İngiltərə Superkubokunun qalibi bəlli o odu .....                        Zəlzələdən sonra 4 nəfər dağıntılar altından çıxarıldı .....                        Zəlzələdən sonra 10 bina çökdü .....                        Pezeşkiandan Zəngəzur açıqlaması: məsələ şişirdilir .....                        Ərdoğandan zəlzələ ilə bağlı paylaşım .....                        Dəniz daha bir can aldı .....                        Türkiyədə güclü zəlzələ - Son durum AÇIQLANDI .....                        Türkiyədə güclü zəlzələ .....                        Pezeşkian məcburi hicabdan danışdı .....                       
26-02-2024, 17:57
Xocalı Soyqırımı Memorialı Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılacaq


Xocalı Soyqırımı Memorialı Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılacaq

Xocalı Soyqırımı Memorialı Heydər Əliyev Fondu tərəfindən Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılacaq.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Аnar Ələkbərov dövlət başçısı İlham Əliyevə Xocalı Soyqırımı Memorialı barədə məlumat verərkən deyib.
Qeyd olunub ki, bu memorialın yaradılması bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.
26-02-2024, 17:42
Slovakiya heç vaxt Ukraynaya qoşun göndərilməsinə razılıq verməyəcək


Slovakiya heç vaxt Ukraynaya qoşun göndərilməsinə razılıq verməyəcək

Slovakiyanın baş naziri Robert Fiko Slovakiya Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə bildirib ki, Aİ və NATO-nun bir neçə ölkəsi Kiyevlə ikitərəfli razılaşmalar çərçivəsində Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirir.
Baş nazir vurğulayıb ki, Slovakiya hökuməti heç vaxt Slovakiya hərbi personalının Ukraynaya göndərilməsinə razılıq verməyəcək.
“Qərbin Ukrayna strategiyası iflasa uğradı. Bu tezislərdən belə nəticə çıxır ki, bir qrup NATO və Aİ ölkəsi ikitərəfli razılaşmalar əsasında Ukraynaya öz ordusunu göndərməyi düşünür”, - Slovakiyanın baş naziri bildirib.
Robert Fikonun fikrincə, Avropa qoşunlarının Ukraynaya göndərilməsi qərarı eskalasiyaya gətirib çıxaracaq. O bəyan edib ki, Slovakiya Kiyevə yalnız humanitar yardım göstərəcək, həmçinin minatəmizləmə maşınlarının tədarükü imkanlarını nəzərdən keçirir. Baş nazir əlavə edib ki, ölkəsi ukraynalıların təlimi məsələsində Ukraynaya yardım edəcək.
26-02-2024, 17:37
Xocalıda olmağımız tarixi ədalətin tam bərpası deməkdir - Prezident


Xocalıda olmağımız tarixi ədalətin tam bərpası deməkdir - Prezident

Bu gün biz buradayıq (Xocalı – red.), burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Bu gün Xocalı qurbanlarının ruhu şaddır.
Bu fikirləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə ifadə edib.
Dövlətimizin başçısı, həmçinin diqqətə çatdırıb: “Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır”.
26-02-2024, 17:30
Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir - Prezident


Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir - Prezident

Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər.
Bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
“Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
26-02-2024, 17:28
Xocalısız ərazi bütövlüyümüzün tam bərpa olunduğunu hesab edə bilməzdik


Xocalısız ərazi bütövlüyümüzün tam bərpa olunduğunu hesab edə bilməzdik

Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik.
Bu fikri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.
“Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”, - deyə dövlətimizin başçısı əlavə edib.
26-02-2024, 17:22
Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq


Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq

Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın.
Bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Buna 30 il vaxt lazım olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: “Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradır”.
26-02-2024, 17:19
Gələn il Ağdama ilk köç başlanacaq - İlham Əliyev


Gələn il Ağdama ilk köç başlanacaq - İlham Əliyev

Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq.
Bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Bu il həm Xocalıda, həm də Xankəndidə həyatın bərpa olunacağını qeyd edən dövlətimizin başçısı deyib:
“Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ağdam şəhəri bərpa olunur və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni, quruculuq işləri geniş vüsət alır”.
26-02-2024, 17:13
Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir - Prezident


Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir - Prezident

“Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərmişdir”.
Bunu Prezident İlham Əliyev Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki nitqində deyib.
“Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır”, - Prezident vurğulayıb.
26-02-2024, 17:09
Xaçaturyan İraqda rəsmi səfərdədir


Xaçaturyan İraqda rəsmi səfərdədir

Ermənistan prezidenti Vahaqn Xaçaturyan İraqa rəsmi səfər edib.
Bu barədə "Armenpress" məlumat yayıb.
Məlumata görə, Ermənistan prezidentini Bağdad beynəlxalq hava limanında İraqın baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn qarşılayıb. Səfər çərçivəsində Xaçaturyan İraq prezidenti Əbdül Lətif Rəşid və baş nazir Məhəmməd Şia əl-Sudani ilə görüşəcək.
O, həmçinin Ərbilə səfər edəcək və burada İraq Kürdüstanının fəxri prezidenti Məsud Bərzani və İraq Kürdüstanının prezidenti Neçivan Bərzani ilə görüşlər keçirəcək.
Vahaqn Xaçaturyan İraqdakı erməni icmalarının nümayəndələri ilə də görüşəcək. Ermənistan prezidentinin nümayəndə heyətinin tərkibində sahibkarlar da İraqa gedib və biznes forumda iştirak edəcəklər.
26-02-2024, 17:03
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi


Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bununla bağlı Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
Qeyd edək ki, bu gün Xocalı soyqırımın 32-cü ildönümüdür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!