29-12-2022, 16:11
Sabaha gözlənilən hava şəraitiAzərbaycanda dekabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
29-12-2022, 16:05
Ermənistanda suverenliyə qarşı etirazlar cinayət əhəmiyyəti daşıyacaqErmənistanda suverenlikdən imtina ilə bağlı çağırışlar cinayət tərkibi yaradacaq. Bununla bağlı cinayət məcəlləsinə düzəlişlər edilməsi nəzərdə tutulur. Hökumət artıq bununla bağlı təşəbbüslə çıxış edib. Bildirilib ki, suverenlik əleyhinə çağırışlar 2 aydan 3 ilədək azadlığın məhdudlaşdırılması, buna yönəlik fəaliyyət 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə, çağırışlar mətbuatda yayımlanarsa, 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Məlumata görə, sözügedən düzəlişlərlə bağlı layihə artıq parlamentə göndərilib.
29-12-2022, 16:00
Kərim Vəliyev Qarabağda keçirilən hərbi təlimlərlə tanış olduMüdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə olublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə birliyin idarə heyəti ilə görüşən Baş Qərargah rəisi müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırıqlarını aidiyyəti üzrə şəxsi heyətə çatdırıb. Şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi, təlimlərin, o cümlədən səhra məşğələlərinin intensivliyinin artırılması barədə tapşırıqlar verib. Sonra döyüş mövqelərində növbətçilik aparan heyətlə görüşən general-polkovnik K.Vəliyev onun döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Daha sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi bir neçə hərbi hissələri, o cümlədən Komando hərbi hissəsini ziyarət edib, həmçinin Şuşada xidmət edən hərbi qulluqçularla görüşüb. General-polkovnik K.Vəliyev hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması barədə tapşırıqlar verib. Şəxsi heyətlə görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Orduda aparılan islahatlar çərçivəsində əldə olunmuş nailiyyətlərdən danışan Baş Qərargah rəisi həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Ordusunun əməliyyat və döyüş imkanlarının xeyli artdığını qeyd edib. Müdafiə nazirinin birinci müavini şəxsi heyətin taktiki-xüsusi hazırlığının və peşəkarlıq səviyyəsinin daim yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlim və məşqlərin keyfiyyətinin daha da artırılması, həmçinin qazanılan döyüş təcrübəsinin növbəti ildə keçiriləcək təlimlərdə də geniş tətbiq edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub. Şəxsi heyətlə birlikdə nahar etdikdən sonra Baş Qərargah rəisi hərbi qulluqçuların qayğıları ilə maraqlanıb və Müdafiə Nazirliyinin rəhbərliyi adından onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
29-12-2022, 15:46
Azərbaycan və Ermənistana sülh yolunda hər cür yardım göstəririk - Rusiya XİNİrəvan və Bakı təmasların dinamikasını və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ria Novosti” agentliyinə müsahibəsində Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalayıb-imzalamayacağı və onun Qarabağın statusunu ehtiva edib-etməyəcəyi barədə suala cavabında deyib. O, məsələnin danışıqlar aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlanmasını məntiqli hesab edib. "Məhz onlar təmasların dinamikasını müəyyən edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirirlər. Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə hər cür köməklik göstərir”, - rusiyalı nazir bildirib.
29-12-2022, 15:33
Azərbaycan sərvətlərinin talanması qəbuledilməzdir - ÇavuşoğluTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Laçın yolundakı vəziyyətə münasibət bildirib. Nazir bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransındakı çıxışı zamanı danışıb. "Laçın yolundakı hadisələr Ermənistan üçün səmimilik sınağıdır. Azərbaycan sərvətlərinin talanması qəbuledilməzdir. Can Azərbaycanla əməkdaşlığımız davam edəcək", - deyə Çavuşoğlu söyləyib. O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin davam etdiyini bildirib.
29-12-2022, 15:30
Lavrov Zelenskinin “sülh formulu”na münasibət bildirdiRusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Vladimir Zelenskinin ölkədəki münaqişənin həlli üçün təklif etdiyi “sülh formulu”na münasibət bildirib. O bu barədə “Ria Novosti”yə müsahibəsində danışıb. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Zelenskinin düsturunu illüziya adlandırıb və belə şərtlərlə iki ölkə arasında dialoqu istisna edib. Onun sözlərinə görə, Ukrayna ünsiyyətə hazır deyil. "Hər cür ideyalar və “sülh düsturları” irəli sürən Zelenski Qərbin köməyi ilə qoşunlarımızın Rusiyanın Donbass, Krım, Zaporojye və Xerson vilayəti ərazisindən çıxarılmasına, təzminatların ödənilməsinə nail olmaq illüziyası danışır. Rusiyanı beynəlxalq tribunallara etiraf etməyə çağırır və s. Təbii ki, belə şərtlər altında heç kimlə danışmayacağıq". Lavrov bildirib ki, Moskva münaqişənin diplomatik yolla həllindən imtina etməyib. O xatırladıb ki, müharibə başlayandan dərhal sonra Zelenski Rusiyanı danışıqlar masasına oturmağa dəvət edib. Moskva onun dəvətini qəbul edib və Ukrayna nümayəndələri ilə bir neçə görüş keçirib. Nazir qeyd edib ki, danışıqlar raundları “qarşılıqlı məqbul razılaşmalar”ın tapılmasının mümkünlüyünü göstərib. "Bununla belə, dialoq zamanı “Zelenskinin mühüm qərarların qəbulunda tam müstəqil olmaması” üzə çıxıb. “Artıq aprel ayında hərbi əməliyyatları davam etdirməkdə maraqlı olan anqlo-saksonların göstərişi ilə o, danışıqları tez dayandırdı və mövqeyini kəskin şəkildə sərtləşdirdi”, - Lavrov vurğulayıb.
29-12-2022, 15:27
Türkiyə XİN-dən Yunanıstana xəbərdarlıqTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib. Nazir bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransındakı çıxışı zamanı danışıb. "Yunanıstana bir daha xəbərdarlıq edirik. Arxana almağa çalışdıqlarına güvənərək saxta qəhrəmanlıq arxasınca qaçma. Məcəraya atılma. Sonu sizin üçün heç yaxşı olmaz", - Çavuşoğlu söyləyib. XİN başçısı rəsmi Afinanı diqqətli olmağa çağırıb.
29-12-2022, 15:25
Ukraynalılar günə həyəcan siqnalı ilə oyandılarBu gün ukraynalılar günə həyəcan siqnalı ilə oyanıblar. Həyəcan siqnalı bütün ölkə ərazisində verilib. Rusiya hərbi qüvvələrinin Ukrayna şəhərlərinə aviazərbələr endirdiyi barədə məlumatlar var. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutkada 30 aviasiya zərbəsi endirildiyini açıqlayıb. Bundan başqa 7 raket hücumu gerçəkləşdirildiyi qeyd olunub. Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
29-12-2022, 15:21
Paşinyan dostunun nazir seçilməsindən imtina etdiErmənistanda yaradılmaqda olan Daxili İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi müzakirə olunur. "Hraparak" qəzeti baş nazir Nikol Paşinyanın kadr seçimi barədə məlumat əldə edib. Qəzet yazır ki, Paşinyanın dostu və yaxın kadrı hesab olunan Ermənistan Polisinin rəisi Vahe Kazaryanın adı yeni nazir kimi hallansa da, o, DİN başçısı vəzifəsinə təyinat almayacaq. Bildirilib ki, Paşinyan bu təyinatdan imtina edib. "Ona görə yox ki, Paşinyan Kazaryana etibar etmir, sadəcə olaraq baş nazir düşünür ki, o, meqanazirliyə rəhbərlik etməyi bacarmaz", - yazıda qeyd olunub. "Hraparak"ın istinad etdiyi mənbə hesab edir ki, çox güman hazırkı fövqəladə hallar naziri Armen Pambuxçyan DİN-ə rəhbər gətiriləcək. Qeyd edək ki, Ermənistanda əvvəllər mövcud olmuş və sonradan ləğv edilən Daxili İşlər Nazirliyi yenidən bərpa olunur.
29-12-2022, 15:14
Akar Rusiyada keçirilən görüşün detallarını açıqladıTürkiyənin milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Rusiya Müdafiə Nazirliyində görüş keçiriblər. Dünən baş tutan görüş barədə Akar jurnalistlərə özü məlumat verib. Bildirilib ki, 11 ildən sonra baş tutan görüş zamanı Suriya məsələsi müzakirə olunub. “Vnukovo” hava limanında Rusiya rəsmiləri tərəfindən qarşılanan Akar və Fidanın Rusiya Müdafiə Nazirliyində keçirdiyi görüşün detallarını nazir özü açıqlayıb. Akar görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə yanaşı, Suriya MN başçısı Ali Mahmud Abbasın da iştirak etdiyini, eləcə də Rusiya və Suriya xüsusi xidmət orqanlarının rəhbərlərinin müzakirələrə qatıldığını açıqlayıb.“Toplantıda Suriyada və bütövlükdə regionda vəziyyətin tezliklə müsbətə doğru dəyişməsi, sülh və sabitliyin bərqərar olması üçün edə biləcəyimiz işləri müzakirə etdik. Türkiyənin mövqeyini çatdırdıq, digər tərəflərin də mövqelərini dinlədik. Bizim dilə gətirdiyimiz ən vacib məsələ terrorla mübarizə oldu. Suriya və İraq başda olmaqla, bütün qonşularımızın ərazi bütövlüyünü dəstəklədiyimizi, terrorla mübarizədən başqa heç bir məqsədimizin olmadığını diqqətə çatdırdıq”, - o qeyd edib. Akar bildirib ki, digər məsələ isə Türkiyə sərhədlərinin təhlükəsizliyi və Suriyadan qaçqın axının qarşısının alınması olub. Nazir əlavə edib ki, üçtərəfli təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.
[media=https://youtu.be/-NDXorvb89o]