17-02-2023, 15:56
İranda yenidən etiraz aksiyaları baş qaldırıbİranda yenidən etiraz aksiyalarına başlanılıb. Paytaxt Tehran və digər şəhərlərdə geniş etiraz aksiyaları keçirilib. Aksiyalar ötən ilin sentyabrında baş vermiş nümayişlərdə iştirak etmiş Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin edam edilməsinin 40-cı günü ilə əlaqədar təşkil olunub. Məlumata görə, Tehranla yanaşı, Xuzistan əyalətinin Kərəc, İsfahan, Qəzvin, Rəşt, Ərak, Məşhəd, Sənəndəc, Qorvə və İzeh şəhərlərində keçirilən aksiyalarda molla rejiminin əleyhinə şüarlar səsləndirilib.
17-02-2023, 15:51
İranda körpələrə türk mənşəli ad qoyulması qadağan edildiİran hakimiyyəti Güney Azərbaycanda yeni doğulan körpəyə türk mənşəli adın qoyulmasına icazə verməyib. Bu barədə "Mouze İran" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Təbriz şəhərində yeni doğulmuş körpəyə türk adı qoyulduğu üçün doğum haqqında sənədin verilməsindən imtina edilib. Molla rejimi azərbaycanlı körpəyə qoyulan “Vulkan” adının əcnəbi (türk) olduğunu əsas gətirərək ona doğum haqqında şəhadətnamə verməyib.
17-02-2023, 15:48
İlham Əliyev alman şirkətlərini ölkəmizə dəvət etdiAzərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində islahatlar həyata keçirilib, xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı yaradılıb. Bunu Prezident İlham Əliyev Münxenə səfəri çərçivəsində Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə deyib. Ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verən dövlətimizin başçısı alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu bildirib, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət edib. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu da həmsöhbətinin diqqətə çatdırıb.
17-02-2023, 15:45
“Media haqqında” qanuna yeni cərimələr tətbiq edildiMedia subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydalarının pozulmasına görə cərimələr hazırlanır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
17-02-2023, 15:41
FİFA-dan Türkiyə və Suriyaya 1 milyonluq yardımFIFA Türkiyə və Suriyaya zəlzələyə görə humanitar yardım göstərəcək. Bu barədə ali futbol qurumunun rəsmi saytında məlumat yer alıb. Bildirilib ki, bunun üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. FIFA Türkiyə Futbol Federasiyası (TFF), Suriya Futbol Assosiasiyası (SFA) və qeyri-hökumət təşkiları ilə məsləhətləşmələrdən sonra zəruri əşyaların alınmasına, paylanmasına başlayacaq.
17-02-2023, 15:32
Paşinyan Münhen dəvətini qəbul etməyibXəbər verdiyimiz kimi, 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək "Cənubi Qafqazda təhlükəsizliyin qurulması" adlı paneldə Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin iştirak edəcəyi bildirilir. Ermənistan Baş naziri Nikol Paşinyan Münhendə olsa da, o, Cənubi Qafqazla bağlı paneldə iştirak etməyəcək. Təşkilatçılar paneldə iştirak etmək üçün Paşinyana dəvət göndəriblər, lakin o, dəvəti qəbul etməyib. Diplomatik mənbələr bildirib ki, Bakı və Tbilisi panelin keçirilməsini dəstəkləyib, Paşinyan administrasiyası isə bu formatdan qəti şəkildə imtina edib. Bundan əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda da Prezident İlham Əliyev və İrakli Qaribaşvilinin iştirakı ilə birgə panel olub, lakin Ermənistan tərəfi həmin tədbirdə də iştirak etməyib. "Ermənistan üçtərəfli Bakı-Tbilisi-İrəvan müzakirə formatına qoşulmaq istəməməsi ilə regionda getdikcə özünü təcrid edir", - deyə "Caliber" qeyd edib.
17-02-2023, 15:28
Sabaha olan hava proqnozuSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
17-02-2023, 15:26
İlham Əliyev Münhendə keçirilən dəyirmi masada iştirak edibFevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
17-02-2023, 15:21
Media subyektləri ƏDV-dən azad edildiMedia subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd olunub. Qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib. Bundan başqa, Milli Məclis media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsi layihəsini ilk oxunuşda qəbul edib. Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.
17-02-2023, 15:16
ANS PRESS saytı yenidən açıldıYeddi il əvvəl bağlanan ANS PRESS saytı yenidən açılıb. Əvvəlki domenlə fəaliyyətə başlayan saytda artıq xəbərlər yenilənir. Saytın "haqqımızda" bölməsində anspress.com saytının ötən gündən etibarən fəaliyyətini davam etdirməyə başladığı qeyd olunub. Portalın Baş redaktoru Seyfulla Mustafayev “Qafqazinfo”ya bildirib ki, bir ildən artıqdır portal üzərində işləyirlər, bu günə qədər ancaq daxili istifadəçilər üçün fəaliyyət göstərib: "Xəbər bu portalın bir hissəsidir. Radioya qulaq asa bilərsiniz, televiziya var, bloqlar var və s”. Xatırladaq ki, Vahid Mustafayevin rəhbəri olduğu ANS Şirkətlər Qrupuna daxil olan ANSPRESS saytı ANS TV bağlanandan sonra fəaliyyətini dayandırmışdı.