Zorakılıq edilən azyaşlılar körpələr evinə yerləşdiriləcək .....                        Azərbaycanda xüsusi təhsil ləğv edilir? - RƏSMİ .....                        Rusiya Azərbaycandan sonra Türkiyənin şirkətini də hədəfə aldı .....                        Netanyahu “erməni soyqırımı” ilə Ərdoğandan qisas alır .....                        Klub prezidenti kafedə başından güllələndi .....                        Yanğın olan DOST Mərkəzi müvəqqəti bağlandı .....                        Lukaşenko: Diktatorluq etmək iztəməzdim, amma... .....                        Azərbaycanın seçdiyi yol birlik və həmrəylik yoludur .....                        “Qarabağ”ın qələbəsi 11 klubumuza 1.5 milyon qazandıracaq .....                       
30-12-2024, 12:58
"BakuBus" Naxçıvana sərnişin daşıyacaq


"BakuBus" Naxçıvana sərnişin daşıyacaq

"BakuBus" MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı-Naxçıvan istiqamətində avtobusla sərnişin daşınmasına dair elan etdiyi müsabiqədə qalib gəlib.
Bu barədə AYNA-ya məlumat yayıb.
Məlumata görə, yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər “Neoplan” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 manatdır və “biletim.az” portalı üzərindən onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə olunur.
Bakı-Naxçıvan-Bakı reysi üzrə fəaliyyət göstərən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. 2024-cü ildə Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.
Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
30-12-2024, 12:58
"BakuBus" Naxçıvana sərnişin daşıyacaq


"BakuBus" Naxçıvana sərnişin daşıyacaq

"BakuBus" MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı-Naxçıvan istiqamətində avtobusla sərnişin daşınmasına dair elan etdiyi müsabiqədə qalib gəlib.
Bu barədə AYNA-ya məlumat yayıb.
Məlumata görə, yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər “Neoplan” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 manatdır və “biletim.az” portalı üzərindən onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə olunur.
Bakı-Naxçıvan-Bakı reysi üzrə fəaliyyət göstərən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. 2024-cü ildə Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.
Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
30-12-2024, 11:59
Əlli bir ildən sonra çöysüyən həsrət


Əlli bir ildən sonra çöysüyən həsrət

1988-ci ilin acı rüzgarı Qərbi Azərbaycandakı soydaşlarımızı pərən-pərən saldı. Ailələr ev-eşiyindən, min illərin məskunları yurd-yuvalarından, qohum-əqraba bir-birindən, yeniyetməlik dövrünü yaşayanlar tay-tuşlarından, məktəblilər uşaqlıq dostlarından, bir sözlə, hər kəs öz ata ocağından, dost-tanışından ayrı düşdü. Bu qanla gələn qada Zəngəzur mahalını da bürüdü. Bu mahalın ən füsunkar təbiətə malik olan, bütün gözəllikləri özündə cəmləyən guşələrindən biri Qafan rayonu idi.
Rayonun mərkəzi olan Qafan şəhəri Zəngəzur Mahalının demək olar ki, sənaye mərkəzi idi. Burdakı 4 nömrəli məktəb isə bir elm- təhsil ocağı kimi rayonun bütün kəndlərinin, hətta Şimali Azərbaycanın ora yaxın rayonlarının-Qubadlı, Zəngilan, Cəbrayılın şagirdlərinə də öz isti qucağını açıb, onların təhsil almasında bir şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli rolu olmuşdur. Rus İmperiyasının məkrli siyasəti sayəsində zaman-zaman ermənilərin bu qədim Oğuz yurdunda məskunlaşdırılması nəticəsində əhalinin say tərkibi getdikcə ermənilərin xeyrinə dəyişmişdir. Bütün bunlara, erməni millətçilərinin cürbəcür təzyiqlərinə baxmayaraq, Qafan şəhər 4 nömrəli tam orta məktəbi bir məbədgah kimi orada yaşayn Azərbaycan türklərinin həm təhsil almasında, həm də milli ruhda, vətənpərvərlik ruhunda böyüməsində çox böyük əhəmiyyət kəsb etmişdir.

Məktəbin 1973-cü il 10B sinif məzunları da bir çox soydaşlarımız kimi, erməni-rus faşistlərinin silahlı basqınları nəticəsində deportasiyanın acısını-ağrısını yaşaya-yaşaya keçmiş Sovet İtifaqının müxtəlif şəhərlərinə, Azərbaycanın yaxın rayonlarına, Naxçıvana, Gəncəbasara, Sumqayıta, Bakıya səpələnərək əlaqələrini itirmişlər. İndi nəvə-nəticə sahibi olan, ahıl çağlarının qayğısını yaşayan soydaşlarımız ürəklərində dərin izlər buraxmış gözəl Vətənləri Zəngəzurda yaşadıqları xoşbəxt günlərin həsrətini çəkirlər. Uşaqlıq çağlarını, təhsil aldıqları ibtidai və orta məktəbləri, sevimli müəllimlərini, dəcəl, şən, sinif yoldaşlarını heç unuda bilmədilər. Harda olsalar da, nələr çəksələr də, həmişə bu xoş xatirələrlə yaşadılar. Övladlarına, nəvələrinə hər zaman Zəngəzurumuzun təbiətinin gözəlliyindən, orada yaşamış insanlarımızın qoçaqlığından, vətənpərvərliyindən, işgüzarlığından, zəhmətsevərliklərindən, elmə-təhsilə olan həvəslərindən, fitnəkar, qaniçən ermənilərlə yanaşı yaşayaraq öz ana dillərini, adət-ənənələrini, milli təəssübkeşliklərini, ləyaqətlərini necə qoruduqlarından danışırlar. Onları qədim-dədə baba yurudumuz Qərbi Azərbaycanımıza, Zəngəzurumuza, ləyaqətlə qayıdacağımıza və öz ata-baba ocağımızda tonqallar qalayıb, qazanlar asacağımıza, yenidən qurub yaradacağımıza əmin edirlər.

Deyirlər ki, o illər bambaşqaydı. 15, 16, 17 yaşlar arası. Yeniyetməlikdən gəncliyə keçid dövrü, ömrün ən qaynar çağı. Qonşu kəndlərdən qəşəng qızlar, çılğın-çılğın yaraşıqlı oğlanlar bir mərkəzə- Qafan şəhər 4 saylı orta məktəbinə axışırdı. Bəzən od çıxan, şimşək çaxan baxışlardan ürəklərə eşq atəşi düşürdü. Kimisi səadətini burda tapırdı, kimisi bir ömür daşıyacağı könül yarası alırdı, kimisinnin də qismətinə sevdasını ürəyinə gömmək düşürdü. Beləcə hərə öz taleyinə düşəni götürüb ömür yoluna davam edirdi.

Budur, 51 ildən sonra yollar yenə kəsişib. Amma hərənin bir umudla gəldiyi bu yollar o yollar deyil. Nə Bakı-Qafan qatarının fit səsi gəlir, nə də kəndlərdən mərkəzə gələn var. Nə dərsdən qaçıb, Dəmiryolu stansiyasına gedən var, nə də dərsdən çıxıb kəndlərə səpələnən yeniyetmələr. Nə haçalanan dağ yolları var, nə yol üstündəki sıldırım qayalar, nə də Gülxacın köhlənyoran yoxuşları. Nə Yuxarı Gödəklidə işıq yanır, nə Xələcdə tüstü çıxır, nə də Qazangöldə kef məclisi, çal-çağır var. Bu dəfə Arzuların, xəyalların qanadında bir araya gələnlərin hərəsi öz öləzimiş arzularının qanadıyla yurd həsrətini körükləyir...


68 illik ömürlərinin yarıdan çoxunu yurddan aralı, qürbətlərdə odsuz-ocaqsız, bir-birindən xəbərsiz keçirən dostlar, rəfiqələr nəhayət görüşə bildilər.
Görüşə gələnlər içərisində, Yuxarı Gödəkli kənd sakinləri Əlövsət Xalıqverdiyev, həyat yoldaşı Rəqibə İsbiyeva, Nazilə Hüseynova, Süleyman Mehdiyev, Firudin Həsənov, Xələc kəndindən Gülşən Abdullayevə, Oxtar kəndindən Gülşən Qəhrəmanova, Bəkdaş kəndindən Adilə xanım, Qaraçimən kəndindən Qızılgül Həziyeva, həyat yoldaşı Turab Hüseynov, Fəxrəddin Mirzəyev, Şünasim Qasımov var idi. Görüşü Əlövsət Xalıqverdiyev açaraq Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan igid oğullarımızın, dünyasını dəyişən müəllim və sinif yoldaşılarının xatirəsini bir dəqiqəlıik sükutla yad etməyi xahiş etdi.
Bütün şəhidlərimizə və dünyadan köçən müəllimlərimizə, şagirdlərə Allahdan rəhəmət dilədikdən sonra yaddaqalan bir gün yaşandı. Görüş gözəl təamlarla zəngin süfrə arxasında, çox maraqlı və şən ovqatla keçdi. Hər kəs öz uşaqlıq xatirələrini bölüşdü. Bu uzun ayrılıq illərində hər birinin həyatında olan acılı-şirinli günlərdən, ailələrindən, övladlarından danışdılar. Bir sözlə hər kəsin keçdiyi həyat yoluna qrup şəklində ekskurs etdilər. Yekunda son zəngdə çəkilmiş xatirə şəkili üzərində əks olunmuş böyük tord kəsildi, xatirə şəkilləri çəkildi və sinif yoldaşları bundan sonra daha tez-tez əlaqə yaradıb, ünsiyyət quracaqlarına əminliklərini bildirdilər.
Əlövsət Xalıqverdiyev 51 illik ayrılıqla bağlı keçirdiyi hissləri belə ifadə etdi:

SON ZƏNGİMİZ...
Başımız çox qarışmışdı.
Ayrılığa alışmışdıq.
Son zəngimin səsi gəldi.
Sinif yoldaşlarım görüşə gəldi.
Axtarıb bir-bir tapmışıq.
İlləri yola salmışıq.
Sizlər üçün darıxmışıq.

Nə az, nə çox 51 il.
Ayrılanda 17 yaş.
Görüşürük 70 yaşda.
Kədər, sevinc çöküb yaşa.
Alınlarda o qırışa.
İlləri yola salmışıq.
Sizin üçün darıxmışıq.

Nəzər saldım hər söhbətə.
Uzun çəkən bu həsrətə.
Oxuduğum o məktəbə.
Sizlə ötən o illərə.
Nə yaxşı ki, görüşürük.
O illərin xatirəsin
Bircə-bircə bölüşürük.
Vətənimiz Qafan olub.
Son zəngimiz orda olub.


Əlövsət XALIQVERDİYEV
19.11.2024






30-12-2024, 00:31
Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib


Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamına müvafiq olaraq dekabrın 25-də Bakı şəhəri, Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbi ilə Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbi arasında virtual körpü yaradıldı. Bu körpü dəyirmi masa şəklində təşkil olundu.



İlk öncə Azərbaycan Dövlət Himni səsləndirildi. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin tarix müəllimi Təranə Cəbiyeva XX əsrin əvvəllərində Naxçıvanda baş verən hadisələr haqqında məlumat verərək qeyd etdi ki, "Çar Rusiyası və Qacarlar dövləti arasında 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay sülh müqavilələri bağlandı. Bu müqavilələr həm Çar Rusiyası, həm də xain ermənilər tərəfindən Azərbaycanın tarixi torpaqlarının işğalına yol açdı. Azərbaycan iki yerə parçalandı, əzəli torpaqlarımızda ermənilərin yerləşdirilməsi və dövlət yaratmaları üçün şərait yarandı. Türkmənçay müqaviləsindən sonra təkcə 1830-cu ildə Naxçıvana 12.555 nəfər erməni köçürüldü.” Sonra Təranə Cəbiyeva naxçıvanlı diplomat Behbud ağa Şahtaxtinskinin Moskvada, Rusiya-Türkiyə danışıqlarında iştirak etdiyini, Naxçıvanın Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, muxtariyyət statusunun verilməsinə də təsir göstərdiyini söylədi.


IX b sinif şagirdləri Y.Cabbar və A.Abdullayeva Naxçıvan Muxtar Respublikasının 100 illik tarixini vərəqlədilər. Tarix boyu Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan torpağına xain qonşularımızın göz dikməsindən, çar Rusiyasının və Sovet imperiyasının köməyi ilə Naxçıvana qarşı düşmənlərimizin qərəzli iddialarından və 1990-cı illərdə Naxçıvanın Ermənistan tərəfindən blokadaya alındığı günlərdə Ulu Öndər Heydər Əliyevin qətiyyətlə Naxçıvanı mürəkkəb, çətin və siyasi şəraitdə xilasından danışdılar.

Qeyd olundu ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun tərkibində xidmət edən Naxçıvanın cəsur oğulları Qarabağ torpağını erməni faşistlərindən azad edilməsində qəhrəmanlıq göstərmişdilər. Şagirdlərdən M.Paşayeva, N.Abdullayeva 100 illik yubileyini qeyd etdiyimiz Naxçıvana həsr olunan şeirləri coşqu ilə söylədilər. X b sinif şagirdi S.Məmmədzadə isə "Qarabağ” mahnısını oxudu.

Görüşün növbəti hissəsində Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin tarix müəllimi Cəmşid Məmmədovun şagirdləri Naxçıvanın tarixindən söhbət açdı. Şagirdlərdən G.Xəlilova, D.İsayeva, F.İsmayılova, N.Bənənyarlı, F.Kazımova, Ü.Qafarov, N.Süleymanlı çıxış edərək, paytaxtı Naxçıvan olan Atabəylər dövləti və XI-XIII əsrlərin memarlığı, Naxçıvan xanlığı, ermənilərin törətdiyi soyqrımlar, müstəqilliyimiz, Sədərək döyüşləri haqqında geniş məlumat verdilər. Naxçıvanın 100 illik yubileyinə A.Məmmədli "Naxçıvan” şeirini, A.Məmmədli isə "Barı Naxçıvan” mahnısını ərməğan etdi.
Dəyirmi masanın sonunda Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova çıxış edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Məktəblərdə Naxçıvan ayı” lahiyəsini yüksək dəyərləndirdi. Günay Novruzova 226 nömrəli tam orta məktəbin rəhbərliyinə təşəkkür edərək, Dəyirmi masada iştirak edən şagirdlərə dərslərində uğurlar arzuladı.

Təranə Cəbiyeva Bakı şəhəri, Suraxanı rayonu
226 nömrəli tam orta məktəbin tarix müəllimi
30-12-2024, 00:25
AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ


AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ

Azərbaycanın obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin "qara qutu"ları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
CENIPA-da "qara qutu"ların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcəkdir. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi daşıyır.
Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə dair mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcək.
Məlumat üçün bildiririk ki, CENIPA təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasir avadanlıqlarla təchiz olunub və məlumatların deşifr edilməsi üçün beynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalara sahibdir.
30-12-2024, 00:10
Suriyada seçkilər nə vaxt keçiriləcək?


Suriyada seçkilər nə vaxt keçiriləcək?

Suriyada hakimiyyətə gələn “Həyat Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının lideri Əhməd əl-Şaraa rəhbərlik etdiyi təşkilatı ləğv etməyi planlaşdırır.
Bu barədə o, "Əl-Ərəbiyyə" telekanalı ilə söhbətində bildirib.
O, tezliklə qrupun ləğvi barədə məlumat verəcəyini qeyd edib.
HTŞ liderinin sözlərinə görə, Suriyada qanuni seçkilərin keçirilməsi dörd ilə qədər çəkə bilər.
Əhməd əl-Şaraa qeyd edib ki, seçkilər keçirilməzdən əvvəl ümumi siyahıyaalma aparılmalıdır. Onun sözlərinə görə, yeni konstitusiyanın hazırlanması üç ilə qədər vaxt aparacaq. Eyni zamanda Suriyanın yeni hökumətinin başçısı söz verib ki, bir il ərzində ölkə sakinləri ictimai sahədə müsbət dəyişiklikləri görməyə başlayacaqlar.
HTŞ-nin başçılıq etdiyi qruplar noyabrın sonunda Suriyaya hücuma başlayıb. İki həftə sonra onlar ölkənin paytaxtına daxil olub, hakimiyyəti ələ keçiriblər.
29-12-2024, 23:17
“Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı


“Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı

“Tam başa çatmamış araşdırmalar sübut etdi ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Lakin həmin müdaxilə bəzilərinin sadəlövhcəsinə bəhs etdiyi nə quş sürüsüdür, nə dumanlı hava şəraitidir, nə də oksigen balonun partlamasıdır. Azərbaycan təyyarəsi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub”.
Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, bu məqamlar Prezident İlham Əliyevin dekabrın 29-da Azərbaycan Televiziyasına verdiyi müsahibədə də əksini tapıb. Siyasi şərhçinin sözlərinə görə, Prezident onu da qeyd edib ki, şübhəsiz ki, bu məqsədyönlü şəkildə edilməyib: “Dövlət başçısı vurğuladı ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər və addımlar idi. Prezident bildirdi ki, əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.
F.Şahbazlı bildirib ki, təəssüf doğuran başqa bir məqam təyyarə vurulduqdan sonra ona nə Qroznıda, nə də Qroznıya yaxın digər Rusiya şəhərlərinin hava limanlarında eniş etməyə icazə verilməməsi, daha uzaq Aktauya istiqamətləndirilməsidir: “Axı dünyada beynəlxalq humanitar hüquq deyilən bir anlayış var və bütün ölkələr qeyd-şərtsiz həmin hüquqa riayət etməlidir və edirlər də. Rusiya tərəfi də bunu etməli idi. Ən azından ona görə ki, hadisə onun ərazisində baş verir. O zaman nə üçün etmədi?! Şübhəsiz ki, bu haqda çox baş sındırmağa dəyməz, çünki cavab elə sualın öz içindədir”.
Fərid Şahbazlı deyib ki, yalnız üç gün sonra dünyada bu qəza ilə bağlı bütün mülahizələrin qeyd-şərtsiz Rusiyanı işarə etdiyini və Azərbaycan dövlətinin qətiyyətli mövqeyini görən Vladimir Putin Cənab İlham Əliyevə zəng vurub, üzürxahlıq etdi: “Beləliklə, bəlkə də tarixdə ilk dəfə olaraq özünü superdövlət hesab edən Rusiya hansısa başqa bir dövlətdən rəsmi qaydada üzr istəməli oldu. Halbuki, 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskinin də olduğu təyyarə Smolensk-Severnı aerodromunda müəmmalı şəkildə qəzaya uğramışdı. Prezident və Polşanın ali dövlət strukturlarının rəhbərləri də daxil olmaqla təyyarədə olan 96 nəfərin hamısı ölmüşdü. Lakin o zaman istintaq araşdırmaları qəzanın kənar müdaxilə səbindən baş veriyini sübut etsə də, Rusiya Polşadan nə üzr istəmişdi, nə də konpensasiya ödəmişdi.
Bu mənada bəhs etdiyimiz nüans çox vacibdir və bu məqam Azərbaycanın, onun Prezidenti Cənab İlham Əliyevin sözün tam mənasında müstəqil və çox doğru daxili və xarici siyasət yeritdiyinin, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində real güc və nüfuz sahibi olduğunun əyani göstəricisi kimi çıxış edir. Cənab Prezidentin hadisə ilə bağlı tutduğu prinspial mövqe onun üçün milli maraqlarımızın “qırmızı xətt” olduğunu növbəti dəfə təsdiq etdi”.
Siyasi şərhçinin sözlərinə görə, 2024-cü ilin son günlərində baş verən bu kədərli hadisə hamımızı sarsıtsa da, bir sıra mühüm məqamları bir daha təsdiq etmiş oldu: “Bu hadisə bir daha sübut etdi ki, bizim yerdə vətənimizin hər qarışını göz bəbəyi kimi qoruyan qəhrəmanlarımızla bərabər, səmaya hökm edən, başqalarının sağ qalması naminə, sevə-sevə ölümə doğru gedən şahinlərimiz, igid oğullarımız, qızlarımız var”.
29-12-2024, 22:34
"Mançester Siti"nin növbəti qələbəsi


"Mançester Siti"nin növbəti qələbəsi

İngiltərə Premyer Liqasında XIX tura start verilib.
Son matçlarda uğursuzluqla üzləşən "Mançester Siti" səfərdə "Lester"i 2:0 hesabı ilə məğlub edib. Qolları Savinyo və Erkin Haland vurublar.
Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Mançester Siti" 5-ci pilləyə yüksəlib. "Lester" isə 14 xalla 18-yerdədir.
29-12-2024, 22:27
Əfqanıstan da Azərbaycana başsağlığı verdi


Əfqanıstan da Azərbaycana başsağlığı verdi

Əfqanıstanın Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.
Bu barədə Əfqanıstan XİN-in mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin XİN başçısının müavini Əlhac Şer Məhəmməd Stanekzai ilə görüşüb.
“İlham Məmmədov xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əlhac Şer Məhəmməd Abbas Stanekzai ilə görüşüb”, – Əfqanıstan XİN-in məlumatında qeyd olunub.
Bildirilib ki, görüşdə Stanekzai “Azərbaycan Hava Yolları”na məxsus mülki təyyarənin qəzaya uğraması bağlı başsağlığı verib və Əfqanıstanın siyasi, iqtisadi və sosial sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsinə sadiq qaldığını bildirib. “Əfqanıstan hökumətinin başsağlığına görə təşəkkürünü bildirən cənab Məmmədov bunu iki ölkə arasında həmrəylik və qardaşlıq ruhunun böyük təzahürü kimi qiymətləndirib və əlavə edib ki, Azərbaycan Əfqanıstanla siyasi əlaqələri genişləndirməkdə maraqlıdır və ölkəsinin Əfqanıstanla iqtisadi əməkdaşlığa hazır olduğunu açıqlayıb”, – mətbuat xidməti diqqətə çatdırıb.
Səfir həmçinin ikitərəfli münasibətlərin gücləndirilməsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
29-12-2024, 21:50
Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır


Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır

Dəməşqdə qısa zamanda Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlaması planlaşdırılır.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Suriya səfəri çərçivəsində bu ölkənin keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə bildirib.
Görüşdə tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!