Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
28-08-2025, 14:31
“Qarabağ”ın qələbəsi 11 klubumuza 1.5 milyon qazandıracaq


“Qarabağ”ın qələbəsi 11 klubumuza 1.5 milyon qazandıracaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasından fayda götürən təkcə Ağdam klubu özü olmayacaq.
Qitənin ali futbol qurumu ÇL-in əsas mərhələsinə düşən klubların təmsil etdiyi ölkələrin yarışda iştirak edə bilməyən digər komandalarına həmrəylik məqsədilə maddi yardım ayıracaq.
Konkret Azərbaycana gəlincə, Premyer Liqasında yarışan 12 klubdan 11-nin (“Qarabağ” istisna olmaqla) hər birinə ümumən 800 min avronun ödəniləcəyi gözlənilir. Yardım iki mərhələdə klubların hesabına köçürüləcək: əvvəlcə 550 min, daha sonra 250 min avro (bugünkü məzənnə ilə 1 milyon 579 min manat). Lakin bu məbləğ son olmaya da bilər.
Məsələsə burasındadır ki, “Qarabağ” ÇL-in əsas mərhələsində uğurlu çıxış edərsə, həmin klublar üçün mükafat bir qədər də arta bilər.
Ağdam klubunun özünə gəlincə, “Qarabağ” təkcə ÇL-in Liqa mərhələsinə düşdüyünə görə, 18 milyon 620 min avronu artıq təmin edib.
UEFA tərəfindən təsnifat mərhələsində iştiraka görə əlavə bonusların ödəniləcəyi də gözlənilir. Liqa mərhələsində isə bir qələbəyə görə 2 milyon 100 min, heç-heçə üçün isə 700 min avro mükafat nəzərdə tutulub.
28-08-2025, 14:17
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb - Paşinyan


Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın qüvvədən düşdüyünü bildirib.
Bu barədə Paşinyan jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, indi İrəvanla Bakı arasında bütün müzakirələr avqustda Vaşinqtonda imzalanmış sənədlər əsasında aparılacaq.
Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”: “9 noyabr 9 noyabrda qaldı”.
Xatırladaq ki, bundan əvvəl 2024-cü ilin mayında Nikol Paşinyan bəyan edib ki, üçtərəfli bəyanatın heç bir bəndi artıq qüvvədə deyil. Rusiya isə razılaşmanın qüvvədə olduğunu iddia edir.
28-08-2025, 13:54
Paşinyan Bayden administrasiyasını tənqid etdi


Paşinyan Bayden administrasiyasını tənqid etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Ceyms Obraynın işini tənqid edib.
Bu barədə o, mətbuat konfrasında danışıb.
Paşinyanın sözlərinə görə, məhz Obraynın dövründə Ermənistan ən həssas vəziyyətə düşüb.
"Əgər cənab Obraynın Ermənistan Respublikasının zəifliyindən danışırsa, qeyd etməliyəm ki, Ermənistan onun və onların hakimiyyəti dövründə (Bayden administrasiyası nəzərdə tutulur - red.) ən həssas vəziyyətdə olub. Mən 2021, 2022 və 2023-cü il hadisələrini xatırlamaq istərdim", - Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, o vaxtkı ABŞ administrasiyasının reaksiyası və regionda sülh prosesinə dəstək göstərməsi onu heç vaxt qane etməyib.
27-08-2025, 23:43
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ


İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında "Qarabağ" futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib. Paylaşımda deyilir:
"Azərbaycanın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!
"Qarabağ" klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!"
27-08-2025, 23:41
Amerikada bayraqlar yarıya endirildi


Amerikada bayraqlar yarıya endirildi

ABŞ Prezidentİ Donald Tramp Ağ Ev, bütün ictimai binalar daxil olmaqla ölkədəki bütün bayraqların avqustun 31-dək yarıya qədər endirilməsini əmr edib.
Bu addım avqustun 27-də Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş zorakılıq aktının qurbanlarına hörmət əlaməti olaraq atılıb. Həmçinin, əmrə əsasən ABŞ-ın xaricdəki səfirlik və konsulluqlarında və digər nümayəndəliklərin binalarında bayraqlar yarıyadək endirilib.
Qeyd edək ki, katolik məktəbinə silahlı hücum zamanı 8 və 10 yaşlı 2 şagird ölüb, 14-ü uşaq olmaqla 17 nəfər xəsarət alıb. Hadisəni törədən şəxs zərərsizləşdirilib.
27-08-2025, 22:58
Futbolçularım qəhrəmandır - Qurban Qurbanov


Futbolçularım qəhrəmandır - Qurban Qurbanov

“Hamı görürdü ki, gərginlik var idi. Bu, məsuliyyətdən irəli gələn bir şey idi”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ferentsvaroş”la matçdan sonra deyib.
“Futbolçularım qəhrəmandırlar. Onları təbrik edirəm. Neçə il idi ki, bunu istəyirdik. Allah bu gün bizə bunu nəsib etdi. İstəyirdik ki, daha yaxşı oyun göstərək. Ümumi nəticə çox sevindiricidir. İnanın ki, bu gün daha gərgin oyun oldu. İlk dəqiqələrdən bu, hiss olundu. 1:3-dən sonra hamı deyirdi ki, qalib olacağıq. Futbol göstərir ki, istənilən nəticə ola bilər” - Qurbanov deyib.
Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə görə “Ferentsvaroş”u mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
27-08-2025, 22:43
"Qarabağ"dan möhtəşəm qələbə: Klub Çempionlar Liqasına yüksəldi - YENİLƏNİB


"Qarabağ"dan möhtəşəm qələbə: Klub Çempionlar Liqasına yüksəldi - YENİLƏNİB

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən "Qarabağ" Liqa mərhələsinə yüksəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ev sahibi komandanın qollarını Leandro Andrade (25) və Abdullah Zubir (45) vurublar. Qonaqların heyətində isə Lenni Josef (14), Barnabas Varqa (55,pen) və Aleks Tot (82) diqqət mərkəzinə düşüblər.
Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan çempionu 3:1 hesabı ilə qalib gəlmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən "Ferentsvaroş"u mübarizədən kənarlaşdıran "Qarabağ" tarixində ikinci dəfə bu uğura imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə (əvvəlki adı ilə) yüksəlmişdi.

***

22:43

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda üçüncü qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb - 2:1.
45-ci dəqiqədə Abdullah Zubir diqqət mərkəzinə düşüb.

***

21:17

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda ikinci qol vurulub.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 25-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Leandro Andrade hesabı bərabərləşdirib.
Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.
Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

***

21:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda hesab açılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 12-ci dəqiqəsində rəqibin heyətində Lenni Jozef fərqlənib.
Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

***

20:44

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) matçı start götürüb.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.
27-08-2025, 22:00
Minsk Qrupu ləğv ediləcək - Proses başladı


Minsk Qrupu ləğv ediləcək - Proses başladı

ATƏT-in Minsk qrupu sentyabrın 1-də ləğv edilə bilər.
Bu barədə ATƏT-in mətbuat xidmətindən bildirilib.
Diqqətə çatdırılıb ki, 11 avqustda Ermənistan və Azərbaycan tərəfindən birgə müraciət alındıqdan sonra, ATƏT-in 2025-ci il sədri olan Finlandiya Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması üçün iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edir.
"Bunun üçün bütün 57 iştirakçı dövlətin konsensusu ilə qəbul edilən Nazirlər Şurasının qərarı tələb olunur.
25 avqustda keçirilmiş Xüsusi Daimi Şura iclasından sonra Minsk prosesinin və ona bağlı strukturların bağlanması barədə Nazirlər Şurasının qərar layihəsi iştirakçı dövlətlərə təqdim edildi və 1 sentyabra qədər sakit prosedur vasitəsilə təsdiqlənməsi üçün göndərildi. Bu prosedur heç bir iştirakçı dövlət etiraz etmədiyi halda həmin tarixdə qərarın qəbul edilməsinə imkan verir.
Katiblik bu müzakirələrin hər hansı müvafiq nəticəsini icra etməyə hazırdır”, - qeyd olunub.
27-08-2025, 20:56
Ermənistan konstitusiyasını dəyişməsə...


Ermənistan konstitusiyasını dəyişməsə...

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin - yekun sənədin imzalanması üçün iki mühüm şərt mövcuddur. Bunlardan birincisi, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı məsələ, bu, artıq razılaşdırılıb və həmin istiqamətdə ümumi mövqe formalaşdırılıb. İkinci mühüm şərt isə Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin həyata keçirilməsidir.
Bunu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında səsləndirib.
O qeyd edib ki, Konstitusiya dəyişikliyi aparılmadığı halda yekun sənədin hüquqi əsası yetərincə möhkəmlənmir. Bu dəyişikliklər həm prosesin legitimliyi, həm də gələcək münasibətlərin beynəlxalq hüquqa uyğun şəkildə tənzimlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən məsələ beynəlxalq gündəmdə diqqət mərkəzində qalmaqda davam edir və yekun sənədin imzalanma vaxtına birbaşa təsir göstərir.
27-08-2025, 20:34
Naxçıvanda yeni aparat rəhbəri təyin edildi


Naxçıvanda yeni aparat rəhbəri təyin edildi

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub.
Naxçıvan maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Hacıyev Nurlan Rauf oğlu Nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib.
N.Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində "Gömrük işinin təşkili" və "Ümumi iqtisadiyyat" ixtisasları üzrə ali təhsil alıb.
Qeyd edək ki, əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Nurlan Hacıyev sonrakı illərdə "Naxçıvanbank ASC"nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!