“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Ayağı amputasiya olunmuş aktyor vəfat etdi .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                       
4-02-2022, 16:17
Ərdoğan İlham Əliyevin Ukraynaya səfərindən danışıb


“Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya səfər edib. Bundan başqa, Böyük Britaniyanın Baş naziri Boris Conson da Kiyevdə səfərdə olub. Biz bu səfərləri, müzakirələri bir daha nəzərdən keçirib, addım atmaq istəyirik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində deyib.
“Qardaşım İlham Əliyevlə onun Ukraynaya səfərindən sonra bəzi müzakirələrimiz oldu. Əsas məsələ odur ki yubanmadan bu problemin həlli istiqamətində əlimizdən gələni edək”, – R.T.Ərdoğan vurğulayıb.
Dövlət başçısı bildirib ki, Türkiyə-Ukrayna əməkdaşlığı bütün regiona fayda verəcək: “Ukraynada apardığımız müzakirələrin və imzaladığımız razılaşmaların xeyirli olmasını arzulayırıq. Qərb, təəssüf ki, indiyədək bu məsələnin həllinə töhfə verməyib. Əksinə, mane oldular. Bu mövzu ilə bağlı cənab Vladimir Putinlə olan müzakirəyə böyük əhəmiyyət verirəm”.
4-02-2022, 16:08
Azərbaycanlı repressiya qurbanının qalıqları tapıldı

Gürcüstanın Acarıstan bölgəsinin Xelvaçauri rayonunda keçmiş hərbi baza ərazisində aparılan qazıntılar zamanı yeni kütləvi məzarlıq aşkarlanıb.
Butov.az Report-a istinadla xəbər verir ki, bu barədə “Acarıstan” telekanalı məlumat yayıb.
Sayca altıncı məzarlıqda 1930-cu illərdə sovet dövrünün repressiyaları zamanı güllələnən 29 insanın qalıqları tapılıb. Repressiya qurbanlarının cins və yaşını müəyyən etmək üçün DNT analizlər aparılacaq.
Ekspedisiya iştirakçısı Eter Maxaradze bildirib ki, güllələnənlərin hamısının əlləri arxadan bağlanıb və baş nahiyələrində güllə izləri var. Mütəxəssis qeyd edib ki, qalıqlar aşkarlandığı yerdə yenidən dəfn olunacaq və ərazidə muzey tikiləcək.
Araşdırmalar zamanı indiyədək tapılan qalıqlardan birinin 1869-cu il təvəllüdlü Hüseyn Ələkbər oğlu Ələkbərova məxsus olduğu müəyyən edilib. Acarıstanın Daxili İşlər Nazirliyinin arxiv sənədinə əsasən, o, 1938-ci il martın 11-də güllələnib.
Qeyd edək ki, qazıntı işləri 2016-cı ildən aparılır. Prosesdə Polşadan dəvət olunan alimlər də iştirak edirlər. Ehtimal olunur ki, keçmiş hərbi baza ərazisində hələ aşkarlanmamış çox sayda kütləvi məzarlıqlar qalmaqdadır.
4-02-2022, 15:57
Türkiyədəki suriyalıların sayı açıqlandı


Hazırda Türkiyədə 3 milyon 739 min 859 suriyalı qeydiyyatdadır.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 484 min 400 nəfəri ölkələrinə geri qayıdıb.
4-02-2022, 12:40
BAHALIĞA SEVİNƏN ADAMLAR

Mina Rəşid


Bu gün yaxınlıqdakı mağaza sahibi əlimdəki qablardan öyrəndi ki, filankəsin inəyi quruyub. Amma buna inanmaq istəmədi, öz xislətinə uyğun xüsusi rəy söylədi. Dedi ki, südün, qatığın qiymətini qaldırmaq üçün belə deyir. Hə, donub yerimdə qaldım və bu acgöz, yalançı, şərçi adam məni bu yazını yazmağa vadar elədi. Doğrudan da bəzi adamlar elə bilir, hamı onlar kimi düşünür. Gözü doymayan, bahalığa sevinən, çəkidə aldadan alverçi elə bilir dünya tək puldan ibarətdi. Pula bir büt kimi səcdə edir, o qədər pul düşkünü olub xırdalanır ki, insanlığından əsər-əlamət qalmır.
Yadıma iki qardaşın əhvalatı düşür. Deməli, onlardan birinin 99, birinin isə bir inəyi olur. O 99 inəyi olan qardaşının bir inəyinə göz dikir. O bircə inəyi də onun əlindən qapıb 100 inəkli olur. A.S.Puşkinin çox ibrətamiz “Balıqçı və balıq” nağılında olduğu kimi, acgöz adamlar nəyi görsə qamarlayıb udmaq istəyir. Onlar üçün Vətən, millət, insanlıq, mərhəmət anlayışı olmur. Rüşvət verməsən yüz il də səni işə götürməz, hansısa vəzifəli bir adam tapşırmasa yaxına buraxmaz, kimsəyə rəhm eləməz. Sonra da efirdə, mətbuatda, tədbirlərdə Vətəndən, insanlıqdan, gözəllikdən danışar, gülümsəyər...
Peyğəmbərimiz buyurur ki, insanların təkcə ibadətinə, xarici görünüşünə, sözlərinə deyil, onun pula olan münasibətinə baxın. Onda onun necə bir mömin, səmimi insan olduğunu biləcəksiniz. Doğrudan da, həyatda gördüklərimiz, öyrəndiklərimiz bu fikri təsdiq edir. İlk mətbuatımızın banisi H.b.Zərdabi millətin balalarını oxutmaq üçün xeyriyyə cəmiyyətinə pul toplayanda da, bizim bığıburma bəylərimizin, imkan sahiblərimizin necə bir xislətə sahib olduğunu öyrənirik. Bu gün də belə adamlar var. Bahalığa sevinən alverçilər, faizlə pul verənlər, baş kəsənlər, ev yıxanlar...
Deyir, aclıq bir il gedər, töhmət min il. Pandemiya şəraitində sərt karantin dövründə insanlar bir-birinə dayaq oldu, əl-ələ verib o çətin günləri, ayları arxada qoydular. Fəqət bu fürsətdən sui-istifadə edən məmurlar, icra başçıları da oldu. Məsələn, dövlətin dəstək göstərərək imkansız ailələr üçün ayırdığı yardımlar hansısa icra başçısının evindən çıxanda adam dəhşətə gəldi. Hələ on illərlə hansısa imkansız ailənin sosial müavinətini mənimsəyənlər, imkanı ola-ola hökumətin 190 manatına da göz dikənlər meydana çıxdı...
İndi kimi bahalığa sevinir, kimi də, təşviş içindədi. Amma ruzini verən Allahdı. Həyatda gördüklərimizdən, ağır vaxtlarda başımıza gələnlərdən öyrəndim ki, insan gərək pula görə ləyaqətini itirməsin...
4-02-2022, 12:20
Qızıl mədənləri ilə zəngin Vərziğan əhalisi səfil gündədir


Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsinin cümə imamı Mehdi Purməhəmməd bölgənin qızıl və mis mədənləri ilə zəngin olmasına baxmayaraq, əhalinin səfil gündə yaşadıqlarını etiraf edib:
“Qızıl və mis mədənləridə daxil olmaqla çox sayda təbii sərvətlərə malik olmağımıza baxmayaraq, bölgədə infrastruktur yox səviyyəsindədir, əhali ağır durumda yaşayır və hələdə məsulların onlara diqqət ayırmasını gözləyirlər”.
Cümə imamı xüsusilə “Süngün” mis mədəninin fəaliyyətinin əhaliyə heç bir xyirinin olmadığını, ondan əldə edilən gəlirdən işsizliyin, tibbi mərkəzlərin, yolların, içmıli suyun, kanalizasiya sisteminin və başqa bu kimi vacib ehtiyacların həlli üçün vəsait ayrılmadığını qeyd edib.
“Müxtəlif çətinliklərdən əziyyət çəkən Vərziğan əhalisinin əyalət valisinə dəfələrlə müraciət etməsinə baxmayaraq o bölgəyə səfər etməyib”-deyə, Purməhhəmməd Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəmi tənqid edib.

O, “İran Milli Mis Şirkəti”nin 3 öncə “Süngün” mis mədənindən əldə edilən gəlirlərdən bir hissəsinin bölgədə işsizlik probleminin həllinə görə sərmayə qoyacağı barədə vədini xatırladıb.
“Hamı bilməlidir ki, İran Milli Mis Şirkəti Azərbaycana diqqət ayırıb sərmayə qoymaq istəmir”-deyə, cümə imamı şirkətin Azərbaycana qarşı qərəzli davrandığını bildirib.
Vərziğanın cümə imamı höccətül-islam Mehdi Purməhəmməd bundan öncədə bu sayaq tənqidi və sərt çıxışları ilə medianın diqqətində olub.
Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.
Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.
Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir.
Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.
4-02-2022, 12:17
Siyasi məhbus Əlirza Fərşinin məzuniyyət müddəti uzadılıb

Yanvarın 9-da Tehranın “Fəşafuyə” zindanından tibbi məzuniyyətə buraxılan ana dili fəalı, siyasi məhbus Əlirza Fərşinin tibbi məzuniyyət müddəti həkim arayışı əsasında uzadılıb. Bu barədə siyasi məhbus Əlirza Fərşi fevralın 2-də özünün sosial media hesabında yazıb. O, əməliyyatdan sonra müalicə prosesinin davam etdirilməsi üçün məzuniyyət müddətinin daha bir həftə uzadılması barədə qərarın Baharistan şəhərinin Ümumi və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinin hakimi Vəliullah Heydərnejad tərəfindən verildiyini bildirib.
Milli fəal yanvarın 27-də elektron qandalla Tehranın “Bina” xəstəxanasına yerləşdirilib və gözündən əməliyyat (Kornea transplantasiyası) edilib. Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.
4-02-2022, 12:15
Ərdəbil İranda yoxsul əyalətlər sırasındadır


İran Statistika Mərkəzinin son hesablamalarına görə, Ərdəbil İranda yoxsul əyalətlər sırasındadır. Məlumatda Ərdəbil əyalətinində yoxsulluq səviyyəsinin ölkə üzrə ortalama göstəricidən yüksək olduğu bildirirlir. Rəsmi statistikada ölkədə ailələrin 22,8%-nin mütləq yoxsulluq həddində olduğu göstərilib. Hesabata əsasən mütləq yoxsulluq səviyyəsinə görə, Sistan və Bəlucistan əyaləti hələ də ən pis vəziyyətdədir və orta hesabla bu əyalətdəki ailələrin 51,4%-i mütləq yoxsulluqdan əziyyət çəkir.
Statistika Mərkəzinin məlumatına görə, yoxsulluqdan ən az əziyyət çəkən əyalət 11.1% yoxsulluq göstəricisi ilə İranın mərkəzində yerləşən fars dilli Yəzd əyalətidir. Ərdəbil əyaləti geniş potensialına, kənd təsərrüfatına, yeraltı və yerüstü sərvətlərinə baxmayaraq yoxsulluq sıralamasında ölkə üzrə 12-ci yerdə qərar tutub.
4-02-2022, 12:13
İran hakimiyyətindən şovinist addım


Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Qasım Nazimi Azərbaycan türkcəsində çəkilən “Qolçaq” filminin “Fəcr” film festivalına buraxılmamasına etiraz edib.

O, məsələ ilə bağlı film festivalının mərkəzi qərargahına, festival katibliyinə etiraz məktubu yazdığını və bunun səbəbini soruşduğunu qeyd edib:
“Tərəfimizdən məsələ izlənilir. Onlar bizə bildiriblər ki, filmin məzmunu dialoqlardan ibarətdir və dil türkcə olduğu üçün münsiflər heyəti onu anlamaqda çətinlik çəkir. Bu üzdən festivala buraxılmamasına qərar veriblər”.
Qeyd edək ki, Güney Azərbaycanın türkcə “Qolçaq” filmi hər il İranda keçirilən Beynəlxalq Fəcr Film Festivalına buraxılmayıb. Münsiflər heyətinin üzvləri bunu filmin türkcə olduğu ilə əlaqələndirirlər.
“Qolçaq” filminin rejissoru bundan öncə türk dilində çəkdiyi “Ev” filmi ilə Güney azərbaycanlıların rəğbətini qazanan tanınmış rejissor Əsgər Yusifinejaddır.
Bu, ilk hərəkət deyil və bundan öncə 2019-cu ildə türk dilində olan “Atabay” filmi də bir sıra şovinist dairələrin qəzəbi ilıə qarşılanmışdı.
Fars dilli jurnalist Əmir Fərzullahi “Atabay” filminin təqdimat mərasimində dediyi sözlər qəzəblə qarşılanıb.
“İranın rəsmi dövlət dili fars dilidir. Kimsənin haqqı yoxdur bu ölkədə türk dilində film çəksin”-deyə, şovinist yazar bildirib.
Filmin ssenari müəllifi və oyunçusu Hadi Hicazəfər fars jurnalistə sərt cavab verib:
“Sənin düşüncələrin faşizmə dayanır. Kimsənin türk dilini təhqir etmək haqqı yoxdur. Ölkə konstitusiyasına görə, türk dili məktəblərdə tədris olunmalıdır”.
4-02-2022, 12:10
Təbrizli bəhai müvəqqəti azadlığa buraxılıb

Yanvarın 17-də təhlükəsizlik məmurları tərəfindən Təbrizdə həbs olunaraq ETTELAAT təcridxanasına aparılan bəhai dininə mənsub Sina Şəhri fevralın 2-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Sina Şəhrinin evində qanunsuz olaraq məhkəmə hökmü olmadan axtarış aparan təhlükəsizlik məmurları, ona məxsus bir neçə şəxsi əşyanı,o cümlədən bilgisayar və mobil telefonunu götürüblər.
Girov qarşılığında sərbəst buraxılan Sina Şəhrinin nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.
Ehtimal edilir ki, onun həbs edilməsinə səbə bəhai təriqətinə mənsub olmasıdır.
Yanvarın 22-də isə Sina Şəhrinin xanımı Nigar Nəsiri İran Təhlükəsizlik Nazirliyinin Təbriz bölməsinin “27-ci otaq” kimi tanınan informasiya şöbəsinə çağrılmış, yanvarın 23-də isə dindirilmişdi.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.
Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.
1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.
4-02-2022, 12:03
Zəncanda su qıtlığı



Güney Azərbaycanın Zəncan şəhərinin icra başçısı Pərviz Xaliqi şəhər və ətraf kəndlərin əhalisinin qış aylarında da su qıtlığından əziyyət çəkdiyini bildirib.
O, ətraf kəndlərdə əkin yerlərinin suvarılması üçün davamlı problem yaşandığını və bunun həlli üçün tədbir görülmədiyi təqdirdə yaxın gələcəkdə daha ciddi böhranın baş verəcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Zəncan əyalətində su və kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulan layihələr vəsait çatışmazlığı ucbatından yarımçıq qalıb. Əyalətdə su və kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulan layihələri tamamlamaq üçün 2500 milyard tüməndən çox vəsaitin lazım olduğu bildirilir.
Əlirza Cüz Qasimi Zəncan şəhərinin içməli su təminatı üçün nəzərdə tutulan layihələrin də yarımçıq qaldığını, 500 milyard 300 milyon tümən vəsait tələb olunduğunu deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!