Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var? .....                        Bakıda xəstəxanadan oğurluq edildi .....                        Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB .....                        Dəmir Yolları maliyyə vəziyyətini açıqladı .....                        Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov .....                        Probasiya 10 mindən artıq məhkuma tətbiq olunacaq .....                        "Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı .....                        “Kəpəz” iki əcnəbi futbolçu ilə yollarını ayırdı .....                        Xırdalanda dəm qazından zəhərlənən 3 nəfərin son durumu AÇIQLANDI .....                       
3-08-2024, 13:25
Üstünə ağac aşan 36 yaşlı kişi öldü


Üstünə ağac aşan 36 yaşlı kişi öldü

Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi vəfat edib.
Hadisə rayonun Tayıflı kəndinin inzibati ərazisindəki meşə zolağında baş verib.
Oğuz rayon sakini 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramovun üzərinə ağac düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F. Bayramov komatoz vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxansına (RMX) yerləşdirilib. F. Bayramov xəstəxanaya yerləşdirildikdən bir qədər sonra vəfat edib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
3-08-2024, 13:16
ABŞ-ın yeni hipersəs raketi - "Dark Eagle"


ABŞ-ın yeni hipersəs raketi - "Dark Eagle"

ABŞ 3000 km mənzilli yeni “Dark Eagle” hipersəs raketlərinin çöl sınaqlarını keçirib.
Son sınaqlara əlavə olaraq, artıq başqa sınaqlardan da keçib, o cümlədən bu il Havay adalarının Kauai şəhərindəki Sakit Okean Raket Poliqonunda hərtərəfli yoxlanılıb.
Hazırkı sınaqlar göstərib ki, kompleks uzun müddət ərzində digər döyüş birləşmələri, eləcə də komanda və idarəetmə sistemləri ilə inteqrasiya oluna bilir.
"Dark Eagle” hipersəsli “yer-yer” raketi düşmənin uzaq məsafədən atəşini "boğmaq" və 3000 km-ə qədər məsafədə yüksək dəyərli hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
Sistemə hər birində raket gücləndiricisi olan iki konteynerli mobil buraxılış qurğusu daxildir. Raket sürüşmə gövdəsini yüksək hündürlüyə qaldırır və oradan nəzarət altında hədəfinə doğru uçur.
Sürəti səs sürətini 5 dəfə üstələyir və əslində hava hücumundan müdafiə sistemlərinin yanından sanki orada olmamış kimi uça bilir.
3-08-2024, 12:28
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
3-08-2024, 12:06
Bakı-Sumqayıt yolundakı ağır qəzada xəsarət alanların son durumu


Bakı-Sumqayıt yolundakı ağır qəzada xəsarət alanların son durumu

Bakı-Sumqayıt yolundakı ağır qəzada xəsarət alanların son durumu açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən (STM) bildirilib ki, ötən gün Bakı-Sumqayıt yonun 29-cu km-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq STM-in nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 19 nəfərdən 14-ü artıq ambulator müalicə üçün evə buraxılıb.
Digər 5 nəfərin isə müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
Onlardan qapalı kəllə-beyin travması, sol dizin qapalı sınığı diaqnozları ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti ağır qiymətləndirilir. Həmin şöbədə qapalı kəllə-beyin travması diaqnozu ilə müalicə alan 1961-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağırdır.
Qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulan 1986 və 1988-cu il təvəllüdlü şəxslərin (qadın cinsli) müalicəsi isə Neyrocərrahiyyə şöbəsində davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
1980-ci il təvəllüdlü şəxs (qadın cinsli) isə sağ qabırğanın sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicə alır və vəziyyəti orta ağırdır.
3-08-2024, 11:38
Azərbaycanda qadının kartından 50 min manat oğurlandı


Azərbaycanda qadının kartından 50 min manat oğurlandı

Diqqətsizlik, ehtiyatsızlıq, yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib.
Bunu DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, investiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər.
"Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil. Avqustun 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Vətəndaşlara çağırış edirik ki, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın, yazışmayın. Hesabınıza kimsə pul köçürmək istəyirsə, bank kartınızın 16 rəqəmindən əlavə məlumatları verməyin, əks halda pul vəsaitinizi itirəcəksiniz" - deyə idarə rəisi qeyd edib.
3-08-2024, 11:17
Özünü polis əməkdaşı kimi təqdim edən şəxs tutuldu


Özünü polis əməkdaşı kimi təqdim edən şəxs tutuldu

Naxçıvanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.
Daxil olan şikayət əsasında həyata keçirilən tədbirlərlə özünü polis əməkdaşı kimi təqdim edən Babək rayon sakini Maqsudov Məhəmməd saxlanılıb.
Araşdırmalarla onun özünü Şahin adlı polis əməkdaşı kimi təqdim edərək müxtəlif qeyri-qanuni hərəkətlərə yol verdiyi müəyyən edilib.
3-08-2024, 11:05
Ana və 5 yaşlı qızı binadan yıxılaraq öldü


Ana və 5 yaşlı qızı binadan yıxılaraq öldü

Şirvanda ana və 5 yaşlı qızı binadan yıxılaraq ölüb.
Hadisə Şirvan şəhərinin mərkəzində baş verib.
Beşmərtəbəli binada qonaq olan ana Kərimova Aygün və 5 yaşlı qızı K.Z 6-cı mərtəbədən yıxılaraq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
3-08-2024, 10:05
Xəzərdəki gəmidə baş vermiş yanğın tam söndürülüb


Xəzərdəki gəmidə baş vermiş yanğın tam söndürülüb

Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumatda bildirib ki, nazirliyin əməkdaşları və texnikalarla həyata keçirilmiş fasiləsiz tədbirlər sayəsində təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.
Qeyd edək ki, təchizat gəmisində yanğın iyulun 31-də başlayıb.
2-08-2024, 23:46
MİDA yaşayış kompleksində yanğın


MİDA yaşayış kompleksində yanğın

Bakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada yanğın olub.
Hadisə MİDA yaşayış kompleksində qeydə alınıb. Yanğın nəticəsində yaşayış binasının şaxtasındakı elektrik naqilləri yanıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.
Yanğın söndürülüb.
2-08-2024, 22:25
Harris namizədlik üçün yetərli səs toplayıb


Harris namizədlik üçün yetərli səs toplayıb

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident olmaq üçün onlayn seçkidə iştirak edən Demokrat Partiyasının nümayəndələrindən yetərli sayda səs toplaya bilib.
Bu barədə Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında bildirib.
"Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harrisin bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatdıqda Demokratların namizədi olacaq", - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!