10-02-2023, 17:32
Rusiyadakı diasporumuzdan Türkiyəyə yardım Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar zərərçəkənlərə yardım kampaniyalarına başlayıb. Rusiyadakı Azərbaycan diasporu bununla bağlı xüsusi fəallıq göstərir. Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyəti 11 000 manat maddi və 34 min manatlıq humanitar yardım, Pyatiqorsk şəhəri “Araz” Milli-Mədəni Muxtariyyatı 45 min manat maddi və 2200 manatlıq humanitar yardım, Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi 29 min manatlıq humanitar yardım, Sankt-Peterbur şəhərindəki Sofiyski meyvə-tərəvəz bazarında çalışan azərbaycanlı iş adamları 34 min manatlıq humanitar yardım, Krasnoyarsk Azərbaycan Milli-Mədəni Muxtariyyatı 22 min manat maddi yardım, “Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu” Regional İctimai Təşkilatı 9400 manat maddi yardım, “Ural-Azərbaycan” Sverdlovsk Vilayəti Milli-Mədəni Regional Təşkilatı 81 min manatlıq humanitar yardım toplayaraq, Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriblər. Qeyd edək ki, Rusiya telekanalları Başqırdıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan icmasının Türkiyəyə yardımı haqqında reportaj yayımlayıb. Diaspor təşkilatlarının qardaş Türkiyəyə yardımları davam edir.
10-02-2023, 17:29
Azərbaycandan göndərilən növbəti yardım zəlzələ bölgəsinə çatıbAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb. Bu barədə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.
10-02-2023, 17:24
Mirzoyan rusiyalı həmkarı ilə telefonda danışdıErmənistanın XİN başçısı Ararat Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məluma yayıb. Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər. Bildirilib ki, Ararat Mirzoyan və Sergey Lavrov arasında telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Mirzoyan rusiyalı həmkarını Diplomatiya İşçiləri Günü münasibətilə təbrik edib. Onlar Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sənədlərin həyata keçirilməsi üzrə işlərin tezliklə bərpasının, o cümlədən İrəvan və Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılmasının vacibliyini müzakirə ediblər. Söhbət zamanı həmçinin nəqliyyat-iqtisadi əlaqələrin açılmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasının vacibliyinə toxunulub.
10-02-2023, 17:14
Milli Məclis Türkiyəyə daşınan generatorlar göndərdiBu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib.
10-02-2023, 17:06
Ukraynada yaşayan iki azərbaycanlı faciəvi şəkildə həlak olduUkraynanın Donetsk vilayətinin Toretsk şəhərinin Kleşiyevka qəsəbəsində ötən gün axşam 2 mülki Azərbaycan vətəndaşı Rusiya ordusunun qəfil mərmi atəşi nəticəsində həlak olublar. Əslən Azərbaycanın Masallı rayonundan olan 60 yaşlı Əliyev Sadıq və oğlu 31 yaşlı Əliyev Cavidin meyitləri mərmi zərbəsindən hissələrə parçalanıb. Belə ki, Donetsk vilayətinin Pokrovsk şəhərində müvəqqəti yaşayan Azərbaycan vətəndaşları olan ata-oğul ötən gün Toretsk şəhərinin Kleşiyevka qəsəbəsinə iri buynuzlu heyvan (inək) almağa gediblər. Heyvan sahibinin həyətində alış-veriş zamanı qəfil ev Rusiya ordusu tərəfindən mərmi atəşinə tutulub. Nəticədə ev sahibi və adları qeyd olunan Azərbaycan vətəndaşları faciəvi şəkildə həlak olublar. Hadisənin ardınca yaxın rayonlardan onların ardınca gedən həmyerlilərimiz onlara məxsus avtomobili və üstlərində olan 40 min qrivenə qədər pulu tapmayıblar. Yerli polisin köməyilə axtarışdan sonra avtomobil qəsəbənin kənarında tapılıb. Azərbaycan vətəndaşlarının meyitləri hissələri toplanmış halda hazırda Donetsk vilayətinin Konstantinovka şəhərində morqdadır. Onların hər ikisi ailəli olub.
10-02-2023, 17:01
Zəlzələ 12 mindən çox binanı sıradan çıxarıbTürkiyədə baş vermiş zəlzələ nəticəsində 12 mindən çox bina dağılıb. Bu barədə Türkiyənin şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib. Onun sözlərinə görə, zəlzələ bölgələrində ümumilikdə 12 141 bina dağılıb. "Həmin bölgələrdə ölkə tarixində ən böyük quruculuq, bərpa işlərinə başlanılacaq", - deyə nazir vurğulayıb. Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələ Türkiyənin daha 10 şəhərinə ziyan vurub. Ümumilikdə 7 minə yaxın bina çöküb.
10-02-2023, 16:54
ÜST-dən Türkiyə və Suriyaya maddi dəstək Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) zəlzələnin fəsadları ilə mübarizə işində Türkiyə və Suriyaya dəstək olmaq üçün Fövqəladə Hallar üzrə ehtiyat fondundan 3 milyon dollar ayırıb. Ayrılan məbləğə dərmanlar yüklənmiş üç çarter reysinin göndərilməsi də daxildir. Bundan əlavə, hər iki ölkəyə dünyanın hər yerindən olan tibb işçilərindən ibarət 77 milli və 13 beynəlxalq təcili yardım briqadası göndərilib. Təşkilatdan bildirilib ki, hazırda səylərin hara yönəldilməli olduğunu müəyyən etmək üçün zərərin “xəritəsi”nin qiymətləndirilməsi üzərində iş aparılır. Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 maqnitudalı zəlzələ baş verib. Güclü yeraltı təkanlar və ondan sonra baş verən afterşoklar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla qonşu dövlətlərdə hiss olunub. Artıq Türkiyənin 10 vilayətində 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib. Ölkədə həlak olanların xatirəsinə 7 günlük matəm elan edilib.
10-02-2023, 16:50
Ukrayna Belarusla həmsərhəd olan bütün yolları minaladıUkrayna Silahlı Qüvvələri Belarusla həmsərhəd olan bütün yolları və meşə zonalarını minalayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin polkovniki Yevgeni Silkin bildirib. “Ukrayna hərbçiləri Ukrayna, Belarus və Rusiya arasındakı sərhədin böyük hissəsini minalayıblar. Belarusla sərhəddə hər yolu və bütün meşə zonasını minaladıq”, – Yevgeni Silkin “Vashington Post” qəzetinə deyib. O, həmçinin bəyan edib ki, Ukrayna yaxın gələcəkdə Rusiya Federasiyası və ya Belarusla dostluq etmək niyyətində deyil.
10-02-2023, 16:46
Ərdoğana xidmət edən təyyarə yaralılar üçün istifadə olunurTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istifadəsində olan təyyarə zəlzələ bölgəsindən yaralıların daşınması işlərinə cəlb olunub. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyasına məxsus "TUR" təyyarəsi ilə zəlzələ bölgəsindən 14 yaralının paytaxt Ankaraya nəql olunması həyata keçirilib.
10-02-2023, 16:42
Türkiyədə 4 gündə
1509 zəlzələ qeydə alınıbTürkiyədə fevralın 6-dan bu günədək 1509 zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb, 74 242 nəfər yaralanıb.