Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
27-01-2023, 01:01
Türkiyədən Ukraynaya dəstək - Üzən elektrik stansiyaları verəcək


Türkiyədən Ukraynaya dəstək - Üzən elektrik stansiyaları verəcək

Türkiyənin "Karpowership" şirkəti Ukraynaya üzən elektrik stansiyaları verəcək. Şirkət stansiyaların verilməsi ilə bağlı Ukraynanın enerji şirkəti ilə müqavilə imzalayıb. 500 MVt gücündə üzən elektrik stansiyaları Ukraynada 1 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək. "Üzən elektrik stansiyaları elektrik problemlərinə sürətli, etibarlı və çevik həllər təklif edir və biz bu işdə Ukraynaya mümkün qədər tez dəstək verməyə hazırıq", - şirkət rəsmisi bildirib. Üzən elektrik stansiyaları Moldova və Rumıniya limanlarında yerləşdirilə bilər. Ukrayna şəbəkələri bu ölkələr vasitəsilə elektrik enerjisi alacaq. Ukrayna və Türkiyə şirkətləri məsələ ilə bağlı Rumıniya və Moldova hakimiyyətləri ilə danışıqlar aparmağı planlaşdırır.
27-01-2023, 00:57
Kanada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır


Kanada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır

Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və bu ölkənin suverenliyini tanıyır. Bunu Kanada Xarici İşlər Nazirliyinin parlament katibi, İcmalar Palatasının üzvü Robert Olifant Xarici İşlər Komitəsində Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı dinləmələr zamanı bildirib. “Biz açıq-aydın bildirmək istəyirik ki, Kanada BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı bütün bəyanatlarını dəstəkləyir. Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və bu ölkənin suverenliyini tanıyır. Beləliklə, Kanada bu sərhədlər çərçivəsində digər qondarma qurumları tanımır”, - deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.
27-01-2023, 00:52
Rusiya mülki missiyanın Ermənistana yerləşdirilməsini qınadı


Rusiya mülki missiyanın Ermənistana yerləşdirilməsini qınadı

Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının istiqaməti üzrə işi məntiqi nəticəyə gətirmədən Avropa İttifaqının xeyrinə seçim etməyə üstünlük verib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.“Əlbəttə, Ermənistan KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsa, təşkilatın missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”-, Rusiya XİN bəyan edib. Rusiya tərəfi Avropa İttifaqının mülki missiyasının Ermənistana yerləşdirilməsini qınayıb: “Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək cəhdi ermənilərin və azərbaycanlıların köklü maraqlarına zərbə vura bilər”. Qeyd edək ki, Avropa İttifaqı Ermənistana 2 il müddətinə 100 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib.
27-01-2023, 00:48
Zelenski tamamilə Qərbin dəstəyindən asılıdır - Medvedev


Zelenski tamamilə Qərbin dəstəyindən asılıdır - Medvedev

Ukrayna və onun hazırkı rəhbərliyi tamamilə Qərbdən asılıdır. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. “Volodimir Zelenski min faiz NATO silahlarından və Qərbin pulundan asılıdır. Onlarsız nə Ukrayna, nə də o bir gün sağ qala bilər", - deyə Medvedev bildirib. Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin ünvanına sərt fikirlər səsləndirib, onunla danışıqlarda maraqlı olmadığını bildirib.
27-01-2023, 00:44
Azərbaycan tərəfinin əsas şərti Vardanyanın Qarabağı tərk etməsidir


Azərbaycan tərəfinin əsas şərti Vardanyanın Qarabağı tərk etməsidir

Azərbaycan tərəfinin Laçın yolundakı aksiyanın sonlandırılması üçün əsas şərtlərindən biri Ruben Vardanyanın Qarabağdan çıxıb getməsidir. Bu barədə Ermənistanın “Hraparak” qəzeti Qarabağ separatçılarına istinadən yazıb. “Bizə dedilər ki, Azərbaycandan çox sərt mesaj göndəriblər: Ruben Vardanyan Qarabağda olduğu müddətdə yol açılmayacaq və bu məsələdə heç bir güzəştə getməyəcəklər”, - deyə separatçılar qəzetə bildiriblər. “Hraparak” qeyd edir ki, artıq Xankəndidə Ruben Vardanyanın “vəzifədə” olmasına qarşı dalğa yüksəlir və hətta sabah, o biri gün milyarderin “dövlət naziri postu”ndan uzaqlaşdırılması tələbi ilə etiraz aksiyaları da təşkil oluna bilər. “Amma Artsaxda Vardanyanın “vəzifə”dən çıxarılmasının əleyhinə olanlar var. “Artsax”ın keçmiş prezidenti Bako Saakyan və keçmiş “hakimiyyət”in bəzi nümayəndələri bunun qəti əleyhinədirlər. Rusiya tərəfinin münasibəti ilə maraqlandıq. Bizə dedilər ki, ruslar o qədər passivləşib, geri çəkiliblər ki, Ruben Vardanyanın “vəzifə” tutub-tutmamasının onlar üçün fərqi yoxdur. Əksinə, bir neçə dəfə “Axtsax prezidenti”nə mesajlar göndərilib ki, o, bu məsələdə azaddır, Yəni Arayik Arutyunyan bu gün də Vardanyanı “vəzifə”dən azad edə bilər”, - deyə nəşr yazır. Qəzet qeyd edir ki, Qarabağın dağlıq hissəsində faktiki olaraq çıxılmaz vəziyyət yaranıb: Azərbaycanın tələblərinə boyun əymək və Ruben Vardanyanı Qarabağdan çıxarmaq həm yeni güzəştlərə qapı açmaq, həm də gələcəkdə erməni əhalisinin azalması deməkdir; təslim olmamaq və bağlı yollarda - blokadada yaşamağa davam etmək isə və təhlükələri ilə doludur. “Son nəticədə vəziyyət belə davam edərsə, insanlar “Artsax”ı tərk etməyin yolunu tapacaqlar”, - deyə “Hraparak” yazıb.
27-01-2023, 00:40
Avropa İttifaqı və Britaniyaya İrandan sanksiya


Avropa İttifaqı və Britaniyaya İrandan sanksiya

İran Xarici İşlər Nazirliyi müvafiq qaydalar və sanksiya mexanizmləri çərçivəsində, qarşılıqlı fəaliyyət olaraq, Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada bəzi şəxslərə və qurumlara sanksiyalar tətbiq edib. Onların arasında Britaniya güc strukturunun keçmiş və indiki rəhbərləri, Paris meri, Fransanın “Charlie Hebdo” jurnalının baş redaktoru, bir neçə gün əvvəl Quranın yandırılmasını təşkil edən ifrat sağçı isveçli siyasətçi Rasmus Paludan, eləcə də Avropa Parlamentinin bir sıra deputatları var. Tehran onların hamısını terrorizmi dəstəkləməkdə, İran xalqına qarşı zorakılıq aktlarına təhrik etməkdə, respublikanın daxili işlərinə qarışmaqda və yalan məlumatlar yaymaqda ittiham edib. Qeyd edilib ki, sanksiyaların həyata keçirilməsi üçün vizaların verilməsinə qadağa qoyulması, İran İslam Respublikasının ərazisinə girişin mümkünsüzlüyü, maliyyə və bank sistemində bank hesablarının bloklanması və İran İslam Respublikasının yurisdiksiyasında olan ərazilərdəki mülklərin və aktivlərin müsadirəsi də daxil olmaqla, zəruri tədbirlərdən istifadə ediləcək.
27-01-2023, 00:36
“Neftçi” daha bir futbolçunu transfer etdi


“Neftçi” daha bir futbolçunu transfer etdi

“Neftçi” klubu daha bir futbolçunu transfer edib. Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, braziliyalı hücumçu Mateus Saldanyanın heyətə cəlb olunub. “Ağ-qaralar”la müqavilə imzalayan 24 yaşlı forvard son olaraq Yaponiyanın “Cef Yunayted İtixara Tiba” klubunda oynayıb. Qeyd edək ki, “Neftçi” bundan əvvəl qış fasiləsində Höccət Haqverdi və Kilan Lebo ilə heyətini gücləndirib.
27-01-2023, 00:29
Rusiya itkilərinə əhəmiyyət vermir - Zelenski


Rusiya itkilərinə əhəmiyyət vermir - Zelenski

"Rusiya itkilərinə əhəmiyyət vermir". Bunu "SKY News"a müsahibəsi zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib. "Son günlər daha güclü hücumlar olub və Ukrayna qüvvələrinin müdafiə gücünə malik olması son dərəcə vacibdir. Hər şey bizim onları nə qədər yerinə oturda biləcəyimizdən asılıdır. Şərqdə onlar irəliləyirlər və çoxlu canlı qüvvə itirirlər. İnanılmaz rəqəmlər var. Onlar buna əhəmiyyət vermirlər. İnsanları saymırlar. Biz onların adamlarını sayırıq. Məlumatımıza görə, onların tərəfində minlərlə ölü var", - deyə Zelenski bildirib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
26-01-2023, 23:59
Ömrünü ömrümüzə çıraq edən müəllimimiz


Ömrünü ömrümüzə çıraq edən müəllimimiz

Professor Cahangir Məmmədlinin doğum gününə

Hər bir insanın həyat kitabında iz qoyan, mənəvi qələmi ilə onu şəxsiyyət kimi formalaşdıran və ən əsası da daşlı-kəsəkli ömür yolunda onu zülmətdən nura çıxaran müəllimi olur. Müəllimlik peşəsi nə qədər müqəddəs və ucadırsa, bu yolu öz şərəfi və ləyaqəti ilə keçən hər bir insan üçün bir o qədər məşəqqətlidir, təlatümlüdür...
Hər kəsin taleyində ona dərs deməklə yanaşı, həyat yolunu işıqlandıran müəlliminin özünəməxsus yeri və rolu var. Məhz bir çox tələbələrinin taleyinə Rəbbi tərəfindən yazılmış və şərəfli bir ömür sürərək bu adı daim uca tutan müəllimlərdən biri də Bakı Dövlət Universitetinin professoru, Azərbaycan mətbuat tarixi kafedrasının müdiri , jurnalistlərin sevimli müəllimi Cahangir Məmmədlidir.
BDU-nun jurnalistika fakültəsinə yenicə qəbul olunmuşdum. Bu ixtisası seçdiyim üçün içimdə bir tərəddüd vardı. Üstəlik də gizlin bir qorxu hissi. Birinci kursun artıq ilk günlərindən Cahangir müəllimi kafedra müdiri kimi tanıyır, mətbuatda işıq üzü görən məqalələrini araşdırıb oxuyurdum. Cahangir müəllimin qələmi mənə ədəbi-mədəni mühitdə işıqlı yol açdı. Mən bu yolda ilk kursun ikinci semestrindən artıq inamlı addımlarla irəliləməyə başladım. Cahangir müəllimin qələmindən axıb gələn hər bir söz xəzinəsindən mən də bəhrələndim. Ustadın ilkin olaraq tələbələrinə məsləhəti belə oldu: "İstər mətbuatda, istərsə də, televiziyada jurnalistin ən kəsərli silahı qələmidir. Hər şey sözdən başlayır".

Bəli, hər şey sözdən başlayır. Söz xəzinəsi bitib-tükənməyən xəzinədir. Ustadımız üçün hər tələbə yazılmamış bir hekayədir. Biz müəllimimizin qələmi ilə püxtələşir, elmə yiyələnirik... Cahangir müəllim daxilində işıq gördüyü tələbələrə xüsusi olaraq yanaşır, onlara yazı üsullarını ən incə detalları ilə öyrədirdi. Mən də özümü bu şanslı tələbələrdən hiss edirəm. Cahangir müəllim mənə yazmağı öyrətdi. Konfutsidən misal çəkərək deyirdi: "Biliyə gedən yolun sayı üçdür: təqlid ən asanı, təcrübə ən çətini, düşüncə isə ən şərəflisidir". Sonra da əlavə edirdi ki, "Çalışın təqliddən qaçın, özünüzün üslubu olsun".

Cahangir müəllim bizə illərlə qazandığı peşəkarlıq təcrübəsindən böyük səxavətlə pay verdi. Sağlam düşünməyi, öyrənərək anlamağı anlatdı. Buradaca Cahangir Məmmədlinin "Anlamaq dərdi"ni anlamaq dərdi" adlı essesinə tələbə Əsgər İsmayılovun "Anlamaq dərdini anlamaq səadətinə çevirən adam" başlığı ilə yazılmış nəzirəsindən bir hissəyə nəzər yetirək: "Cahangir müəllim leksikomunda "anlamaq" sözünü hər zaman tez-tez işlədir. O, mühazirələrində "Vətəni sevməyi anlamaq lazımdır", "Xalqın istiqlalının, müstəqilliyinin nə qədər qiymətli olduğunu anlamaq lazımdır", "Müstəqil ölkənin azad vətəndaşı olmağı anlamaq lazımdır" ifadələri bir tərəfdən Cahangir Məmmədlinin vətən sevdalısı olmağından irəli gəlirsə, digər tərəfdən zənnimcə, anlamaq sözü USTADI olmuş Şirməmməd Hüseynovdan xatirə qalıb. Çünki Şirməmməd müəllim anlamaq hissi ilə alışıb yanan, daxilində müstəqil Azərbaycanı sevə-sevə yaşadan böyük alim idi".
Müəllimimizin qayğısı hesabına jurnalistikanın nəzəri və praktiki tərəfini, janrlarını öyrəndik. Biz onun mühazirələrində müasir mətbuatın ən dolğun çalarlarını, klassika və müasirliyin vəhdətini, milli yazıçılarımızın yaradıcılığındakı incə çalarları öyrəndik... Ustadın hər söz-söhbəti bizdə həyata baxış tərzimizi genişləndirir və öz üslubumuzu formalaşdırırdı. Axı hər şey sözdən başlayır. Bəşər bina olan gündən söz öz sözünü demişdi. Onun publisistikasından bəhrələnən hər bir tələbənin öz üslubu formalaşdı.
Bu gün qələmi ilə mətbuatda iz qoymuş bir sıra publisistlər məhz Cahangir müəllimin ədəbi məktəbinin məzunudur. O, mehriban və qayğıkeş davranışı ilə rəhbərlik etdiyi kafedranın, jurnalistika fakültəsinin, eləcə də Bakı Dövlət Universitetinin sevgi və rəğbətini qazanıb.
Çağdaş Azərbaycan jurnalistikasının ağsaqqalı, elmimizin inkişafında mühüm xidmətləri olan sevimli müəllimimiz professor Cahangir Məmmədlini doğum günü münasibətilə ürəkdən təbrik edir, şərəfli ömür kitabının hər səhifəsinin uğurlu olmasını diləyirik.

Şəms HÜSEYNLİ
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
26-01-2023, 21:07
Rusiya itkilərinə əhəmiyyət vermir - Zelenski


Rusiya itkilərinə əhəmiyyət vermir - Zelenski

"Rusiya itkilərinə əhəmiyyət vermir". Bunu "SKY News"a müsahibəsi zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib. "Son günlər daha güclü hücumlar olub və Ukrayna qüvvələrinin müdafiə gücünə malik olması son dərəcə vacibdir. Hər şey bizim onları nə qədər yerinə oturda biləcəyimizdən asılıdır. Şərqdə onlar irəliləyirlər və çoxlu canlı qüvvə itirirlər. İnanılmaz rəqəmlər var. Onlar buna əhəmiyyət vermirlər. İnsanları saymırlar. Biz onların adamlarını sayırıq. Məlumatımıza görə, onların tərəfində minlərlə ölü var", - deyə Zelenski bildirib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!