvü olmalıdır: “Nikol Paşinyan tələsib və Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı emosional bəyanat verib. İrəvanın bu barədə rəsmi müraciəti daxil olmayıb. Buna sakit reaksiya veririk, KTMT dağılmayacaq. Ermənistan inteqrasiya strukturlarından çıxmağa tələsməməlidir”.
25-02-2024, 13:20
Qəzzada həlak olan İsrail hərbiçilərinin sayı 239-a çatıb


Qəzzada həlak olan İsrail hərbiçilərinin sayı 239-a çatıb

İsrail ordusu Qəzzanın cənubunda döyüşlərdə daha bir əsgərini itirib, bir zabit və iki əsgər isə yaralanıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bununla da İsrail ordusunun Qəzza zolağında yerüstü hərbi əməliyyatlara başladığı gündən indiyə qədər həlak olan hərbçilərinin sayı 239-a çatıb.
Xatırladaq ki, ötən ilin 7 oktyabrında HAMAS İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib. İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HAMAS həmin hücumda 240-dan çox israillini girov götürüb. İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HAMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb, anklava hava zərbələri endirib. 24 oktyabrdan etibarən İsrail Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.
25-02-2024, 12:36
Lukaşenko prezident seçkilərində iştirak edəcəyini açıqladı


Lukaşenko prezident seçkilərində iştirak edəcəyini açıqladı

Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Dövlət başçısından Belarus Prezidentinin mətbuat xidmətinə yaxın “Pul Pervoqo” teleqram kanalı sitat gətirir.
“Onlara deyin ki, qatılacağam”, – Lukaşenko növbəti ildə keçiriləcəyi gözlənilən prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verib.
O iddia edib ki, “dünyanın heç bir yerində Belarusdakı kimi açıq, ədalətli seçkilər yoxdur”: “Bizim üçün bayramdır! Biz səmimi və dürüst siyasət yürüdürük! Bizə sakit həyat lazımdır və bunun naminə hər şeyi edəcəyik!”.
Qeyd edək ki, Belarusda sonuncu prezidenti seçkiləri 2020-ci ildə keçirilib. Aleksandr Lukaşenko altı müddətdir ki, Şərqi Avropa ölkəsinin dövlət başçısıdır.
25-02-2024, 12:13
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Fevralın 26-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 1-6° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
25-02-2024, 08:19
ŞƏHİDLİK elə bir ZİRVƏDİR ki...


ŞƏHİDLİK elə bir ZİRVƏDİR ki...

Bərdə Şəhidlər Xiyabanında hər gün bir Ananın – istidə, soyuqda, qarda, yağışda ünvan seçib təskinlik tapdığı “kiçicik” bir məkan var – Vətəni uğrunda körpə canını əsirgəməyən yeganə Şəhid balasının uyuduğu məzar...
Hər gün ora gəlib balasını əzizləyir, oxşayır, uyuduğu torpağı qoxlayıb sinəsinə çəkir, azacıq da olsa təskinlik tapıb geri qayıdır. Beləliklə, bu hal illərdir davam edir...
Bu Ana 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda başlanan döyüş əməliyyatlarına qatılıb şərəfli bir döyüş yolu keçən, 2020-ci il oktyabrın 23-də Ağdərə döyüşləri zamanı Şəhidlik zirvəsinə ucalan Şahmuraz Əyyub oğlu Hümbətzadənin Anasıdır - Cəmilə anadır...
* * *
Hümbətzadə Şahmuraz Əyyub oğlu 1998-ci il sentyabr ayının 8-də Bərdə rayonu Cəyirli kəndində anadan olmuşdur.
2004-cü ildə Şorəlli kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur.
* * *
İllər öncə Mübariz İbrahimovun qəhrəmanlığı, 2016-cı il 2 Aprel tarixində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlar gənclərimizin vətənpərvərlik hissini artıq alovlandırmışdı...
General-mayor Polad Həşimovun ölümü cəmiyyətimizdə böyük bir oyanışa səbəb oldu. Bütün xalq, xüsusilə gənclər ayağa qalxaraq Qarabağ uğrunda savaşa hazır olduqlarını bildirdilər. Minlərlə Azərbaycanlı gənc könüllü olaraq orduya yazıldı. Sentyabrın 27-də müharibə başladıqda isə, hətta xaricdə olan bəzi həmvətənlərimiz də ölkəyə qayıdaraq, döyüşlərə könüllü getdilər.
* * *
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən şəhid olan Şahmuraz Əyyub oğlu Hümbətzadə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Həmçinin Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Şahmuraz Hümbətzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Bəşər övladı dünyanı dərk edən gündən böyük zirvələr fəth etmək üçün var gücü ilə çalışır, mübarizə aparır, hətta müharibə etməkdən, qan tökməkdən də çəkinmir.
Lakin Tanrı dərgahında bir Zirvə var ki, onu fəth etmək hər kəsə nəsib olmur.
Bu - Şəhidlik Zirvəsidir... Müqəddəs Kitabımız Qurani-Kərimdə bu zirvəni fəth edənlərin əməli yüksək qiymətləndirilir və Tanrı tərəfindən mükafatlandırılmaları barədə xəbərdarlıq edilir...
Kimdir Şəhidlər... Yüksək amal, məslək, əqidə, yurd, vətən, din uğrunda gözünü qırpmadan canını fəda edən şəxslərdir Şəhidlər...
Təəssüf ki, yaşadığımız maddi dünyada Şəhidlərin necə böyük bir məqama yetişdiklərini bəşər övladı o qədər də dərk etmir. Şəhidlər üçün göz yaşları axıdır, onların halına acıyırlar...
Həzrəti Məhəmməd Peyğəmbərimiz buyurur: “Şəhidlər Allah qatında o qədər yüksək mükafatlandırılar ki, Şəhid olmaq üçün bir də geri dönüb yenidən Şəhadətə can atmaq istərlər”...
“Allah Şəhidlərə 70 məqam, mükafat verər, ən kiçiyi də odur ki, bütün günahları bağışlanar. Məşhər zamanı 70 əziz adamını sorğu-sualdan azad edər...”
Allah qatında ən Böyük Şəhid İmam Hüseyn sayılır...
Xanım Zeynəb İmam Hüseynin kəsilmiş başının üzərində dayanıb: “Allahım, bu kiçik qurbanı bizdən qəbul eylə” – deyir...
Allah Şəhidlərimizin əzizlərinə Xanım Zeynəb dözümü versin...

Mülayim Vəliyeva,
filoloq
24-02-2024, 20:20
Navalnının nəşi anasına verildi


Navalnının nəşi anasına verildi

Bir neçə gün əvvəl vəfat edən rusiyalı müxalifətçi Aleksey Navalnının nəşi anasına verilib.
Bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb.
Onun harada dəfn ediləcəyi ilə bağlı məlumat verilməyib.
24-02-2024, 19:56
“Səbail” “Sabah” üzərində qələbə qazandı


“Səbail” “Sabah” üzərində qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında “Səbail” doğma meydanda “Sabah”ı qəbul edib. Görüş “Dənizçilər”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 52-ci dəqiqədə Aleksandr Ramalinqom açıb. Samir Abdullayev 90+2-ci dəqiqədə fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.
Günün ilk oyununda “Turan Tovuz” və “Neftçi” qollu heç-heçə edib – 1:1.
Bu nəticədən sonra xallarını 34-ə çatdıran “Səbail” 4-cü pilləyə yüksəlib. “Sabah” isə 31 xalla yeddinci yerdə qərarlaşıb.
Ötən gün keçirilmiş açılış matçında “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.
Tura fevralın 25-də keçiriləcək “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.
24-02-2024, 19:41
Ermənistan növbəti dəfə təxribat törətdi


Ermənistan növbəti dəfə təxribatı törətdi

Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Atəşin bu koordinatlarda (40° 05' 04" N; 45° 52' 28" E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı dəqiqliklə müvafiq müşahidə vasitələri ilə təsbit edilib.
Bundan bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yayıb və bu dezinformasiyanı inandırıcı etmək məqsədilə bölmələrimizin mövqelərinin koordinatlarını da qeyd edib.
Bildiririk ki, həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş açılmayıb və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməyib.
24-02-2024, 18:47
Ağdamda baş vermiş qətllə bağlı təfərrüatlar müəyyənləşib


Ağdamda baş vermiş qətllə bağlı təfərrüatlar müəyyənləşib

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş Ağdam rayon sakini, 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın qəsdən öldürülməsi müəyyən edilib.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
Belə ki, Nərgiz Nəcəfovanın 2020-ci ilin aprel ayının 29-da itkin düşməsi faktı üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdə yatdığı zaman qisas məqsədilə 1965-ci il təvəllüdlü atası Şikar Nəcəfov və ögey anası 1983-cü il təvəllüdlü Ramilə Nəcəfova tərəfindən boğularaq və bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurularaq qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Şikar Nəcəfov və Ramilə Nəcəfova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
İtkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması istiqamətində prokurorluq orqanları tərəfindən mütəmadi olaraq aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.
24-02-2024, 17:49
Gürcüstan prezidentindən Ukraynaya dəstək


Gürcüstan prezidentindən Ukraynaya dəstək

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya-Ukrayna müharibəsinin 2-ci ilinin tamam olmasına münasibət bildirib.
Zurabişvili 2 il davam edən şiddətli döyüşlərdən sonra belə Rusiyanın qalib gələ bilmədiyini vurğulayaraq, onu qınayıb.
“İki il... İki il keçdi, amma Rusiya qalib gəlmədi.
Rusiya Ukraynanının qüdrətini qıra bilməzdi. Rusiya Ukraynanaı parçalayıb onu Avropadan ayıra bilməzdi. Sizinlə həmrəylik yekdildir, dəstək göz qabağındadır, uğur və qələbə sizindir”,, - Zurabişvili Ukraynaya videomüraciətində bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!