ABŞ Çini təhdid etdi .....                        Laçına qovuşduğumuz gün... .....                        Mehriban Əliyevanın doğum günüdür .....                        Qəzzada döyüşlər dayanır? - Tramp tarix açıqladı .....                        Rusiya İsrailə İran əleyhinə məlumat ötürüb - ŞOK İDDİA .....                        Ərdoğandan Zəngəzurla bağlı mühüm mesaj .....                        Buna çox əsəbiləşirəm - Tramp .....                        Ötən həftə 7000-dən çox əsgər ölüb - TRAMP .....                        2 ay əvvəl kanalda batan şəxsin meyiti tapıldı .....                       
8-12-2024, 14:27
Suriyalılar artıq ölkələrinə qayıda bilər - Hakan Fidan


Suriyalılar artıq ölkələrinə qayıda bilər - Hakan Fidan

Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir.
H.Fidanın sözlərinə görə, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər.
Nazir onu da bildirib ki, Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq: "İŞİD və PKK-nın mövcud vəziyyətdən sui- istifadə etməməsi üçün çox diqqətli olmalıyıq. Amerikalı dostlarımızla təmasları davam etdiririk. Suriya dövlət qurumları qorunmalı və müxalif güclər dərhal birləşməlidir".
H.Fidan həmçinin bütün aktorları diqqətli və sakit hərəkət etməyə çağırıb: "Bölgədə sabitsizliyi daha çox davam etdirməmək lazımdır".
8-12-2024, 13:55
Bəşər Əsəd təyyarə qəzasında öldü - ŞOK İDDİA


Bəşər Əsəd təyyarə qəzasında öldü - ŞOK İDDİA

Suriya Prezidenti Bəşər Əsədin təyyarə qəzasında həlak olması ehtimalı yüksəkdir.
Bu barədə “Reuters” agentliyi respublikadakı iki mənbəyə istinadən məlumat verib.
Eyni zamanda, agentlik təyyarə ekipajının ötürücünü söndürə biləcəyini və bunun nəticəsində təyyarənin radarlardan itə biləcəyini istisna etmir.
“O, radarlardan itdi, ola bilsin ki, transponder söndürülüb, lakin məncə təyyarənin vurulması daha çox ehtimal olunur”, – mənbələrdən biri bildirib.
Qeyd olunub ki, Əsədin, güman ki, Dəməşqdən uçduğu İl-76 təyyarəsi (qeydiyyat nömrəsi YK-ATA) əvvəlcə İraq sərhədinə doğru istiqamət alıb, sonra şimal-şərqə, hökumətə sadiq ələvilərin yaşadığı və Rusiya hərbi bazalarının yerləşdiyi Suriyanın Aralıq dənizi sahillərinə doğru dönüb, daha sonra əks istiqamətə kəskin dönüş edərək üsyançıların nəzarətində olan Hümsün yaxınlığında radarlardan itib.
Uçuşun təyinat məntəqəsi göstərilməyib. “FlightRadar” uçuşları izləmə xidmətinin məlumatlarına görə, radarlardan itməzdən iki dəqiqə əvvəl təyyarənin uçuş hündürlüyü və sürəti tədricən 2,6 km və 64 km/saata qədər azalıb.
“FlightGlobal”ın məlumatına görə, təyyarənin son yerləşdiyi yerin yaxınlığında Əl-Kusayrdakı Suriya HHQ-nin aviabazası yerləşir. Bu ərazi hazırda üsyançıların nəzarətindədir, aviabazanın statusu məlum deyil.
8-12-2024, 13:46
Tükiyə və ABŞ rəsmiləri Suriyadakı durumu müzakirə ediblər


Tükiyə və ABŞ rəsmiləri Suriyadakı durumu müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər amerikalı həmkarı (Pentaqon rəhbəri) Lloyld Ostinlə telefonla danışıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Suriyadakı son durumu müzakirə ediblər.
Onlar həmçinin regional və beynəlxalq müdafiə və təhlükəsizlik məsələləri barədə də fikir mübadiləsi aparıblar.
8-12-2024, 13:34
Əsəd qaçıb, Rusiya Suriyaya marağını itirib - Tramp


Əsəd qaçıb, Rusiya Suriyaya marağını itirib - Tramp

Rusiyanın Ukraynadakı ağır itkiləri onun Suriyaya marağını itirməsinə yol açıb.
Bu barədə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp sahibi olduğu “Truth Social”da yazıb.
Siyasətçinin fikrincə, Suriya Prezidenti Bəşər Əsəd ölkədən qaçıb. Trampa görə, əvvəllər Əsədi dəstəkləyən Rusiya onun müdafiəsinə marağını itirib: “[Rusiya Prezidenti] Vladimir Putin tərəfindən idarə olunan Rusiya artıq Əsədi müdafiə etməkdə maraqlı deyil. Onların əvvəldən Suriyada olmağa heç bir səbəbi yox idi. İndi onlar Ukraynada müharibə səbəbindən maraqlarını tamamilə itiriblər, burada təxminən 600 min Rusiya əsgəri yaralanıb və ya həlak olub”.
Tramp həmçinin qeyd edib ki, Rusiya və İran zəifləmiş vəziyyətdədir. Onun sözlərinə görə, Rusiya Ukraynada müharibə səbəbindən, İran isə İsrailin döyüş əməliyyatlarındakı uğurları səbəbindən zəifləyib. Tramp iddia edir ki, 400 min əsgərini itirmiş Ukrayna danışıqlara hazırdır və münaqişənin dayandırılmasına can atır. Tramp dərhal atəşkəs və danışıqların başlanmasına çağırıb:
“Həddindən artıq çox həyat əbəs yerə itirilib, həddindən artıq çox ailə dağılıb. Əgər bu davam edərsə, nəticələr daha pis ola bilər”.
“Vladimiri yaxşı tanıyıram. İndi hərəkət zamanıdır. Çin də kömək edə bilər. Dünya gözləyir!”, – o vurğulayıb.
8-12-2024, 13:14
Dəməşqdəki İran səfirliyi qarət edildi


Dəməşqdəki İran səfirliyi qarət edildi

Dəməşqdə İran səfirliyi qarət edilib.
İnsanlar pəncərələri sındıraraq səfirlikdən bəzi əşyalar götürüblər.
Qeyd edək ki, İran hakimiyyətdən devrilən prezident Bəşər Əsədin müttəfiqidir.
8-12-2024, 12:57
Azər Qasımlı saxlanıldı


Azər Qasımlı saxlanıldı

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd olunub ki, o, yenidən araşdırmaya çağırılıb.
8-12-2024, 12:29
Sabahın havası


Sabahın havası

Dekabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
8-12-2024, 11:47
Suriya hökuməti silahlılardan təhlükəsizlik zəmanəti aldı


Suriya hökuməti silahlılardan təhlükəsizlik zəmanəti aldı

Suriya hökuməti silahlılardan təhlükəsizlik zəmanəti alıb.
Bu barədə Suriyanın rabitə naziri məlumat verib.


8-12-2024, 11:19
Xarici deputatların Qarabağa səfəri başladı


Xarici deputatların Qarabağa səfəri başladı

Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçılarının Qarabağa səfəri başlayıb.
Nümayəndə heyəti təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəlib.
Regionun qonaqlara tanıdılması Füzuli aeroportundan başlanıb. Burada qonaqlara hava limanı ərazisinin minalardan təmizlənməsi və qısa müddətdə yaradılmış şərait barədə ətraflı məlumat verilib. Qonaqlar Füzuli rayonuna səfərləri çərçivəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.
Füzuli ilə tanışlıqdan sonra nümayəndə heyəti Şuşa, Xankəndi və Xocalıya səfər edəcək.
8-12-2024, 11:08
Əsədin harada olduğu bilinmir


Əsədin harada olduğu bilinmir

“Hökumət Suriya silahlılarının liderləri ilə danışıqlar aparır”.
Bu barədə Suriyanın baş naziri "Əl-Ərəbiyyə" televiziyasına deyib.
O bildirib ki, Əsədlə sonuncu əlaqə dekabrın 7-də axşam olub.
Suriyalı nazirlərin əksəriyyəti Dəməşqdə qalır. Suriya hökuməti Əsədin harada olduğunu bilmir.
Baş nazir bildirib ki, Suriya hökuməti Əsədin rəhbərlik etdiyi təhlükəsizlik xidmətləri ilə bağlı deyil.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!