Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                        Piyadanı maşın vurdu - Tıxac yarandı .....                       
13-01-2022, 11:23
Zakir Həsənovdan hərbi təhsillə bağlı TAPŞIRIQLAR - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisindəki abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra hərbi məktəbin klubunda məktəbin zabit və kursantları, həmçinin professor, müəllim heyəti ilə görüş keçirilib.

Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Müdafiə naziri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətini şəxsi heyətin diqqətinə çatdırıb. Müharibə zamanı qardaş Türkiyənin mənəvi və siyasi dəstəyinin vacib rol oynadığı xüsusi vurğulanıb.

Yeni tədris ilinin başlanması münasibətilə şəxsi heyəti təbrik edən nazir Vətən müharibəsində hərbi məktəbin yetirmələrinin qəhrəmanlıq və şücaətlərini yüksək qiymətləndirdiyini qeyd edib.
Müdafiə naziri Azərbaycan Ordusunda yeni texnologiyalardan istifadə olunmaqla aparılan kadr islahatlarının Ordumuzun daha da güclənməsində mühüm rol oynadığını bildirib.

Ali Hərbi Məktəbdə hərbi mütəxəssislərin hazırlıq proqramının Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin hərbi məktəblərində tətbiq olunan proqramlara uyğunlaşdırılmasının Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının hazırlanması istiqamətində atılan mühüm addımlardan biri olduğu qeyd edilib.

Sonra general-polkovnik Z.Həsənov kursantların qayğıları ilə maraqlanıb, onlara tədrisdə və gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda müdafiə naziri hərbi təhsil sisteminin daha yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıqlar verib.



Bütöv.az
13-01-2022, 10:14
Prezident: “Hazırda bizim nəzarətimizdə olan ermənilərin yaşadıqları kəndlərdə hər şey salamatdır”

“Mən hələ işğal dövründə müsəlman ölkələrə müraciətlə deyəndə ki, ermənilər dəhşətli hadisələr törədir, bütün müsəlmanların müqəddəs ziyarətgahlarını təhqir edirlər, bəlkə də çoxları buna inanmırdı, lakin indi özləri bunu görəndən sonra necə qəbul edəcəklər? Yəni, burada baş verənlərin dərk edilməsində, bizim təkcə tarixi, hüquqi və siyasi baxımdan deyil, həm də xalis insanlıq baxımından haqlı olmağımızı dərk etməkdə daha bir dönüş baş verdi. Biz belə hərəkətlər etməmişik. Hazırda bizim nəzarətimizdə olan kəndlərdə, - mən ermənilərin yaşadıqları kəndləri nəzərdə tuturam, - hər şey salamatdır. Bir il keçib, mən Hadrutda olmuşam, orada bircə binaya da toxunulmayıb. İşğal dövründə orada əsasən ermənilər yaşayırdı. Bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Heç bir qəbirüstü daşın sındırılmadığını, heç bir kilsənin dağıdılmadığını vurğulayan dövlətimizin başçısı UNESCO ilə bağlı epopeyanı xatırladaraq deyib: “Onlar bizi az qala vandalizmdə təqsirləndirməyə çalışırdılar, düşünürdülər ki, indi biz kilsələri dağıdacağıq. Biz ermənilərin buraya gəlməsi marşrutunu onlarla razılaşdırdıq. Onlar da, onlarla əlaqədə olan bəzi ölkələr də çox təkidlə buraya gəlmək istəyirdilər. Biz işğaldan azad edilmiş ərazilərə xarici diplomatların və əcnəbi jurnalistlərin səfərlərini təşkil edəndə, onlar bu kilsələrin və bu qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı. Məsələ belədir. Biz bütün illər boyu onları dəvət edirdik. Cavab necə olurdu? Deyirdilər ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. İkinci Qarabağ müharibəsi başa çatan kimi onlar təkidlə buraya gəlməyi xahiş etməyə başladılar. Biz marşrutları razılaşdırdıq və sair. Bu müddətdə baş verənlər məlumdur. Onlar özləri də gördülər ki, biz heç nəyi dağıtmırıq, amma buraya gələndə dağıdılmış məscidləri, dağıdılmış qəbiristanlıqları, tarixi abidələri, dağıdılmış şəhərləri görəcəklər, sadəcə, bunu kimin etdiyini deməyə məcbur olacaqlar. Deməli, bunu etmək istəmirlər. Bütün bu amillər, üstəgəl bizim fəal diplomatik işimiz bu reallıqların dünyada qəbul edilməsinə şərait yaratdı. Hesab edirəm ki, bu, böyük uğurdur”, - deyə dövlət başçısı qeyd edib.

Bütöv.az
13-01-2022, 10:03
"Brent" markalı neftin qiyməti 85 dolları ötdü

Dünya bazarlarında neft bahalaşmaqda davam edir.

Bütöv.az xəbər verir ki, “Brent” neftinin mart fyuçersləri 1,64% bahalaşaraq, 1 bareli 85,09 ABŞ dollarına satılıb.
Qeyd edək ki, “Brent” markalı neftin qiyməti bundan əvvəl 2021-ci il noyabrın 10-da ilk dəfə bir barel üçün 85 dolları keçib.
12-01-2022, 21:02
Son sutkada 645 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 645 yeni yoluxma faktı qeydə alınıb 577 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 622 881 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 888 nəfər müalicə olunaraq sağalıb, 8 480 nəfər vəfat edib, aktiv xəstə sayı 7 513 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 746, ötən müddət ərzində isə ümumilikdə 5 968 349 test aparılıb.

Bütöv.az
12-01-2022, 18:00
Sahibə Qafarova Avropa Parlamentinin sədrinin vəfatı ilə bağlı başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin sədri David Sassolinin vəfatı ilə bağlı başsağlığı verib.

Bütöv.az xəbər verir ki, parlamentin sədri bu barədə tviterdə paylaşım edib.
Azərbaycan parlamentinin sədri D. Sassolinin vəfatı ilə bağlı xəbərin onu çox kədərləndirdiyini bildirib.

S. Qafarova D. Sassolinin ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, 65 yaşlı David Sassoli yanvarın 11-də Aviano şəhərində vəfat edib.
12-01-2022, 17:59
Məleykə Əsədova övladını itirməsindən DANIŞDI: "Oğlan idi..." - VİDEO

Əməkdar artist Məleykə Əsədova "Günün sədası" proqramında qonaq olub. Aktrisa şəxsi həyatı ilə bağlı gündəm yaradacaq açıqlamalar verib.

Bütöv.azxəbər verir ki, Məleykə Əsədova bir neçə dəfə övladını itirdiyini də etiraf edib:
"Oğlan övladı istəmirəm. İkinci övlad da istəmirəm. Bir neçə dəfə övladım oldu və itirdim. Oğlan idi. Hər zaman arzulamışam ki, qızım olsun. Gülər də Allahın mənə verdiyi ən böyük hədiyyədir".


12-01-2022, 17:55
Bu gün ilin ilk “El Klasiko”su Səudiyyə Ərəbistanında olacaq

Bu gün futbol üzrə İspaniya Super Kubokuna start veriləcək.

Bütöv.az xəbər verir ki, Super Kubok dörd komandanın iştirakı ilə baş tutacaq.

İlk yarımfinal oyununda “El Klasiko” keçiriləcək. Madrid “Real”ı Kral Fəhd adına Stadionda “Barselona” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Barselona”da Martin Breytveyt, Yusuf Dəmir, Erik Qarsiya, Serxi Roberto və Mussa Vaqe, “Kral klubu”nda isə Qaret Beyl ilə Mariano Dias oynaya bilməyəcək.

Cütün qalibi sabah keçiriləcək “Atletiko” (Madrid) – “Atletik” (Bilbao) qarşılaşmasının qalibi ilə görüşəcək. Final isə yanvarın 16-da baş tutacaq.

Qeyd edək ki, Super Kubok oyunları ilk dəfə İspaniyadan kənarda olacaq. Bütün matçlar Səudiyyə Ərəbistanında keçiriləcək.
12-01-2022, 17:53
Qadının davranışı etirazlara səbəb oldu: Anasının gözləri qarşısında... - VİDEO

Sosial mediada paylaşılan görüntülər böyük müzakirələrə yol açıb.

Bütöv.az xəbər verir ki, Türkiyədə çəkilən görüntülərdə xalasının 4 yaşlı qız uşağına spirtli içki verdiyi əks olunub. Masa arxasındakı digər qadın buna mülayim formada etiraz edib. Lakin 4 yaşlı qızın spirtli içkidən daddığı deyilir. 4 yaşlı qızın içki içməsinə qarşı çıxan qadının isə uşağın anası olduğu güman edilir.
Görüntülər sosial mediada yayılandan sonra uşağa spirtli içki verən qadın tənqid olunub.


12-01-2022, 17:48
Bakıda 200 metrlik rabitə kabeli oğurlandı - VİDEO

Xəzər rayonu Qala qəsəbəsində yerləşən 5 saylı Rabitə Xidməti Mərkəzinə məxsus 200 metr uzunluğunda rabitə kabeli oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş, Qala qəsəbəsində yaşayan Vasif Ağayev saxlanılıb.

O, ifadəsində etdiyi oğurluğu etiraf edib.

Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. V.Ağayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.




Bütöv.az
12-01-2022, 17:46
Bakıda maşınlara qənim kəsilən dəstənin iş başında görüntüləri - ANBAAN VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Yeni Günəşli qəsəbəsində avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Əli Səfərov və Əli Nəbiyev tutularaq istintaqa cəlb ediliblər.

Araşdırma zamanı onların ümumilikdə yeddi avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin salonundan maqnitofon və digər qiymətli əşyaları oğurladıqları məlum olub.

Həmçinin bu şəxslərin Suraxanı rayonunda yerləşən orta məktəblərdən birinə oğurluq məqsədi ilə daxil olaraq oradan kompüter avadanlıqları və bir ədəd velosiped oğurladıqları sübuta yetirilib.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Əmircan qəsəbəsində evlərdən oğurluq edən paytaxt sakini Ramin Qocayev saxlanılıb. Onun ümumilikdə dörd evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Suraxanı Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, həmçinin “102” Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!