Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 6-09-2021, 10:37
Neolit dövrü abidəsində tədqiqatlar aparılıb


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya Ağstafa rayonu ərazisindəki Neolit dövrünə (e.ə. VI minillik) aid Çağrıtəpə yaşayış yerində keçən il başlanmış genişmiqyaslı arxeoloji qazıntı işlərini bu yay mövsümündə davam etdirib. Hələ 2013-cü ildə bu ekspedisiyanın abidədə apardığı ilk qazıntı işləri ilə yaşayış yerinin Neolit dövrünə, Şomutəpə arxeoloji mədəniyyətinə aid olduğu müəyyən edilib.

Son iki mövsümdə Çağrıtəpədə 200 kvadratmetr sahədə qazıntı işləri aparılıb. Məlum olub ki, burada Neolit dövrü yaşayış yerinin üstündə, təpənin şərq tərəfində minilliklər sonra – orta əsrlərdə (VIII-X əsrlərdə) yaşayış məskəni salınmışdır. Qazıntı zamanı həmin dövrə aid saxsı qab nümunələri, dən daşları, ocaq yerləri aşkar edilib. Buna görə də üst qatlarda Neolit dövrü və orta əsrlərə aid qalıqlar qarışıq aşkar edilir.

Çağrıtəpədə Neolit dövrünə aid çiy kərpic və möhrə ilə inşa edilmiş dairəvi-oval planlı tikili qalıqları, eyni zamanda, təsərrüfat quyuları və ocaq yerləri aşkarlanıb. Kəsici alətlərin əksəriyyəti obsidiandan (vulkanik şüşədən) hazırlanıb. Bunlar oraq dişləri, qaşov, iskənə, yonqar, kəsər tipli alətlərdir. Respublikamızda ən zəngin obsidian yataqları Kəlbəcər rayonu ərazisindədir. Çaxmaqdaşından da az sayda eyni tipli alətlər hazırlanıb. Daş alətlər dən daşları, sürtgəclər, həvəng-dəstə və s. tapıntılardır. Heyvan sümüklərindən düzəldilmiş deşici alətlər – bizlər aşkar edilib.

Maraqlı tapıntılar sırasında alət hazırlanması üçün tədarük edilmiş obsidian lövhələrin və qəlpələrin dəfinələrini qeyd etmək olar. Qazıntı sahəsində bir neçə yerdə belə dəfinələr aşkarlanıb.

Çağrıtəpədə aparılmış qazıntılarla müəyyən edilib ki, abidənin Neolit dövrü sakinləri dairəvi-oval quruluşlu, biri-birinə yaxın, sıx tikilmiş evlərdə yaşayıb, əkinçilik, maldarlıq və ev sənətkarlığı ilə məşğul olublar.

Gələcək illərdə aparılacaq qazıntılar nəticəsində abidə haqqında yeni məlumatların əldə ediləcəyi gözlənilir.


Paylaş



Bölmə: Təhsil / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!