Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz! .....                        “Qarabağ” “Sumqayıt”a uduzdu .....                        Ağdərədə yanğın söndürüldü - VİDEO .....                        Şahin Mustafayev Rusiyada nələrdən danışdı? .....                        Güləşçimiz erməni rəqibini məğlub etdi: dünya çempionu oldu .....                        Füzuli və Arxadağ qardaşlaşdı .....                        Xarici agent elan edilən Markovdan AÇIQLAMA .....                        Liderlərin birgə bəyanatı - TAM MƏTN .....                        Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ .....                       
12-11-2024, 16:46
Britaniyanın Baş naziri Bakıdan mesaj verdi


Britaniyanın Baş naziri Bakıdan mesaj verdi

COP29-dayam, çünki Britaniya hökuməti dünyanın iqlim böhranında kritik bir nöqtədə dayandığını qəbul edir.
Bu sözləri COP29-da iştirak edən Britaniyanın Baş naziri Kir Starmer keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Böyük Britaniya 2035-ci ilə qədər emissiyaları 81 faiz azaltmağı hədəfləyir. O, iqlim böhranına qarşı mübarizənin milli təhlükəsizlik üçün əhəmiyyətini vurğulayıb. Baş nazir deyib ki, iqlim təhlükəsizliyi olmadan milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik və qlobal təhlükəsizlik mümkün deyil.
“Buna görə də biz bu COP-da bütün tərəfləri yenidən öz iddialı hədəflərini irəli sürməyə çağırmaq fürsətini dəyərləndirdik”,- deyə Kir Starmer qeyd edib.
Kir Starmer deyib ki, iqlim tədbirləri investisiya, daha yaxşı iş yerləri və gələcəyin texnologiyasını inkişaf etdirmək üçün bir fürsətdir. Baş nazir əlavə edib ki, bu, gələcək onilliklər ərzində bütün xalqların rifahını təmin etmək imkanıdır. O deyib ki, bunlar Böyük Britaniya hökumətinin maraqlandığı məsələlərdir.
12-11-2024, 16:43
Putin hərəkətə keçdi: Tramp and içənə qədər...


Putin hərəkətə keçdi: Tramp and içənə qədər...

Rusiya prezidenti Vladimir Putin yanvarın 20-də Donald Trampın andiçmə mərasiminə qədər Ukrayna hərbçiləri tərəfindən ələ keçirilən Kursk vilayətindəki əraziləri geri qaytarmaq istəyir.
Bu barədə “The Telegraph” qəzeti Britaniya hərbi kəşfiyyatına istinadən yazıb.
Bildirilir ki, Rusiyanın yaxın günlərdə Ukrayna mövqelərinə pilotsuz uçuş aparatları (PUA) ilə kamikadze hücumlarının sayını artıracağı ehtimal edilir.
Qəzetin məlumatına görə, Putin bu məqsədlər üçün 50 min nəfərə qədər hərbçi yerləşdirməyi tapşırıb.
12-11-2024, 16:15
COP29 çox yüksək səviyyədə təşkil edilib - Kobaxidze


COP29 çox yüksək səviyyədə təşkil edilib - Kobaxidze

Bakıda olmaqdan və COP29 tədbirində iştirak etməkdən xüsusi məmnunluq duyuram.
Bu barədə AZƏRTAC-a müsahibəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze COP29-da Mavi Zonada Gürcüstanın sərgi pavilyonunda deyib.
“Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı çox möhtəşəm idi. Ümumiyyətlə, COP29 konfransı çox yüksək səviyyədə təşkil edilib. Tədbiri möhtəşəm təşkil etdiklərinə görə bütün təşkilatçılara minnətdarlığımı bildirirəm", - deyə İrakli Kobaxidze əlavə edib.
12-11-2024, 16:01
Türkiyə COP31-ə ev sahibliyi etmək istəyir


Türkiyə COP31-ə ev sahibliyi etmək istəyir

Türkiyə COP31-ə ev sahibliyi üçün müraciət edib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çıxışı zamanı deyib.
O, bu namizədliyə dəstək verən ölkələrə təşəkkür edib, digər ölkələrin də dəstəyini gözlədiyini vurğulayıb.
12-11-2024, 15:47
İlham Əliyev Ərdoğanla görüşdü - FOTO


İlham Əliyev Ərdoğanla görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına COP29-un uğurla keçirilməsi ilə bağlı təbriklərini çatdırdı və Azərbaycanın qısa müddət ərzində belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini bildirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, COP29 tədbirinin keçirildiyi məkan 8 aylıq bir dövr ərzində hazırlanıb və burada yüksək ətraf mühit standartlarına və davamlılıq prinsiplərinə riayət olunub.
Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış edib. Türkiyə Prezidenti tədbir çərçivəsində təşkil olunan mədəni təqdimatın da nəfis qaydada hazırlandığını dedi.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.


12-11-2024, 15:15
Prezidentin ailəsi COP29-da - FOTO


Prezidentin ailəsi COP29-da - FOTO

Bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Tədbirdə Prezident İlham Əliyevin ailə üzvləri də iştirak edib.
Leyla Əliyeva instaqram hesabında paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:


12-11-2024, 14:24
Bakıda qapalı görüş keçirdilər


Bakıda qapalı görüş keçirdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb.
Görüş Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində baş tutub.
Görüş mətbuata qapalı keçirilib. Rəsmi açıqlamaya görə, liderlər arasında görüş zamanı Türkiyə-İngiltərə ikitərəfli əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan Starmerə Türkiyə ilə İngiltərə arasında əlaqələrin yaxşılaşdırılması və ticarət həcminin artırılması üçün səylərin davam etdiriləcəyini bildirib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, kommunikasiyalar üzrə direktor Fahrettin Altun və bəzi Türkiyə və İngiltərə rəsmiləri iştirak edib.
12-11-2024, 14:20
İlham Əliyev FIFA-nın prezidenti ilə görüşdü


İlham Əliyev FIFA-nın prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.
Əvvəlcə FIFA-nın prezidenti xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canni İnfantinoya təşəkkürünü bildirib.
Qonaq da öz növbəsində, COP29-a dəvətə və bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə dövlət başçısına minnətdarlığını ifadə edib.
Söhbət zamanı Azərbaycanda idmanın bütün növləri kimi, futbola da göstərilən dövlət qayğısı qeyd olundu, Canni İnfantinonun ölkəmizdə futbolun inkişafına verdiyi dəstəyə görə minnətdarlıq bildirilib.
Görüşdə Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub. Azərbaycanda FIFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə edilib.




12-11-2024, 13:57
Hələ razılaşdırılası vacib olan maddələr var - Ceyhun Bayramov


Hələ razılaşdırılası vacib olan maddələr var - Ceyhun Bayramov

Ermənistanla sülh sazişi layihəsinin əsas maddələri razılaşdırılıb.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
"Mən indi rəqəmlər səsləndirmək istəmirəm, ancaq hələ razılaşdırılası vacib olan maddələr var", - nazir qeyd edib.
12-11-2024, 13:37
Prezidentdən ittihamlara cavab: Onlara qazımız lazım idi


Prezidentdən ittihamlara cavab: Onlara qazımız lazım idi

Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb. Dövlət başçısı qeyd edib:
“İki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının Prezidenti iki il əvvəl Bakıya gəlib bu sənədi bizimlə imzaladı. Çünki onlara bizim qazımız lazım idi”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!