Ucarda açıq ərazidə yanğın olub .....                        Ceyhun Bayramov Ahmet Qurbanov ilə görüşüb .....                        Qanunsuz ağackəsmə faktları aşkarlanıb .....                        İranın ABŞ ərazisini vuracaq raketi var? .....                        Pakistan–Əfqanıstan gərginliyi: “Açıq müharibə” bəyanatı .....                        Nazirlik 2,5 milyona eşitmə aparatları alacaq .....                        Cəlilabad sakinini avtomobil vuraraq öldürüb .....                        Körpə 10-cu mərtəbədən yıxıldı, sağ qaldı .....                        Epşteynin şəbəkəsinin İngiltərə bağlantıları .....                       
Tarix : 4-02-2022, 16:08
Azərbaycanlı repressiya qurbanının qalıqları tapıldı

Gürcüstanın Acarıstan bölgəsinin Xelvaçauri rayonunda keçmiş hərbi baza ərazisində aparılan qazıntılar zamanı yeni kütləvi məzarlıq aşkarlanıb.
Butov.az Report-a istinadla xəbər verir ki, bu barədə “Acarıstan” telekanalı məlumat yayıb.
Sayca altıncı məzarlıqda 1930-cu illərdə sovet dövrünün repressiyaları zamanı güllələnən 29 insanın qalıqları tapılıb. Repressiya qurbanlarının cins və yaşını müəyyən etmək üçün DNT analizlər aparılacaq.
Ekspedisiya iştirakçısı Eter Maxaradze bildirib ki, güllələnənlərin hamısının əlləri arxadan bağlanıb və baş nahiyələrində güllə izləri var. Mütəxəssis qeyd edib ki, qalıqlar aşkarlandığı yerdə yenidən dəfn olunacaq və ərazidə muzey tikiləcək.
Araşdırmalar zamanı indiyədək tapılan qalıqlardan birinin 1869-cu il təvəllüdlü Hüseyn Ələkbər oğlu Ələkbərova məxsus olduğu müəyyən edilib. Acarıstanın Daxili İşlər Nazirliyinin arxiv sənədinə əsasən, o, 1938-ci il martın 11-də güllələnib.
Qeyd edək ki, qazıntı işləri 2016-cı ildən aparılır. Prosesdə Polşadan dəvət olunan alimlər də iştirak edirlər. Ehtimal olunur ki, keçmiş hərbi baza ərazisində hələ aşkarlanmamış çox sayda kütləvi məzarlıqlar qalmaqdadır.


Paylaş



Bölmə: Kriminal / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!