Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        2 milyona görə həbs edilən direktora daha bir ittiham .....                        Azərbaycana keçən ermənilər geri qaytarıldı .....                        Erməni əsgəri ildırım vurub öldürdü .....                        Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı .....                        Şahramanyan yenə dindirildi .....                        Şahramanyan yenə dindirildi .....                        Ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş .....                       
14-02-2023, 14:15
Dağıntılar altından külli miqdarda pul aşkarlandı


Dağıntılar altından külli miqdarda pul aşkarlandı

Türkiyəyə göndərilmiş rusiyalı xilasedicilər dağıntılar altından külli miqdarda pul aşkarlayıblar. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” hesabında məlumat paylaşılıb. “Türkiyəyə göndərilən axtarış-xilasetmə əməkdaşlarımız yaşayış binasının dağıntılarını təmizləyərkən külli miqdarda pul tapıblar”, - deyə məlumatda bildirilib. Qeyd olunub ki, daha bir dağıntı qatını açan zaman içərisində yüz dollarlıq əskinaslarla dolu qazan aşkarlanıb. Qazanda olan pulun məbləğinin 150 min dollar olduğu müəyyən edilib. Həmin vəsait polis əməkdaşlarına təhvil verilib. Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələlər nəticəsində 31 643 nəfər həlak olub, 80 mindən çox insan zərər çəkib.
14-02-2023, 14:09
Xilasedicilərimiz 51 nəfərin həyatını qurtarıb


Xilasedicilərimiz 51 nəfərin həyatını qurtarıb

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin cəsədini çıxarıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
14-02-2023, 14:06
İran prezidenti Çinə 3 günlük səfər edir


İran prezidenti Çinə 3 günlük səfər edir

İran prezidenti İbrahim Rəisi Çinə səfər edib. O, Çin lideri Si Tsinpinin şəxsi dəvəti ilə Pekinə yollanıb. Bildirilib ki, Rəisinin səfəri üç gün davam edəcək. Onun burada yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub. Təhlilçilərin fikrincə, bu səfər ABŞ-la gərginliyin artması fonunda iki ölkə arasında əlaqələrin gücləndirilməsindən xəbər verir.
13-02-2023, 23:37
Hatayda zəlzələ nəticəsində dağılan binanın podratçısı həbs edildi


Hatayda zəlzələ nəticəsində dağılan binanın podratçısı həbs edildi

Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində dağılan daha bir binanın podratçısı həbs edilib. Bu barədə DHA agentliyi məlumat yayıb. Bildirilir ki, Ömər Cihan adlı podratçı zəlzələ qurbanı kimi qaldığı 5 ulduzlu oteldə saxlanılıb. Şübhələnin işinin artıq məhkəməyə göndərildiyi deyilir. Qeyd edək ki, Türkiyədə zəlzələ ilə əlaqədar bir neçə nəfər həbs olunub.
13-02-2023, 22:08
Hatayda zəlzələ nəticəsində dağılan binanın podratçısı həbs edildi


Hatayda zəlzələ nəticəsində dağılan binanın podratçısı həbs edildi

Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində dağılan daha bir binanın podratçısı həbs edilib. Bu barədə DHA agentliyi məlumat yayıb. Bildirilir ki, Ömər Cihan adlı podratçı zəlzələ qurbanı kimi qaldığı 5 ulduzlu oteldə saxlanılıb. Şübhələnin işinin artıq məhkəməyə göndərildiyi deyilir. Qeyd edək ki, Türkiyədə zəlzələ ilə əlaqədar bir neçə nəfər həbs olunub.
13-02-2023, 21:45
Vardanyanın Xankəndində olmasıyla bağlı məlumat yayılıb


Vardanyanın Xankəndində olmasıyla bağlı məlumat yayılıb

Qarabağ separatçılarının qondarma “dövlət naziri” postunu tutan milyarder Ruben Vardanyanın Xankəndidə olduğu barədə məlumat yayılıb. “Hraparak”ın məlumatına görə, Vardanyan fevralın 13-də tabeliyindəki “rəhbər heyətin” iştirakı ilə işçi məsləhətləşmə keçirib. Bildirilir ki, mövcud vəziyyəti təqdim edən R.Vardanyan görüləcək çox işin olduğunu söyləyib. Onun separatçıların rəhbər heyətində təmsil olunan şəxslərə müxtəlif tapşırıqlar verdiyi deyilir. Qeyd edək ki, Ermənistan KİV-ləri ötən həftə Ruben Vardanyaın Moskvaya getdiyini yazmışdı. Həmin məlumatlarda bildirilirdi ki, Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün əvvəlcə Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan, ardınca isə Ruben Vardanyan Moskvaya gedib. Mətbuat bu iki şəxsin son vaxtlar yola getmədiyi və aralarındakı gərginliyin dərinləşdiyini yazır. Ehtimal olunur ki, Moskva onlardan hansı ilə işləyəcəyinə tezliklə aydınlıq gətirəcək.
13-02-2023, 21:42
Ərdoğan xanımı ilə zərərçəkənləri ziyarət etdi


Ərdoğan xanımı ilə zərərçəkənləri ziyarət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ zamanı yaralanan şəxslərə baş çəkib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Prezident və xanımı Əminə Ərdoğan Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib. Yaralılara şəfa diləyən Türkiyə lideri onların səhhəti ilə bağlı həkimlərdən məlumat alıb.





13-02-2023, 21:38
Batumidə partlayış baş verib


Batumidə partlayış baş verib

Gürcüstanın Batumi bölgəsində dəniz sahilində dəniz minası olduğu ehtimal edilən qurğu partlayıb. Bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb. Hadisə qurudan təxminən 25 metr aralıda baş verib, partlayış səsi ətrafda eşidilib. İlkin məlumata görə, hadisə nəticəsində tələfat və dağıntı olmayıb.
13-02-2023, 21:33
Ceyhun Bayramov italiyalı nazirlə bir sıra məsələləri müzakirə etdi


Ceyhun Bayramov italiyalı nazirlə bir sıra məsələləri müzakirə etdi

13 fevral tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşüb. Bu barədə XİN məlumat yayıb. Məlumata görə, nazir Ceyhun Bayramov çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edərək Azərbaycan və İtaliya arasında baş tutmuş ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə ölkəmizə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020 və 2022-ci illərdə İtaliyaya, habelə digər yüksək səviyyəli səfərlərin bu strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm oynadığını vurğulayıb. İki ölkə arasında güclü siyasi əlaqələrdən bəhs edən Nazir Ceyhun Bayramov neft-qaz və hazırda elektroenergetika sahəsində reallaşan layihələrin bu əlaqələrdə təməl rol oynadığını bildirib. Bu gün Mingəçevir şəhərində yeni 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının təməlinin qoyulmasının mühüm hadisə olduğunu qeyd edən Nazir layihənin İtaliya-Azərbaycan dostluğunun daha da genişlənməsi nöqteyi-nəzərindən vacib olduğunu diqqətə çatdırıb. Görüşdə Azərbaycan və İtaliya arasında iqtisadi sahədə səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğu, bu xüsusda İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu, Azərbaycanın isə İtaliyanın ən böyük enerji təchizatçılarından biri olduğu diqqətə çatdırılıb. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsində Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan “TAP” qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələrinə də toxunan nazir Ceyhun Bayramov ötən il İtaliyanın sabiq xarici işlər naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində təməli qoyulmuş İtaliya-Azərbaycan Universitetinin əhəmiyyətindən bəhs edib. Bu xüsusda, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesinin sürətlə davam etdirildiyi diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov eyni zamanda, qarşı tərəfə Vətən müharibəsindən sonra post-münaqişə dövründə aparılan bərpa və quruculuq işləri, Ermənistanla normallaşma və sülh prosesi barədə ətraflı məlumat verərək İtaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib. Həm 30 illik işğal dövründə Ermənistanın işğalçılıq fəaliyyəti, həm də Post münaqişə dövründə sülh prosesinə törətdiyi maneələr barədə ətraflı məlumat verilib. İtaliyanın işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirak edən ölkələrdən biri olduğunu vurğulayan Nazir ölkəmiz üçün ən vacib hesab olunan layihələrin məhz İtaliya şirkətlərinə həvalə edilməsindən məmnunluğunu ifadə edib. Nazir Adolfo Urso öz növbəsində ölkəmizə səfərlərini, o cümlədən Vətən müharibəsi başa çatdıqdan sonra italyan parlament nümayəndə heyətinin tərkibində Azərbaycana, habelə işğaldan azad edilmiş ərazilərə səfərini məmnunluqla xatırlayıb. Azərbaycanla İtaliya arasında strateji dialoq və əməkdaşlığın əhəmiyyətini qeyd edən A.Urso iki ölkə arasında geniş əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdırıb. Görüşdə, tərəflər bərpaolunan enerji, kənd təsərrüfatı texnikası, əczaçılıq sənayesi, mədəniyyət və digər qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparılıb.
13-02-2023, 21:28
Arutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasını dəyişdirir


Arutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasını dəyişdirir

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların “rəhbəri” Arayik Arutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasına dəyişiklik etməyi planlaşdırır. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilir ki, Arutyunyan qondarma qurumun “rəhbərinin” Qarabağdakı ermənilər tərəfindən “seçilməsini” istəmir. Dəyişikliyə əsasən, separatçıların “rəhbərini” saxta rejimin “parlamenti” təyin edəcək. Bu dəyişiklik Arutyunyanın Moskva səfərindən sonra elan edilib. “Hraparak” qəzetinin məlumatına görə, bir neçə gün əvvəl Arayik Arutyunyan müxtəlif səviyyələrdə görüşlər keçirmək və Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün Moskvaya gedib. O, Rusiyada bir sıra dairələrlə gizli görüşlərdən sonra yenidən Xankəndiyə qayıdıb. Onun ardınca Ruben Vardanyan da Moskvaya çağırılıb. Güman edilir ki, tətbiqi nəzərdə tutulan dəyişiklik Rusiya tərəfindən tələb edilib. Bəzi eksertlərin fikrincə, Moskva bu yolla Arayikin yerinə “Rusiyanın adamı” hesab edilən milyarder Ruben Vardanyanı gətirəcək. Arutyunyanın aqibətinin necə olacağı sual altındadır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!