İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ .....                        Amerikada bayraqlar yarıya endirildi .....                        Futbolçularım qəhrəmandır - Qurban Qurbanov .....                        "Qarabağ"dan möhtəşəm qələbə: Klub Çempionlar Liqasına yüksəldi - YENİLƏNİB .....                        Minsk Qrupu ləğv ediləcək - Proses başladı .....                        Ermənistan konstitusiyasını dəyişməsə... .....                        Naxçıvanda yeni aparat rəhbəri təyin edildi .....                        ABŞ-da məktəbdə atışma: 3 ölü, 20 yaralı .....                        Bakının üç rayonunda söküntü olacaq .....                       
26-12-2024, 18:01
Rusiya Azərbaycana təzminat ödəməli olacaq


Rusiya Azərbaycana təzminat ödəməli olacaq

İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb. "Caliber.az" nəşri etibarlı hökumət mənbələrindən bu barədə məlumat əldə edib.
Bildirilir ki, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.
"Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların, həmçinin dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib.
Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır.
Məlum olduğu kimi, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəmizə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib.
HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib.
"Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Lakin bu, qeyd edək ki, bizim ehtimalımızdır", - deyə nəşrdə vurğulanıb.
Maraqlıdır, təyyarəmizi Rusiya vurubsa, onda qonşu dövlət hansı məsuliyyətləri daşıyacaq?
Beynəlxalq hüquqa gorə, hərtərəfli, genişmiqyaslı araşdırma apardıqdan sonra hava təhlükəsizliyi rəsmiləri və hüquq-mühafizə orqanları faciəyə görə məsuliyyət daşıyanları müəyyənləşdirirlər.
Başqa ölkə tərəfindən təəyyarə vurulduğu iddiasını təsdiqləyən sübutlar olmalıdır. Məsələ tam aydın olduqdan sonra həmin ölkə üzr istəməli, məsuliyyət daşıyanlar cəzalandırılmalı və təzminat ödəməlidir.
1999-cu ildə Monrealda imzalanmış Beynəlxalq Hava Nəqliyyatında Müəyyən Qaydaların Unifikasiyasına dair Konvensiyaya əsasən, həlak olanların qohumlarına bədən xəsarəti, o cümlədən ölüm, habelə baqajın zədələnməsi və itirilməsinə görə kompensasiya ödənilir. Ümumilikdə, bu cür ödənişlər hər həlak olan şəxs üçün ən azı 130 min dollar təşkil edə bilir.
Xatırladaq ki, 2020-ci ilin yanvar ayında oxşar hadisə İranla Ukrayna arasında olub. Belə ki, göyərtəsində 176 nəfər olan Boeing 737-800 təyyarəsi Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb. İran təyyarəni səhvən vurduğunu bəyan edib və günahkarların məsuliyyətə cəlb olunacağı açıqlanıb. Qeyd edilib ki, hər bir sərnişin üçün 150 min dollar təzminat ödəniləcək.
26-12-2024, 18:00
Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ


Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında futbolçu da olub.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Dünyasını dəyişən 13 yaşlı Məhəmmədəli Eqanov Bakının “Gənclik” futbol klubunda çıxış edib.
26-12-2024, 17:44
İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri


İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri

Çin Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım.
Çin Hökuməti və xalqı adından həlak olanlara görə kədərimi ifadə edir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram".
26-12-2024, 17:38
Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı


Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı

Uçuşların təhlükəsizliyi üçün Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
"Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.
Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir. Məhdudiyyətlərin səbəbi açıqlanmayıb.
26-12-2024, 16:53
Elfaq Nağıyev anıldı


24 dekabr, 2024- cü ildə Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə 44 günlük vətən müharibəsinin şəhidi Elfaq Nağıyevin ad günü münasibəti ilə anım günü keçirildi.
Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı şəhid Elfaq Nağıyevin qəhrəmanlıq yolundan danışdı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Şəhid Elfaq Nağıyeva həsr olunmuş video- çarx nümayiş olundu.
Tədbiri aparmaq üçün söz məzarsz şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıla verildi. O, tarix yazan oğulların, vətən yolunda şirin candan keçən oğulların əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unulmayacağını qeyd etdi. Sonra söz Səbael Rayon İcra Hakimiyyətinin əməkdaşı Abasağa Dərbəndliyə verildi. O, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük vətən müharibəsinin qəhrəman oğullarından olan Elfaq Nağıyevin ömür yolunun gələcək nəsillərə bir örnək olduğunu bildirdi.

Şəhid Elfaq Nağıyevin təhsil aldığı 307 saylı məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirdi.
Tədbirdə şəhid Rəşad Ələkbərovun anası Nailə xanım, şəhid Zaur İsmayılzadənin anası Sevil xanım, şəhid Əkbər Pənahovun anası Mayqa xanım, Emin İsmayılovun anası Məlahət xanım, şəhid Elfaq Nağıyevin dayısı qazi Sarvan Tağıyev, Əməkdar jurnalist Şəmsiyyə Kərimova çıxış etdilər
Bəstəkar, müğənni Yaqut Almaz, müğənni Vüsal Mingəçevirli, müğə nni Ruslan Səfərli, hərbi jurnalist Ötərxan Eltac, şairlərdən Səringül Sadə, Mətanət Ulu Şirvanlı vətənpərvərlik mövzusunda musiqilər, şeirlər səsləndirdilər.
Şəhid Elfaq Nağıyevin atası Araz Nağıyev, anası Aytəkin Nağıyeva öz çıxışlarında oğulları ilə fəxr etdiyini bildirdilər.

26-12-2024, 16:05
İlahə HƏBİB Yazır: Camaat nə deyər?!


İlahə HƏBİB Yazır: Camaat nə deyər?!

Bu camaat çox dəyərlidir bilirsiniz niyə? Çünki lazımlı yerlərdə elə müdaxilə edirlər ki, sən onlara lap sətirbəsətir anlat onların izahı qədər əhəmiyyətli olmaz. Bax bu qara camaat dünyanın hər yerini əhatə edir. Əhatəliklə də kifayət etmir birbaşa həyatımızda təzyiq və təsir buraxır, məndən soruşsan onlar qədər bizim yaxşılığımızı istəyən yoxdu. Təzyiqlərin və təsirlərin nümunəvi tərəfidir camaat nə deyər?
Dünyaya uşaq göz açır müzakirələr gedir, uşaq məktəbə gedir, baxçaya gedir, sonra ali məktəbə qəbul olur. Uşaq ali məktəbə seçim edəndə qıza müəllim, ya həkim ol deyirlər imtahandan aşağı bal yığanda canım camaat da deyir ki, nə qədər pul tökmüşdün elə bu? Bilirsən bunlar bəlkə də, mühasibat ya da bank işçiləridir, yoxsa belə dəyərli hesablamalarla niyə beyinlərini yorsunlar? Hesabatlarını aparırlar sonra karyera peşəmiz üzrə işlər görürük bu “əzizimiz camaat” da tələbəlik illərimizdən bunu etdiyimizi gördükdə biz indidən çətinlik, əziyyət görməyək yorulmayaq deyə universiteti bitir, işləyərsən, karyera qurarsan deyirlər. Necə də incə düşüncəlidirlər. Qonşuluğumuzda bir qız var, tələbədir, 18 yaşı var. Qız 550 balla Bakı Dövlət Universitetinin Fizika fakültəsində oxuyur. Qıza təlqin etdikləri, onun timsalında bir çox qıza deyilən söz və davranışları izah edəcəm.
Beləliklə, karyeramızı qurmaq yolunda cəhdlər etdiyimizdə də ortaya evlilik məsələsini gətirərək əsas bəxti gözəl olsun deyib bizə gözəl bəxt arzulayırlar. Lakin hər şeyin öz zamanı və yeri var. Mənim fikrimcə karyera qura bilmədən ailə qurmaq önəmsizdir. Bir insanın məqsədi hərəkəti və qurduğu bir iş həyatı olmalıdır. Sonra bu evlilik məsələsində qarşımıza çıxan elçilərə qızın buna getsin bunun elə imkanı var belə heç işləməyinə də ehtiyac qalmaz, amma unudurlar ki, insanlıq hər zaman ən böyük qalibiyyətdir. Hər mövzuda belədir. İçi boş, dolu stəkana bənzəyən fiqurlar çoxdur, onu həndəsəyə elm kimi gətirib bəzəyən gözəl edən camaatımızdır. Bununla da bitmir ailə həyatından sonra maddi qayğılarımızla, mənəvi ruh halımızla, həyatımızla o qədər yaxından maraqlanırlar ki, hətta bu bir ömür bəs edir. Görün bizi necə də önəmsəyirlər?!
Yekun olaraq öz qərarlarınızı seçimlərinizi, sevdiyiniz işi, uğuru camaat nə deyərə qurban verməyin!
İlahə HƏBİB,
Bakı Slavyan Universitetinin III kurs tələbəsi
26-12-2024, 00:04
Azərbaycanda sükut günüdür


Azərbaycanda sükut günüdür

Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
25-12-2024, 23:35
Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir


Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir

Təyyarə qəzasında həlak olan Bakı Avrasiya Universitetinin tələbəsi Mahmud Tutunçiyevin fotosu yayılıb.
Butov.az həmin fotonu təqdim edir:

25-12-2024, 23:16
Təyyarə qəzası ilə bağlı birgə məlumat


Təyyarə qəzası ilə bağlı birgə məlumat

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək.
Bu barədə Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə məlumatında deyilir.
Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar.
Bununla bağlı Azərbaycanın və Qazaxıstanın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.
25-12-2024, 22:48
Ərdoğan İlham Əliyevə məktub göndərdi


Ərdoğan İlham Əliyevə məktub göndərdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli Prezident, Əziz Qardaşım,
Bu gün səhər Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğradığını, qəzada həyatını itirənlərin və xəsarət alanların olduğunu böyük kədər hissi ilə öyrəndim.
Zati-alinizə və qardaş Azərbaycan xalqına, xüsusən də yaxınlarını itirənlərə xalqım və şəxsən öz adımdan başsağlığı verir, səbir diləyirəm. Uca Allahdan həyatını itirənlərə rəhmət, yaralılara tezliklə şəfa diləyirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizin və qardaş Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı bir daha bildirirəm".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!