İngiltərə Superkubokunun qalibi bəlli o odu .....                        Zəlzələdən sonra 4 nəfər dağıntılar altından çıxarıldı .....                        Zəlzələdən sonra 10 bina çökdü .....                        Pezeşkiandan Zəngəzur açıqlaması: məsələ şişirdilir .....                        Ərdoğandan zəlzələ ilə bağlı paylaşım .....                        Dəniz daha bir can aldı .....                        Türkiyədə güclü zəlzələ - Son durum AÇIQLANDI .....                        Türkiyədə güclü zəlzələ .....                        Pezeşkian məcburi hicabdan danışdı .....                       
26-02-2024, 13:16
ABŞ-da Xocalı soyqırımıyla bağlı aksiya keçirildi


ABŞ-da Xocalı soyqırımıyla bağlı aksiya keçirildi

ABŞ-nin Vaşinqton, Nyu-York, Atlanta və Hyuston şəhərlərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar geniş məlumatlandırma aksiyası keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin dəstəyi, Yuta-Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Qarayevanın təşkilatçılığı ilə baş tutan aksiyada Xocalı həqiqətlərini əks etdirən ekran quraşdırılmış avtomobillər şəhərlərin izdihamlı mərkəzi küçələri boyunca hərəkət edib.
Ekranlarda Azərbaycan bayrağı, xəritəsi, Xocalı soyqırımı qurbanlarının adları və fotoları nümayiş etdirilib. Təsvirlər «Xocalıya ədalət!», «Xocalı soyqırımını tanıyın!», «Ermənistanın insanlığa qarşı cinayəti», «Ermənistanın Xocalıdakı bir gecəlik soyqırımı», «Azərbaycanlılar ədalət tələb edir!», «Xocalını xatırla!», «Biz xatırlayırıq!», «Xocalı üçün dua et!», «Xocalıda 63 uşaq, o cümlədən yeni doğulanlar öldürülüb!», «1992-ci il 26 fevral. 613 azərbaycanlı, 106 qadın, 63 uşaq, 70 ahıl şəxs qətlə yetirilib. 1275 nəfər azərbaycanlı girov götürülüb. 76 uşaq əlil olub. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib» şüarları və müxtəlif çağırışlar ilə müşayiət olunub.
Məlumatlandırma aksiyası yerli ictimaiyyətin marağına səbəb olub.
Qeyd edək ki, artıq bir neçə ildir Xocalı soyqırımı ərəfəsində ABŞ-nin müxtəlif şəhərlərində təşkil olunan məlumatlandırma aksiyasının məqsədi yerli sakinlərin diqqətini Xocalı həqiqətlərinə çəkməkdir.
26-02-2024, 13:09
Baş Prokurorluğun rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət etdi


Baş Prokurorluğun rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət etdi

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib.
Baş Prokurorluqdan bildirilib ki, abidə önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirələri dərin ehtiramla anılıb.
26-02-2024, 12:56
Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır - Nazir


Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır - Nazir

Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni tədris ilində məktəbdə tədris prosesinin başlaması nəzərdə tutulur: “Məktəbdə təxminən 150-ə yaxın şagirdin təhsil alacağı gözlənilir. Ayrıca idman və akt zalı olacaq. Əhalinin köç prosesi müddətində yerli əhalinin sayına uyğun məktəbdə yer olacaq”.
Nazir onu da bildirib ki, işğaldan azad olunan Kəlbəcər, Zəngilan və digər ərazilərdə də məktəblərin təmir-tikinti işləri davam edir.
E.Əmrullayev söyləyib ki, Xankəndidə yerləşən ümumtəhsil müəssisələri ilə bağlı müvafiq invertarlaşma işləri görülür: “Azad edilən bütün ərazilərdə tədris ocaqlarının uçotu aparılır, müxtəlif vəziyyətdə olan binalar var. Onların hər biri də ölkənin tədris standartlarına uyğunlaşdırılır”.
25-02-2024, 15:07
Gimnastımız Bakıda keçirilən Dünya Kubokunun qalibi oldu


Gimnastımız Bakıda keçirilən Dünya Kubokunun qalibi oldu

Azərbaycanın gimnastı Mixail Malkin Bakıda keçirilən Dünya Kubokunun qalibi olub.
İkiqat dünya və Avropa çempionu Milli Gimnastika Arenasında təşkil edilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun qızıl medalını qazanıb.
Azərbaycan millisinin digər üzvü, komanda hesabında dünya çempionu olan Adil Hacızadə (tamblinq) isə gümüş mükafata yiyələnib.
25-02-2024, 14:51
İsraildə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi


İsraildə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi

İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən Yəhudi Xalqları Muzeyində (Diaspor Muzeyi) Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində baş tutan tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman (Yana Salman) 613 günahsız insanın erməni işğalçıları tərəfindən qətlə yetirilməsi haqqında məlumat verib.
Daha sonra tədbir iştirakçıları Yerusəlim yaxınlığındakı Prezident Parkında 2014-cü ildə Azərbaycan-İsrail (“Azİz”) Beynəlxalq Assosiasiyası tərəfindən Xocalı faciəsi qurbanlarının xatirəsinə əkilmiş ağacların olduğu meşə ərazisini ziyarət ediblər. Yeganə Salman və Azərbaycanın istiqlal şairi Əhməd Cavadın Aşkelon şəhərində yaşayan nəvəsi Yaqut Abdullayeva çıxış edərək, xalqların taleyində baş verən bu kimi kədərli hadisələrin həmişə xatırlanmalı və heç vaxt unudulmamalı olduğunu vurğulayıblar. Qeyd ediblər ki, Azərbaycan 30 illik işğaldan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazilərini erməni qəsbkarlarından azad edib, əzəli Azərbaycan ərazilərini geri qaytarıb və bununla da Qafqazda tarixi ədaləti bərpa edib.
Tədbirin sonunda Azərbaycanın İsraildəki səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və “Azİz” Beynəlxalq Assosiasiyası adından “Xocalı 613” məlumat lövhəsinin önünə əklil qoyulub.
Qeyd edək ki, İsraildəki Azərbaycan icması artıq uzun illərdir Azərbaycan tarixinin bu qaranlıq səhifəsi ilə mümkün qədər çox İsrail vətəndaşını tanış etmək məqsədilə Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsinə həsr olunmuş fotosərgilər, elmi konfranslar və kitab təqdimatları təşkil edir.
25-02-2024, 13:50
Şagirdin iddia olunan səs yazısı araşdırılır - RƏSMİ


Şagirdin iddia olunan səs yazısı araşdırılır - RƏSMİ

Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, artıq ötən həftədən etibarən idarə tərəfindən araşdırma başlanılıb.
"Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib. Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq", - açıqlamada deyilir.
25-02-2024, 13:35
Paşinyan emosional bəyanat verib - Lukaşenko


Paşinyan emosional bəyanat verib - Lukaşenko

Minsk Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması haqqında müraciət almayıb.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Aleksandr Lukaşenko deyib ki, Ermənistan KTMT-nin üzvü olmalıdır: “Nikol Paşinyan tələsib və Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı emosional bəyanat verib. İrəvanın bu barədə rəsmi müraciəti daxil olmayıb. Buna sakit reaksiya veririk, KTMT dağılmayacaq. Ermənistan inteqrasiya strukturlarından çıxmağa tələsməməlidir”.
25-02-2024, 13:20
Qəzzada həlak olan İsrail hərbiçilərinin sayı 239-a çatıb


Qəzzada həlak olan İsrail hərbiçilərinin sayı 239-a çatıb

İsrail ordusu Qəzzanın cənubunda döyüşlərdə daha bir əsgərini itirib, bir zabit və iki əsgər isə yaralanıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bununla da İsrail ordusunun Qəzza zolağında yerüstü hərbi əməliyyatlara başladığı gündən indiyə qədər həlak olan hərbçilərinin sayı 239-a çatıb.
Xatırladaq ki, ötən ilin 7 oktyabrında HAMAS İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib. İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HAMAS həmin hücumda 240-dan çox israillini girov götürüb. İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HAMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb, anklava hava zərbələri endirib. 24 oktyabrdan etibarən İsrail Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.
25-02-2024, 12:36
Lukaşenko prezident seçkilərində iştirak edəcəyini açıqladı


Lukaşenko prezident seçkilərində iştirak edəcəyini açıqladı

Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Dövlət başçısından Belarus Prezidentinin mətbuat xidmətinə yaxın “Pul Pervoqo” teleqram kanalı sitat gətirir.
“Onlara deyin ki, qatılacağam”, – Lukaşenko növbəti ildə keçiriləcəyi gözlənilən prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verib.
O iddia edib ki, “dünyanın heç bir yerində Belarusdakı kimi açıq, ədalətli seçkilər yoxdur”: “Bizim üçün bayramdır! Biz səmimi və dürüst siyasət yürüdürük! Bizə sakit həyat lazımdır və bunun naminə hər şeyi edəcəyik!”.
Qeyd edək ki, Belarusda sonuncu prezidenti seçkiləri 2020-ci ildə keçirilib. Aleksandr Lukaşenko altı müddətdir ki, Şərqi Avropa ölkəsinin dövlət başçısıdır.
25-02-2024, 12:13
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Fevralın 26-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 1-6° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!