Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
30-12-2022, 16:04
Əfsanəvi futbolçu dünyasını dəyişdi


Əfsanəvi futbolçu dünyasını dəyişdi

Əfsanəvi futbolçu, Braziliya millisinin sabiq üzvü, üçqat dünya çempionu Pele vəfat edib. Bu barədə “Assosiated Press” məlumat yayıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən 82 yaşlı Pelenin həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Xatırladaq ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 görüş keçirib, 77 qol vurub. Pele XX əsrin ən yaxşı futbolçusu elan edilib, eyni zamanda karyerası ərzində 1279 qolla Ginnesin rekordlar kitabına düşüb. Onu da bildirək ki, əfsanəvi futbolçu Braziliyanın "Santos", Amerikanın "Nyu-York Kosmos" komandalarının heyətində çıxış edib.
30-12-2022, 15:39
Öncə həyat yoldaşının, sonra özünün həyatına son qoydu


Öncə həyat yoldaşının, sonra özünün həyatına son qoydu

Dekabrın 29-u saat 21 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Elxan Ələsgərov və 1977-ci il təvəllüdlü Mahidə Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib. Məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb. İlkin araşdırma nəticəsində Elxan Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə arvadı Mahidə Əsədovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
30-12-2022, 15:26
Fransa Ukrayna üçün yardım fondu yaradır


Fransa Ukrayna üçün yardım fondu yaradır

Fransa Ukraynaya yardım üçün 200 milyon avro məbləğində fond yaradır. Bu barədə Fransanın müdafiə naziri Sebastian Lekornu məlumat verib. O bildirib ki, Fransa vəsait hesabına yerli şirkətlərdən silah və hərbi texnika alacaq. Qeyd edək ki, fransalı nazir dünən Ukraynaya səfər edib. O, Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və həmkarı Oleksey Reznikovla görüşüb.
30-12-2022, 00:06
Azərbaycan-İsrail münasibətləri xüsusi əhəmiyyət kəsb edir  - İlham Əliyev


Azərbaycan-İsrail münasibətləri xüsusi əhəmiyyət kəsb edir - İlham Əliyev

"Biz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk". Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya ünvanladığı təbrik məktubunda yer alıb. "Ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Ölkələrimiz arasında münasibətlərin təşəkkülündə və inkişafında Sizin xidmətləriniz böyükdür", - məktubda qeyd edilib.
29-12-2022, 23:22
İtaliya Ukraynada sülh razılaşmasının qarantı olmağa hazırdır - Meloni


İtaliya Ukraynada sülh razılaşmasının qarantı olmağa hazırdır - Meloni

İtaliyanın baş naziri Corciya Meloni Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün ölkəsinin rolundan danışıb. Meloni İtaliyanın tərəflər arasındakı razılaşma əldə olunması üçün zəmanətçi rolunu oynamağa hazır olduğunu bildirib. "İtaliya Ukraynada sülh razılaşmasının qarantı olmağa hazırdır", - deyə İtaliya baş naziri söyləyib. Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
29-12-2022, 23:14
İranda universitet naməlum şəxslər tərəfindən yandırıldı


İranda universitet naməlum şəxslər tərəfindən yandırıldı

İranda Şimali Tehran universitetinin Bəsic ofisi naməlum şəxs tərəfindən yandırılıb. Tələbə Səfərbərlik İdarəsinin ətrafındakı kameralar naməlum şəxsin görüntülərini lentə alıb. Hücum edən şəxs universitetin səfərbərlik ofisinə "molotov kokteyli" atıb. Bəsic qüvvələrinin ofisinin bir hissəsi və ofisin çöl hissəsi yanıb.
29-12-2022, 22:58
Serbiyada döyüş vəziyyətiylə bağlı qərar ləğv edildi


Serbiyada döyüş vəziyyətiylə bağlı qərar ləğv edildi

Serbiyada ordunun döyüş vəziyyətinə gətirilməsi ilə bağlı qərar ləğv olunub. Bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç göstəriş verib. O, silahlı qüvvələrin bölmələrində döyüş vəziyyətinin ləğvi barədə tapşırıq verib. Qeyd edək ki, Kosovada vəziyyətin gərginləşməsindən sonra Serbiya ordusu döyüş vəziyyətinə gətirilmişdi.
29-12-2022, 22:52
Həm İrəvanın, həm də Bakının razılığı lazımdır - Peskov


Həm İrəvanın, həm də Bakının razılığı lazımdır - Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Paşinyan görüşündə müzakirə olunan məsələləri açıqlayıb. O, görüşdə Laçın yolundakı vəziyyətlə bağlı müzakirələrin aparıldığını deyib. "Dekabrın 27-də Vladimir Putin və Nikol Paşinyan Laçın dəhlizi mövzusunda ətraflı müzakirə aparıblar. Rusiya regiondakı gərginlikdən narahatdır. Moskva üçtərəfli razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini davam etdirmək niyyətindədir", - deyə sözçü bildirib. Peskov Qarabağdakı Rusiya sülhməramlılarının mandatından da danışıb: "Sülhməramlılara BMT mandatı vermək, beynəlxalq qüvvələri cəlb etmək üçün həm İrəvanın, həm də Bakının razılığı olmalıdır".
29-12-2022, 22:30
Həm İrəvanın, həm də Bakının razılığı lazımdır - Peskov


Həm İrəvanın, həm də Bakının razılığı lazımdır - Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Paşinyan görüşündə müzakirə olunan məsələləri açıqlayıb. O, görüşdə Laçın yolundakı vəziyyətlə bağlı müzakirələrin aparıldığını deyib. "Dekabrın 27-də Vladimir Putin və Nikol Paşinyan Laçın dəhlizi mövzusunda ətraflı müzakirə aparıblar. Rusiya regiondakı gərginlikdən narahatdır. Moskva üçtərəfli razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini davam etdirmək niyyətindədir", - deyə sözçü bildirib. Peskov Qarabağdakı Rusiya sülhməramlılarının mandatından da danışıb: "Sülhməramlılara BMT mandatı vermək, beynəlxalq qüvvələri cəlb etmək üçün həm İrəvanın, həm də Bakının razılığı olmalıdır".
29-12-2022, 22:24
Zaxarova vasitəçilik missiyasından danışdı


Zaxarova vasitəçilik missiyasından danışdı

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova ölkəsinin Azərbaycan və Ermənistan arasındakı vasitəçilik missiyasından danışıb. Sözçü bu barədə keçirdiyi mətbuat konfransında danışıb. "Rusiya elə mövqe tutur ki, bu funksiyanı effektiv şəkildə yerinə yetirir. Rusiya ölkələr arasında dialoqun baş tutmasını təmin edir. Moskva İrəvan və Bakı arasındakı münasibətlərin normallaşması üçün fundament rolunu oynayan yüksək səviyyəli üçtərəfli danışıqlar üçün kompleks addımlar atır", - Zaxarova qeyd edib. "Əgər Ermənistan KTMT-nin köməyinə ehtiyac duyursa, Ermənistan tərəfi maraqlı olsaydı, təşkilat monitorinq missiyası göndərməyə hazır olardı", - deyə XİN rəsmisi əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!