Ekologiya və təbii sərvətlər nazirliyinin Şəkidə yerləşən 7 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin mövqeyini başa düşmək olmur.
DİA.AZ bildirir ki, bu barədə Şəki sakinləri şikayət edirlər. Onlar iddia edirlər ki, Şəki icra hakimiyyətinin adamları, başçıya yaxın şəxslər icra başçısı Elxan Usubova güvənərək Şəkidə yaşıllıqları məhv etsə də, onlara güldən ağır söz deyən yoxdur və 7 saylı regional ekologiya və təbii sərvətlər idarəsi də ağzına su alıb oturub.
Belə çıxır ki, bu kimi qanunsuz əməllərə göz yummaq yolu ilə pul qazanmaq eşqinə düşüblər, ya da ümumiyyətlə vəzifələrini unudublar. Qeyd edək ki, yaşıllıqların soyqırımı birbaşa rayon mərkəzindən başlayır. Daha ətraflı aşağıdakı videoda:
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Azərbaycan Televiziyası (AzTV) Prezident İlham Əliyevin Zuğulbadakı iqamətgahından reportaj hazırlayıb.
Bildirilib ki, bu iqamətgah əsasən dövlət və hökumət başçılarının qarşılanması, nümayəndə heyətlərinin, səfir etimadnamələrinin qəbulu, ziyafətlər zamanı protokolun ünvanına daxil olur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə verib.
Prezident İlham Əliyev Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri təltif ediliblər:
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə nəzarət edən əsas şəxslərdən biri - Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Tosov saxlanılıb.
Onun üzərində olan çantaya baxış zamanı yeddi büküm ümumi çəkisi 26 kiloqram olan yüksək təsiredici narkotik maddə heroin aşkar edilib. Elşad Tosov narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Sübhan Aslanov qanunsuz olaraq odlu silah-sursat saxlanmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı bir ədəd “Makarov” markalı tapança və altı ədəd patron aşkar olunub.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı da qanunsuz olaraq odlu silah-sursat gizlətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxil olmuş əməliyyat məlumatı zamanı əvvəlcə paytaxt sakini Elvin Mərdanov saxlanılıb. Onun Buzovna qəsəbəsindəki evinə baxış zamanı bir ədəd AKS-74 markalı avtomat, bir ədəd pulemyot patron darağı, 233 ədəd müxtəlif çaplı patron, bir ədəd F-1, eləcə də bir ədəd RDQ-5 qumbaraları və partlayıcı aşkar edilib.
Aparılan araşdırma zamanı ona silah-sursat vermiş tanışı Hüseyn Səfərov də tutularaq Baş İdarəyə gətirilib. Onun paytaxt ərazisində yerləşən evindən isə bir ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və iki ədəd patron darağı aşkar edilib.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1985-ci il təvəllüdlü Samid Bağırov müəyyən edilərək saxlanılıb.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu deyərək üzrxahlıq edib.
Bakupost.az həmin sürücü ilə bağlı bəzi maraqlı məlumatlar əldə edib. Bəlli olub ki, 37 yaşlı S. Bağırov heç də sıradan bir nəfər deyil. Uzun müddət “Akkord” Şirkətlər Qrupunun xəzinadarı olub. O, sabiq baş prokuror Zakir Qaralovun yaxını, daha dəqiq desək, “pulyığanı” kimi tanınıb. Samid Bağırovun hazırda da həmin adamlarla isti münasibətinin davam etdiyi bildirilir.
Yanvarın 12-si Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.
H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 735 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 124 nəfərdir, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 215 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 531 165, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 187 462, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 699 487, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 644 216 təşkil edir.
Novxanıda bağ evindən oğurluq edən şəxs hadisə yerindəcə mühafizə polisləri tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Novxanı qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan bağ evlərindən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Belə ki, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib.
Əraziyə gələn polislər bağ evinə baxış keçirən zaman bir nəfərin evin naqillərini oğurladığının şahidi olublar. Polisləri görən həmin şəxs evin hasarından tullanaraq qaçmaq istəyən zaman mühafizə polislərinin çevikliyi sayəsində saxlanılıb. Ərazi üzrə polis bölməsinə təhvil verilən saxlanılan şəxsin paytaxt sakini Ramin Rzayev olduğu müəyyən edilib. Araşdırma zamanı onun əvvəllər də dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunduğu müəyyən edilib. O, ifadəsində oğurluq etdiyi üçün mühafizə polisləri tərəfindən saxlanıldığını bildirib.
Qeyd edək ki, bağ evinin sahibi bir müddət əvvəl mənzilindən bəzi əşyaların oğurlandığını müşahidə edib. Bundan sonra o, mühafizə polisinin xüsusi texniki vasitələrinin köməkliyi evin 24 saat qorunması üçün Abşeron Rayon Mühafizə İdarəsi ilə müqavilə bağlayıb. Yalnız bundan sonra evdən silsilə oğurluqlar edən şəxsin saxlanılması mümkün olub.
Faktla bağlı araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, habelə, Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Yaşıl çayın istehlakı ürək-damar xəstəliklərindən qorunmağa kömək edir. Bütöv.az medicina.az-a istinadən xəbər verir ki, bunu Çin alimlərinin araşdırması sübut edib.
Yeddi illik araşdırmada xərçəng, infarkt və ya insult keçirmiş yüz mindən çox insan iştirak edib. Bildirilib ki, dünyada ölümün əsas səbəblərindən biri məhz ürək-damar xəstəlikləridir. Beləliklə də, yaşıl çay faktiki olaraq ömrü uzadır.
2020/21-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməmiş klubların hesabına UEFA-dan ayrılmış əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.
Bütöv.az xəbər verir ki, AFFA-dan verilən məlumata görə, “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.