2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
16-08-2023, 20:56
Millimiz Avropa çempionatında 5 medal qazandı


Millimiz Avropa çempionatında 5 medal qazandı

Niderlandın Rotterdam şəhərində keçirilən parataekvondo üzrə Avropa paralimpiya çempionatına yekun vurulub.
İlk iki gündə uğurlu çıxış edən Azərbaycan millisi bu gün də uğurlu seriyanı davam etdirib.
Parataekvondoçularımızdan Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz qızıl medala yiyələnərək, Rotterdamda ikinci dəfə Azərbaycan himnini səsləndirib.
Ondan fərqli, Orxan Cəfərov (+80 kq, K-44) mükafat qazana bilməyib.
Beləliklə, yarışa 6 parataekvondoçu ilə qatılan Azərbaycan millisi 5 medal qazanıb. Abuzərli ilə yanaşı, İmaməddin Xəlilov (70 kq, K-44) çempion tituluna yiyələnib. Röyalə Fətəliyeva (52 kq, K-44) gümüş, Sabir Zeynalov (58 kq, K-44) və Amin Şıxalıyev (63 kq, K-44) bürünc medala sahib olublar.
Bu göstərici ilə Azərbaycan millisi kişilər və ümumi komanda hesabında ikinci yeri tutub.
16-08-2023, 20:12
Mirzoyan rusiyalı həmkarıyla Qarabağı müzakirə etdi


Mirzoyan rusiyalı həmkarıyla Qarabağı müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Mirzoyan özünün sosial media hesabında paylaşım edib.
Telefon danışığı zamanı Qarabağ mövzusu müzakirə olunub.
16-08-2023, 19:59
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu


Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
16-08-2023, 19:51
XİN “Blokada” ilə iddiaların əsassız olduğunu bildirdi


XİN “Blokada” ilə iddiaların əsassız olduğunu bildirdi

Azərbaycan Laçın yolunda vətəndaşların və avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək, Ermənistanın bu yoldan hərbi və qeyri-qanuni iqtisadi məqsədlər üçün sui-istifadə etməsinin qarşısını almaq məqsədilə Laçın keçid məntəqəsini yaradıb.
Bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Twitter“də yazıb.
“Blokada” ilə bağlı iddialar əsassızdır!” – o əlavə edib.
16-08-2023, 19:27
İdmançımız Avropa Çempionatını qızıl medalla başa vurdu


İdmançımız Avropa Çempionatını qızıl medalla başa vurdu

Azərbaycanın daha bir parataekvondoçusu Avropa Paralimpiya Çempionatında qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 80 kq-da çıxış edən Əbülfəz Abuzərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları qitə birinciliyində 10 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq) və Xanım Hüseynova (cüdo, 70 kq) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq), Amin Şıxalıyev (taekvondo, 63 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.
16-08-2023, 18:52
Erməni silahlı qüvvələri Naxçıvanı atəşə tutdu


Erməni silahlı qüvvələri Naxçıvanı atəşə tutdu

Avqustun 16-sı saat 17:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
16-08-2023, 17:34
Cəlilabad və Beyləqanın meşəbəyliklərində yanğın baş verdi


Cəlilabad və Beyləqanın meşəbəyliklərində yanğın baş verdi

Cəlilabad rayonunun Cəlilabad meşəbəyliyində və Beyləqan rayonunun 5 saylı meşəbəyliyində yanğın hadisəsi baş verib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin regional idarələri, Nazirliyin digər yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb edilib.
Yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən əl əməyindən istifadə olunub. İntensiv yanğınsöndürmə tədbirləri nəticəsində yanğın məhdudlaşdırılıb və digər ərazilərə yayılmasının qarşısı alınıb.
Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.
16-08-2023, 17:17
Şoyqunun keçmiş müavini öldü


Şoyqunun keçmiş müavini öldü

Moskvada Rusiyanın Suriyadakı silahlı qüvvələri qruplaşmasının qərargahının keçmiş rəisi, Şərq Hərbi Dairəsinin qoşunlarının keçmiş komandanı, general-polkovnik Gennadi Jidko 58 yaşında ölüb.
Bu barədə "Kommersant" məlumat yayıb.
Gennadi Jidko 2016-cı ildə Rusiya Silahlı Qüvvələrinin Suriyadakı qərargah rəisi vəzifəsində çalışıb, 2018-ci ildə isə Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı təyin edilib. 2017-ci ildə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb.
2021-ci ildə Rusiya Federasiyası müdafiə nazirinin müavini təyin edilib. 2022-ci ilin iyulunda onu Viktor Qoremikin əvəz edib. 6 iyul - 5 oktyabr 2022-ci il tarixlərində Gennadi Jidko yenidən Hava Hücumundan Müdafiə Qüvvələrinin qoşunlarına rəhbərlik edib. Bəzi KİV-lər onun 2022-ci ilin mayında Ukraynadakı Rusiya Silahlı Qüvvələrinə rəhbərlik etdiyini yazıblar.
16-08-2023, 17:05
Sovet rejimi haqq aşığını niyə qətlə yetirdi?

Sovet rejimi haqq aşığını niyə qətlə yetirdi?

Tarixin müxtəlif dönəmlərində o cümlədən 20-ci əsrdə repressiya və terror aktlarına daha çox xalqın intellektual mülkiyyət sahibləri məruz qalıb.
Bu proses 1937-ci ildə sürətlə davam edib. Biz araşdırmalarımız və Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində Azərbaycanın çox tanınmış simaları ilə bağlı maraqlı faktlarla rastlaşdıq. XX əsrin çox tanınmış simalarından biri, saz-söz sənətini zirvələrə qaldıran insandan söhbət açırıq.
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov 1872-ci il mart ayının 12-də Şamaxı qəzasında Qəşəd kəndində anadan olmuşdur. Mənbələrdə göstərilir ki, o, ilk təhsilini Molla Xasının məktəbində, sonra isə Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – "Beytül-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini isə dövrünün nəhəng muğam ustadı Mirzə Məhəmməd Həsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla davamçılar yetişdirmişdir.

Aşıq Mirzə Bilal böyük nüfuz sahibi olmaqla bərabər Xalq Cümhuriyyəti dövründə (1918-1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsində çalışmışdır. Onun repressiya qurbanı olmasının səbəblərindən biri də məhz budur. Aşıq Mirzə Bilalın repressiya olunmasının digər əsas səbəbi isə onun, yaradıcılığında və aşıqlıq fəaliyyətində sovet rejimininin qoyduğu qadağalara riayət edə bilməməsi olmuşdur. 1928-ci ildə Bakıda Azərbaycan aşıqlarının birinci qurultayının nümayəndəsi olmuş və qurultayda bütün aşıqlar adından çıxış etmişdir.
Şirvanlı Aşıq Mirzə Bilal 1937-ci il iyun ayının 17-də həbs edilmiş, həmin ilin noyabr ayının 26-dan 27-nə keçən gecə xalq düşməni adı altında güllələnmişdir. Aşıq Mirzə Bilalın külliyyatı yəni, şeir və dastanlarının böyük bir hissəsi, NKVD tərəfindən əmlakı müsadirə olunaraq məhv edilmişdir.
Uzun illər keçdikdən sonra SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası 12 oktyabr 1955-ci ildə Mikayılov Bilal Mustafa oğlunun işinə yenidən baxaraq onun haqqında olan Azərbaycan SSR XDİK üçlüyünün 10 noyabr 1937-ci il tarixli qərarını ləğv etdi. Azərbaycan Respublikası prokurorluğunun 28 oktyabr 1993-cü il tarixli qərarı ilə Bilal Mustafa oğlu yenidən bəraət almışdır.
Mirzə Bilal aşıq sənətini məna və məzmunca yeni inkişaf mərhələsinə yüksəltmiş, zəngin musiqi xəzinəsi olan Şirvan aşıq məktəbinin əsasını qoymuş, "Şirvan Aşıqlarının Atası" titulunu qazanmış nəhəng bir sima olmuşdur.
1937-ci ildə totalitar rejim olan sovet repressiyasının qurbanı olmuş aşıq haqqında uzun müddət danışmaq yasaq olunmuşdu.
Aşıq Mirzə Bilalla bağlı musiqi tədqiqatçısı, qocaman xanəndə Ağakərim Nafizin fikirləri belə oldu: “Seyid Əzimin məktəbini uğurla başa vuran Bilal dostları arasında Mirzə Bilal adı ilə tanınır. O, ustadı Seyid Əzimdən ərəb və fars dillərini öyrənir, eləcə də klassik poeziyaya dərindən bələd olur. Ona aşıqlıq sənətində ustadlıq edən Aşıq İbrahim olur. Ustadı Aşıq Bilalda aşıqlıq sənəti ilə bərabər xanəndəlik qabiliyyətini gördükdən sonra Şirvanın məşhur xanəndəsi Mirzə Məhəmməd Həsəndən muğam sənətinin sirlərini öyrənməyi tövsiyə edir. O, hər iki ustadından dərs alaraq həm bənzərsiz aşıq, həm də 35 ildən artıq məşhur xanəndə kimi bütün Qafqazda şöhrət qazanır. Aşıq Mirzə Bilalın sənət dostları və şagirdləri çox olub. Aşıq Abbas Söhbətov və digərləri onun sənətini uğurla davam etdirirlər”.

Onu da qeyd edək ki, Mirzə Bilal 1918-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım zamanı Şamaxı qəzasının Qəşəd kəndində əhalinin xilası üçün çalışıb, kəndin könülləri ilə birlikdə xeyli insanı təhlükəsiz məkanlara çatdırıb. 1918-ci il soyqırımları zamanı kənd ermənilər tərəfindən yandırılıb, əhalinin bir hissəsi isə qətlə yetirilib. Onu da qeyd edək ki, Mirzə Bilal Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxı İcraiyyə Komitəsinə üzv seçilib, 6-7 kəndə nümayəndə təyin edilib.
Faktlar var ki, Aşıq Mirzə Bilal totalitar sovet rejiminə, həmin quruluşun yaratdığı kolxozlaşma sisteminə ironiya ilə baxırmış. Hətta onun yaradıcılığında da bu məqamlar özünü göstərib. Ehtimal olunur ki, bu amillər böyük ustadın sovet cəza sisteminə düçar olmasının səbəblərdən biri ola bilərdi.

Araşdırma qrupu
16-08-2023, 16:48
Hikmət Hacıyev Ağdam-Xankəndi yoluyla bağlı açıqlama verdi


Hikmət Hacıyev Ağdam-Xankəndi yoluyla bağlı açıqlama verdi

Məhz bu dayandığımız yolu da, Ağdam - Xankəndi yolunu da biz Qarabağın erməni sakinlərinin Azərbaycanın siyasi, iqtisadi, sosial sahəsinə inteqrasiyasının bir tərkib hissəsi kimi görürük.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatların Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Birincisi bu, inteqrasiyaya xidmət edən amildir, ikincisi daha səmərəlidir və nəqliyyat nöqteyi-nəzərindən daha ucuz başa gəlir, eyni zamanda yüklərin Azərbaycanın əsas hissəsindən Qarabağa çatdırılması ilə bərabər, Qarabağda yaşayan sakinlərin də Azərbaycanın əsas nəqliyyat infrastruktur sisteminə çıxışını təmin edir. Bu yol heç bir halda Laçın yolunu inkar etmir, lakin eyni zamanda bir və bir neçə yolun olması həmişə yaxşı haldır”, - Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan eyni zamanda Qarabağ erməni sakinlərinə Füzuli - Şuşa yolunu da təklif etmişdir ki, yüklərin, malların çatdırılması üçün istifadə oluna bilər: “Bu artıq diplomatik sirr deyil və mən açıq şəkildə deyə bilərəm ki, Xarici İşlər Nazirliyinin bəyanatında da biz qeyd etmişdik. 5 avqustda razılıq əldə olunub ki, BQXK humanitar yükləri bu yol vasitəsilə Xankəndinə çatdıracaq. Bunun davamı olaraq razılaşdıq ki, 24 saat sonra Azərbaycanın sərhəd və gömrük rejiminə riayət etməklə , qanunlara əməl etməklə Laçın - Xankəndi yolu da açılır. Bu anlaşmanın tərkib hissəsi kimi Yevlax şəhərində Azərbaycanın müəyyən etdiyi nümayəndə ilə Qarabağ ermənilərinin nümayəndəsi arasında görüşün keçirilməsi nəzərdə tutulurdu ki, burada biz bütün reinteqrasiya, eləcə də sosial infrastruktur layihələrini müzakirə etməyə hazır idik. Biz bu yolu istifadəyə bəyan edəndən sonra, gördüyünüz kimi növbəti məntəqə Rusiya sülhməramlılarının postudur, onun arxasında ermənilərin hərbi postu görünür və ermənilər həmin yola gətirib bloklar qoymağa, beton sədlər qoymağa başladılar. Sonra da başladılar Azərbaycanı ittiham etməyə. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumda beynəlxalq jurnalistlərə dediyi kimi, indi baxın kim kimi bloklayır. Ermənistan yolları bloklayır, Azərbaycan sadəcə olaraq yolları açır və yolla tikir, təkcə quru yollarını yox, eyni zamanda dəmiryolu xətlərini də açır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!