Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb .....                        Azərbaycan opera kollektivi dünya səhnəsində .....                        "Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM .....                        Tramp 13 yaşlı qıza təcavüz etməkdə suçlanır .....                        "Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - VİDEO .....                        “Problemlər xalqı görməməyimizdən irəli gəlir" - Pezeşkian .....                        Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü .....                        Məşhurlar narkotikə görə saxlanıldı - SİYAHI .....                        Suriya hökuməti SDQ ilə anlaşmaya nail oldu .....                       
Tarix : 13-09-2023, 15:04
Azərbaycandan Fransaya tutarlı cavab


Azərbaycandan Fransaya tutarlı cavab

12 sentyabr tarixində keçirilmiş mətbuat konfransının sual-cavab sessiyasında Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın səsləndirdiyi, bölgədə sülh və sabitliyə xidmət etməyən, mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və birtərəfli qaydada Ermənistanı müdafiə edən fikirlər qəbuledilməzdir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa XİN-in mətbuat katibinin səsləndirdiyi əsassız fikirlərinə dair şərhində bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının öz suveren ərazilərində təlim məqsədilə, habelə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qüvvələrini istənilən istiqamətə yönətmək hüququ vardır və bu addımlara müdaxilə qəbuledilməzdir.
Eyni zamanda, bu addımlar heç bir halda ölkəmizin mövcud sülh gündəliyinə sadiqliyini şübhə altına ata bilməz. Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən tərəfimizdən atılan ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir.
Xatırlatmaq istərdik ki, əslində bölgədə əsas təhdid mənbəyi Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin mövcudluğudur.
Fransa tərəfinin bölgədə guya "blokada" və "humanitar böhran"a dair əsassız iddialarına gəldikdə isə, sözügedən fikirləri Ermənistanın ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etməklə Azərbaycana qarşı bütün dünyada apardığı qarayaxma kampaniyasının tərkib hissəsidir. Ermənistanın vəziyyəti beynəlxalq birliyə "humanitar" xarakterli məsələ kimi təqdim etməyə çalışması, əslində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bir siyasi manipulyasiya olması heç bir şübhə doğurmamalıdır.
Azərbaycan özünün Qarabağ bölgəsinə yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə və Azərbaycanın qanunvericilik tələblərinə riayət etməklə daşınması üçün Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından və digər mümkün yollardan istifadənin mümkün olduğunu bəyan edib. Bu istiqamətdə 15 iyul tarixində Brüssel görüşündən sonra, eləcə də avqust ayının əvvəlində əldə edilmiş razılıqlara və bu prosesin ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan tərəfinin və onun yaratdığı qondarma rejim bu razılıqları kobud şəkildə pozduğu Fransa tərəfinə yaxşı məlumdur.
Fransa tərəfindən Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda kövrək normallaşma prosesini təhlükə altına alan bu kimi əsassız bəyanatlara son qoyulmasını tələb edirik.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!