Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                        Avropa İttifaqından 2 Azərbaycan vətəndaşına SANKSİYA .....                        Bakıda bəzi sexlərin fəaliyyəti dayandırıldı - VİDEO .....                        Xüsusi Təyinatlıların buraxılış mərasimi keçirilib .....                        Ərdoğanın oğlundan atasına dəstək çağırışı .....                        Azərbaycanda bu heyvan növləri yoxa çıxıb .....                        Qara dənizdə təhlükə artır - Ekspertdən XƏBƏRDARLIQ .....                        Tramp Belarusdakı ABŞ səfirliyini yenidən açır .....                       
21-09-2023, 15:13
Elçin Əmirbəyov: “ Biz sülh sazişi layihəsini Ermənistan tərəfinə vermişik”


Elçin Əmirbəyov: “ Biz sülh sazişi layihəsini Ermənistan tərəfinə vermişik”

Yevlax şəhərində rəsmi Bakının və Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş İrəvanla sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər.
Bunu Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalına bildirib.
E.Əmirbəyovun sözlərinə görə, müqavilə layihəsi artıq Ermənistana verilib.
“Biz sülh sazişi layihəsini Ermənistan tərəfinə vermişik və indi onların cavabını gözləyirik. Ermənilərin Qarabağ ərazisindən repatriasiyasına gəlincə, bu, Azərbaycanın daxili işi olduğu üçün sazişin əsaslandığı prinsip deyil”, - Əmirbəyov deyib.
21-09-2023, 14:57
PUA ilə mübarizə üçün Türkiyədən antidron sistemləri alındı


PUA ilə mübarizə üçün Türkiyədən antidron sistemləri alındı

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün yeni antidron sistemləri alıb.
Bu barədə "Anadolu" informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycana tədarük edilən ILTER adlı sistemlər "Boğaziçi Savunma" şirkəti tərəfindən istehsal edilib. Sistemin effektivliyi həm ölkə daxilində, həm də ölkə xaricində sübut edilib.
Bildirilir ki, antidron sistemi fırlanan və ya sabit qanadlı mini/mikro PUA-lara qarşı tam avtomatik rejimdə işləyir. Sistem aşkar edilə təhdidi aşkarlayır və sıradan çıxarır.
Mobil və stasionar vəziyyətdən işləyən ILTER 360 dərəcə hədəfləri aşkarlaya və 8 kilometr məsafədə zərərsizləşdirə bilir.
24 saat aktiv vəziyyətdə işləyə bilən sistemlərin artıq Azərbaycana çatdırıldığı bildirilir.

21-09-2023, 14:49
İlham Əliyev rusiyalı həmkarına başsağlığı verdi


İlham Əliyev rusiyalı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Bildirlib ki, sentyabrın 21-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib. Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.
Tərəflər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin köməyi ilə əldə edilmiş razılaşmaların ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə sentyabrın 21-də Yevlax şəhərində Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməni əhalisi arasında başlayan təmaslara böyük əhəmiyyət verilir.
Regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üzrə prioritet addımlar müzakirə edilib. Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib.
2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində, ilk növbədə, nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.
21-09-2023, 14:28
Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir - Əmirbəyov


Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir - Əmirbəyov

"Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlərin bir görüşdə həllini gözləmək çətindir".
Bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalının efirində deyib.
"Hesab edirəm ki, Yevlaxda bugünkü danışıqlar çoxlu görüşlərdən birincisidir. Gözləmək lazım deyil ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlər bir görüşdə həll olunacaq", - o bildirib.
"Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir", - E.Əmirbəyov əlavə edib.
21-09-2023, 14:05
Türkiyə MN: “Ermənistan Qarabağı ciddi şəkildə minalayıb”


Türkiyə MN: “Ermənistan Qarabağı ciddi şəkildə minalayıb”

“Ermənistan Qarabağı ciddi şəkildə minalayıb”.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən (MMN) bildirilib.
Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri bu məsələdə də Azərbaycana dəstək olur.
Həmçinin, vurğulanıb ki, Qarabağdakı Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi fəaliyyətini davam etdirməkdədir: “Mərkəz lazımi işləri görür, vaxtaşırı məruzələr hazırlayır”.
21-09-2023, 13:44
2024-cü ildə müdafiə və təhlükəsizlik büdcəsi 3 milyard manat olacaq


2024-cü ildə müdafiə və təhlükəsizlik büdcəsi 3 milyard manat olacaq

Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2024-cü ilin dövlət büdcəsində 3 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi-diplomatik xarakterli addımlar atılmışdır. Lakin, Ermənistan hökumətinin sülh prosesinə qeyri-konstruktiv yanaşma sərgiləməsi, müşahidə olunan separatizm meyilləri və bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə bağlı cəhdlərin nəticəsiz qalması arzu olunan sülh və sabitliyə qarşı təhdidlər yaradır. Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
21-09-2023, 13:26
Sülh barışıq və ya atəşkəslə qarışdırılmamalıdır - Paşinyan


Sülh barışıq və ya atəşkəslə qarışdırılmamalıdır - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 21-də Müstəqillik Günü ilə bağlı müraciətində bildirib ki, Alma-Ata Bəyannaməsi və bununla bağlı sənədlər Ermənistan Respublikasının müstəqilliyinin fundamental amillərindən biridir.
Bu barədə "Armenpress" məlumat yayıb.
"Son vaxtlar xarici və regional siyasət apararkən 1991-ci il dekabr Alma-Ata Bəyannaməsinə və Ermənistan Respublikasının da imzaladığı müvafiq sənədlərə əsaslandığım üçün tez-tez tənqid olunuram. Çoxları birbaşa və dolayı yolla həmin sənədə əsaslanan siyasətdən əl çəkməyə çağırır. Məsələ burasındadır ki, Alma-Ata Bəyannaməsi və onunla bağlı sənədlər Ermənistan Respublikasının müstəqilliyinin fundamental amillərindən biridir ki, burada keçmiş SSRİ-nin 12 respublikasının, o cümlədən Ermənistan Respublikasının müstəqillik əldə etməsinin siyasi və hüquqi əsasları qeyd olunur. Və buna görə də, həmin sənədə əsaslanan siyasətdən əl çəkməyə çağırışlar Ermənistanın müstəqilliyindən, suverenliyindən və ərazi bütövlüyündən əl çəkməyə çağırışdır və bütün nəticələr bundan irəli gəlir.
Bu şərtlərin tam olması üçün sülh, yəni münaqişəsiz mühit lazımdır. Sülh müstəqilliyi və suverenliyi təmin etdiyi kimi təhlükəsizliyi də təmin edən amildir. Çoxları hesab edir ki, bu gərgin regional şəraitdə, vaxtaşırı hərbi münaqişələr fonunda sülhdən danışmaq adekvat deyil. Ancaq xüsusilə bu şərtlərdə sülhə dəyər verilməli və sülh barışıq və ya atəşkəslə qarışdırılmamalıdır. Sülh münaqişələrdən, dövlətlərarası, millətlərarası münaqişələrdən uzaq bir mühitdir. Bu yol asan deyil, xarici və daxili sarsıntılardan keçir və biz müstəqillik naminə, dövlətçilik naminə, gələcək naminə bu yolu keçməliyik", - o qeyd edib.
21-09-2023, 13:21
Yevlax görüşü başa çatdı


Yevlax görüşü başa çatdı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb.
Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.
Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər.
21-09-2023, 12:56
Paşinyan 6 dəqiqəlik çıxışı zamanı Qarabağdan danışmadı


Paşinyan 6 dəqiqəlik çıxışı zamanı Qarabağdan danışmadı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Günü münasibətilə xalqa təbrik müraciəti edib.
Paşinyan ümumilikdə 6 dəqiqəyə yaxın çıxış edib.
O, müraciət boyunca müxtəlif məsələlərə toxunsa da Qarabağ haqqında heç söz açmayıb.
"Paşinyan Ermənistanın Müstəqillik Günü ilə bağlı ölkə sakinlərinə müraciət edib, lakin Qarabağla bağlı birbaşa söz deyilməyib", - deyə məlumatda qeyd olunub.
Ermənistanın baş naziri qeyd edib ki, gələcək inkişaf “münaqişəsiz mühit” tələb edir və ölkə müstəqillik naminə bu yolla getməlidir.
21-09-2023, 12:28
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!