Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz! .....                        “Qarabağ” “Sumqayıt”a uduzdu .....                        Ağdərədə yanğın söndürüldü - VİDEO .....                        Şahin Mustafayev Rusiyada nələrdən danışdı? .....                        Güləşçimiz erməni rəqibini məğlub etdi: dünya çempionu oldu .....                        Füzuli və Arxadağ qardaşlaşdı .....                        Xarici agent elan edilən Markovdan AÇIQLAMA .....                        Liderlərin birgə bəyanatı - TAM MƏTN .....                        Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ .....                       
11-11-2024, 17:28
COP29-da Türkiyə pavilyonunun açılışı olub


COP29-da Türkiyə pavilyonunun açılışı olub

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurumun iştirakı ilə COP29-da Türkiyə pavilyonunun açılış mərasimi keçirilib.
Açılış mərasimində Murat Kurum COP29 Azərbaycanda keçirildiyi üçün Türkiyənin burada “bir millət, iki dövlət” prinsipi ilə daha fəal iştirak etdiyini deyib.
“Bundan əlavə, biz bu dəfə iqlim dəyişikliyi ilə bağlı maliyyə mexanizmlərini də müzakirə edəcəyik”, - deyə nazir Murat Kurum bildirib.
Daha sonra nazir pavilyon ilə yaxından tanış olub.
11-11-2024, 17:17
Ermənistan COP29-a dəvət edilib, gəlib-gəlməmək onların öz qərarıdır


Ermənistan COP29-a dəvət edilib, gəlib-gəlməmək onların öz qərarıdır

Son bir ildə Ermənistanla Azərbaycan arasında fəal danışıqlar nəticəsində ciddi irəliləyişlər, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlər var.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev COP29-da iştirak etmək üçün Bakıya gələn Belçikanın Baş naziri Aleksandr De Kro ilə görüşdə deyib.
Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.
11-11-2024, 17:05
Belçika Baş naziri Bakı limanında - FOTO


Belçika Baş naziri Bakı limanında - FOTO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Belçika Krallığının Baş naziri Aleksandr De Kronun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 11-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin də iştirak etdiyi görüşdə karbon emissiyasının sıfra endirilməsi, dənizçilik sektorunda iqlimə zərər vuran təsirlərin minimallaşdırılması və limanın dayanıqlı inkişaf həlləri barədə müzakirələr aparılıb.
Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun, həmçinin dəniz xidmətləri və dibdərinləşdirmə sahəsində təcrübəli şirkət olan “Jan De Nul”un rəhbər şəxslərinin də iştirak etdiyi görüşdə Belçika limanları ilə Bakı Limanı arasında növbəti əməkdaşlıq və təcrübə mübadilə imkanlarının artırılması kimi qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Sonda isə qonaqlar liman terminalları və buradakı texnoloji yeniliklərə uyğun iş prosesi ilə tanış olublar.
Qeyd edək ki, hazırda Bakı Limanının Belçikanın Antverp Limanı ilə əməkdaşlığı mövcuddur.








11-11-2024, 16:59
Ermənistanla danışıqlarda ciddi irəliləyişlər var - İlham Əliyev


Ermənistanla danışıqlarda ciddi irəliləyişlər var - İlham Əliyev

Son bir ildə fəal danışıqlar nəticəsində ciddi irəliləyişlər, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlər var.
Bunu Prezident İlham Əliyev noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşdə deyib.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.
11-11-2024, 16:47
İlham Əliyev Serbiya Prezidenti ilə görüşdü


İlham Əliyev Serbiya Prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluq ifadə olundu, yüksək səviyyəli qarışlılıqlı səfərlərdə intensivlik qeyd edildi. Beynəlxalq təşkilatlarda əməkdaşlıq, həmçinin, sənaye, infrastruktur, sərmayələr, bərpaolunan enerji sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Azərbaycana qarşı koordinasiya olunmuş media hücumlarının təşkil edildiyini vurğuladı.
Dövlətimizin başçısı Serbiyada dəmiryolu vağzalında stansiya binasında baş vermiş qəzada insanların həlak olması ilə bağlı başsağlığını çatdırdı.
Serbiya Prezidenti başsağlığına görə minnətdarlığını bildirdi.
11-11-2024, 16:32
“Molla Nəsrədin”çilər haqqında yeni tədqiqat

“Molla Nəsrədin”çilər haqqında yeni tədqiqat

Mollanəsrəddinçilər mətbuat və ədəbiyyat tariximizdə həmişəyaşar sənət və sənətkarlıq məktəbi yaratdılar. Ona görə də bu məktəbə dünən də, bu gün də, sabah da ehtiyacımız var.
Qarşımda “Molla Nəsrəddin” ədəbi məktəbinin araşdırılmasında və elmi ictimayyətin diqqətinə catdırılmasında mühüm xidmətləri olan “elmi-publisistik təfəkkürə, üslub tərzinə malik istedadlı, ləyaqətli düşüncə sahibi”, filologiya elmləri doktoru, professor, pedaqoq Allahverdi Məmmədlinin “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyası var.
Monoqrafiyanı oxuyarkən yazıçı Anarın “Əbədi Mirzə Cəlil” başlıqlı məqaləsindən son sözlərini xatırladım. “Əbədi Mirzə Cəlil bütün zamanların övladıdır, hər yeni nəslin yol yoldaşıdır. Və bizdən sonra gələn nəsillər onu təzədən kəşf edəcək, öz yaşıdları, çağdaşları kimi tanıyacaq...”. Dahiyanə bir fikir.
Əvvala Mirzə Cəlil yaradıcılığ, savadı, vətənpərvərliyi, əyilməzliyi, düzlüyü ilə həqiqətən əbədiyaşar oldu. Elə ona görə də bütün zamanlar da, yaradıcılığına, sözünə, amalına, əməlinə ehtiyac duyduğumuz bir əhli-qələm sahibi kimi, yaddaşlara əbədi həkk edildi.
Yeri gəlmişkən onu da qeyd edək ki, bu böyük şəxsiyyətdən yazmaq üçün, onun qədər yüksək qələmə, sözə, vətənpərvərliyə sahib olmaq lazımdır. Görkəmli “Molla Nəsrəddin” ədəbi məktəbinin tədqiqatçısı Allahverdi Məmmədli də bu yüksək keyfiyyətlərə malik bir alimdir. Onun elmi yaradıcılığı demək olar ki, bütövlüklə bu ədəbi məktəbin tarixinə, fəaliyyətinə, ideyalarına, onun yazarlarının həyat və yaradıcılığının tədqiqinə (xüsusən də Mirzə Cəlilin) həsr edilib.

“Molla Nəsrəddin” ədəbi məktəbinin fəaliyyəti Allahverdi müəllimin uzun illərdi diqqətini cəlb edib və bu istəyin, marağın sayəsində alimin onlara həsr etdiyi çox dəyərli, sanballı, məzmunlu elmi əsərləri, monoqrafiyaları, dərs vəsaitləri ərsəyə gəlib.
“Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” (2003), “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq ideyalarının bədii təcəssümü (ərəb əlifbası ilə)” (2005), “Molla Nəsrəddin” ədəbi məktəbində milli varlıq problemləri” (2012), “Molla Nəsrəddin” ədəbi məktəbində azərbaycançılıq” (2017), “Molla-Nəsrəddinçilik və milli ideya” (2018), “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” (2024) adlı əsərləri mollanəsrəddinçilərin yalnız Azərbaycan mətbuatı və ədəbiyyatı tarixində deyil, həm də ictimai fikir tarixində çox böyük rol oynadığını bir daha sübut edir.
Müəllif yenicə işıq üzü görən “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyasında çox böyük ustalıqla bu ədəbi məktəbin formalaşdırdığı azərbaycançılıq təliminin xüsusiyyətlərini açır və elmi təhlilə cəlb edir. Odur ki, filologiya elmləri doktoru, professor Vüqar Əliyev haqlı olaraq bu monoqrafiyanın çapını alqışlayır və onun nəşrinin “mətbuat tariximizin maraqlı bir faktına” çevrilə biləcəyini vurğulayır. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd isə həmin əsəri müəllifin “çoxillik elmi-tədqiqat işinin, gərgin axtarışlarının uğurlu nəticəsi” kimi yüksək dəyərləndirir.
Allahverdi müəllim bu monoqrafiyasında ən əsas məsələni; azərbaycançılıq ideologiyasının əhəmiyyətini, mahiyyətini açıqlamaqla yanaşı onu əsas hədəfin önünə çəkərək vurğulayır ki, “Ölkəmizdə azərbaycançılıq rəsmi dövlət ideologiyasıdır”. O, bütün əsər boyu bu prinsipə sadiq qalaraq Azərbaycanın maraqlarının hər şeydən üstün tutulmasını təbliğ edir. Məhz buna görə əsər bugün də, sabah da və hər zaman aktualdır.
Nə qədər Azərbaycan xalqı, dövlətçiliyi var azərbaycançılıq da var. Onu qorumaq, yaşatmaq, gələcək nəsillərə ərməğan etmək isə bizim bocumuzdur. Bununla mollanəsrəddinçilərin hələ yüz il bundan əvvəl irəli sürdüyü bu ideya öz aktuallığını, əhəmiyyətini bir daha sübut etdi. Bu ideya müstəqilliyimizin, dövlətçiliyimizin, milli-mənəvi dəyərlərimizin daha da zənginləşməsinə, əbədiyaşara çevrilməsinə xidmət edir. Nə qədər böyük, möhtəşəm, ülvü, müqəddəs bir ideya...
“Azərbaycan dilinin saflığını, gözəlliyini, zənginliyini, qüdrətini özündə yaşadan və gələcək nəsillərə ötürən bu böyük xəzinədə” yalnız ümummilli məsələlər deyil, həm də bəşəri ideyalar var. Çünki burada “hər bir fərdə böyük azadlığın və hüququn verilməsi müşayət olunur”.
Müəllif yenidən bu mövzuya müraciət etməsinin səbəbini belə açıqlayır ki, “əsas məqsəd bu ədəbi məktəb haqqında yeni elmi-nəzəri fikirlər ortaya qoymaq, “Molla Nəsrəddin” ədəbi məktəbi nümayəndələrinin yaradıcılığında azərbaycançılıq ideyalarının bədii əksini araşdırıb üzə çıxarmaqdır”. Odur ki, əsərdə azərbaycançılığın elmi-məntiqi, ədəbi-ictimai mahiyyəti araşdırmanın məğzini təşkil edir və müəllif bu prinsiplərə çox gözəl əməl edib.
Milli xarakter kəsb edən və fundamental ideoloji təfəkkür modelini əks etdirən azərbaycançılıq bu gün gənc nəsilin şüurunda, qəlbində, ürəyində, zehnində o qədər möhkəm kök salmalıdır ki, heç bir qüvvə onu oradan çıxara bilməsin. Budur Vətənçilik, dövlətçilik, Azərbaycançılıq...
“Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyanı oxuduqca bir daha əmin olursan ki, mollanəsrəddinçilər ona görə həmişəyaşar statusunu qazanıblar ki, çox böyük zəngin və maraqlı ədəbi-mədəni irsə malik olublar. Bu ədəbi-mədəni xəzininin xalqa catdırılmasında istedadı, bacarığı, zəhmətkeşliyi və ən əsası intelektual səviyyəsi ilə secilən Allahverdi Məmmədlinin öz payı, öz əməyi var. O, yazır ki, “Mollanəsrəddinçiliyin ideya əsasında azərbaycançılıq məsləki dayanır”. Elə Allahverdi müəllimin də məsləyində, amalında daima Vətəninə, dövlətinə, bayrağına və ən əsası insanlığa qarşı əzəmətli sevgi dayanır. Ona görə hər sözün də belə böyük azərbaycançılığı, Vətənçiliyi, dövlətçiliyi əks etdirən əsərlərin müəllifidir.
Əsərin sonunda müəllif bir daha vurğulayır ki, “Molla Nəsrəddin” ədəbi məktəbini doğuran ən başlıca səbəb azərbaycançılıq amalını ədəbi-bədii sözdə gerçəkləşdirmək, bunu xalqın, millətin idealına çevirmək olub”. Mollanəsrədinçilər də həmin ideyanın daşıyıcısı kimi öz yaradıcılıqlarında bir nümunəyə çevrildilər və 20-ci yüzilliyin əvvəllərində milli strategiyanın müəyyənləşməsində əsas rolu oynadılar.
Bildiyimiz kimi, “Molla Nəsrəddin” ədəbi məktəbinin tədqiqinə sovet dövründə kommunist ideologiyasının prinsiplərinə uyğun yanaşıldığı üçün bu sahədə bir sıra təhriflərə də yol verilib. Bunu Allahverdi müəllim də öz əsərində bir necə dəfə vurğulayır. Buna görə “Molla Nəsrəddin” ədəbi məktəbi, xüsusən də sovet dövrü fəaliyyəti yenidən, obyektiv və milli maraqlara uyğun tədqiqata cəlb edilməli idi. Allahverdi müəllim də bu yanlışlıqları aradan qaldırmaq üçün yenidən çox zəngin və maraqlı olan irsə müraciət edib və belə bir dəyərli əsəri ortalığa qoyub. Təqdirəlayiqdir ki, müəllif dəfələrlə müraciət etdiyi bu mövzuda yenə də maraqlı, diqqətçəkən mülahizələr, fikirlər söyləyə bilib. Çünki mövzuya tarixiliklə müasirliyin vəhdətində yanaşıb, mollanəsrəddinçilərə olan rəğbətini qəlbinin hökmü ilə ifadə edib və onların sənətini layiq olduğu mərtəbəyə yüksəldib. Bu müqəddəs yolda müəllifə daha böyük naliyyətlər arzu edirik.

Sevil Həsənova,
BDU-nun professoru,
Multimedia və elektron kommunikasiya kafedrası
11-11-2024, 16:21
İlham Əliyev Slovakiya Prezidenti ilə görüşüb


İlham Əliyev Slovakiya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Qonaq Azərbaycanın, o cümlədən Bakı şəhərinin inkişafını məmnunluqla qeyd etdi.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirildi, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı qeyd olundu. Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulandı.
Prezident İham Əliyev Qarabağda Slovakiya tərəfindən quruculuq layihəsinin həyata keçirildiyini məmnunluqla qeyd etdi.
Gələn ildən Azərbaycanda NATO əlaqələndirici səfirlik funksiyasını Slovakiya səfirliyinin həyata keçirəcəyi bildirildi.
Slovakiya Prezidenti dövlətimizin başçısını ölkəsinə səfərə dəvət etdi. Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul etdi.

11-11-2024, 16:14
Ermənistan-Azərbaycan danışıqlarında vacib istiqamətlər üzrə gündəlik formalaşıb


Ermənistan-Azərbaycan danışıqlarında vacib istiqamətlər üzrə gündəlik formalaşıb

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunu yüksək qiymətləndirib.
Bu barədə Prezident İlham Əliyev noyabrın 11-də Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli qəbul edərkən bildirilib.
Şarl Mişel Bakıda bu gün start götürən COP29-da iştirak etmək üçün Azərbaycana gəlib.
Dövlət başçısı vurğulayıb ki, məhz Şarl Mişelin vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.
11-11-2024, 16:04
Konqonun Prezidenti Azərbaycana gəlib


Konqonun Prezidenti Azərbaycana gəlib

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
11-11-2024, 15:58
İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb - FOTO


İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Prezident İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzuladı. Bu seçkilərin nəticələrinin gürcü xalqının iradəsini əks etdirdiyini vurğuladı.
İrakli Kobaxidze təbriklərə görə təşəkkürünü bildirdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq əlaqələrinin olduğu vurğulandı, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızın müsbət nəticələri qeyd edildi.
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət etdi.
İrakli Kobaxidze də öz növbəsində dövlətimizin başçısını Gürcüstana səfərə dəvət etdi.
Həm Azərbaycan Prezidenti, həm də Gürcüstanın Baş naziri qarşılıqlı minnətdarlıqlarını bildirərək, dəvətləri məmnunluqla qəbul etdilər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!