Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
24-02-2025, 14:33
Həqiqi hərbi xidmətə və mülki işə qəbul imtahanının vaxtı AÇIQLANDI


Həqiqi hərbi xidmətə və mülki işə qəbul imtahanının vaxtı AÇIQLANDI

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbul üzrə test imtahanı 2025-ci il 7 mart tarixində DİM tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küç., 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda kompüter vasitəsilə elektron formada keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə və mülki işə qəbul qaydaları”na əsasən həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən vətəndaşlar SHXÇDX-də fəaliyyət göstərən “Müsahibə komissiyası”nın müsbət rəyindən, fiziki hazırlıq səviyyəsi (qadınlar istisna olmaqla), sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı müəyyənləşdirildikdən, mülki işə qəbul olunmaq istəyən vətəndaşlar isə “Müsahibə komissiyası”nın müsbət rəyindən sonra test imtahanında iştirak etməsi üçün adları Dövlət İmtahan Mərkəzinə təqdim olunur.
Qeydiyyatdan keçən vətəndaşlar test imtahanında iştirak etmək üçün DİM-in internet saytında (//ekabinet.dim.gov.az) “Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”). Şəxsi kabinetin yaradılması zamanı pul hesabı açılır. Vətəndaşın imtahanda iştirak etməsi üçün ödənişin məbləği 118 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra test imtahanında iştirak etmək üçün 24 fevral – 2 mart 2025-ci il tarixlərində DİM-in internet saytında “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbulla əlaqədar test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” elektron xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat zamanı vətəndaş haqqında ümumi məlumatlar (soyad, ad, ata adı, təvəllüd) "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və vətəndaşın ali təhsili haqqında məlumatları "Tələbə-məzun" (MyGov.az) dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə də öyrənə bilərlər.
Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidirlər.
Test imtahanı 2025-ci il 7 mart tarixində DİM tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küç., 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda kompüter vasitəsilə elektron formada keçiriləcəkdir. İmtahanın başlama vaxtı saat 1100-dır. İmtahanda iştirak etmək üçün namizədlər “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı 3 mart 2025-ci il tarixindən etibarən DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.
Namizəd imtahan keçirilən korpusa imtahana “İmtahana buraxılış vərəqəsi”ndə qeyd edilən vaxtda gəlməlidir. İmtahana gələrkən namizəd şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni hökmən özü ilə gətirməlidir. Bu sənədlərdən hər hansı biri olmadıqda və ya imtahanın başlamasına 15 dəqiqə qalmışdan gec gəldikdə namizəd imtahana buraxılmır.
Test imtahan mərhələsində namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 10, informatika üzrə 20, Azərbaycan Respublikasının tarixi və coğrafiyası üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə 15 olmaqla, ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahanın müddəti 3 saatdır. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanın sonunda hər bir namizədə kompüterin ekranında imtahanın nəticəsi barədə məlumat-arayış təqdim olunur. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir. Test imtahanında müvəffəqiyyət qazanmaq üçün həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlər ən azı 60, mülki işə qəbul olmaq istəyənlər isə ən azı 50 bal toplamalıdırlar. Test imtahanında iştirak edən namizədlərin imtahan nəticələri və SHXÇDX-də vakant vəzifələr nəzərə alınmaqla müsabiqə komissiyasının qərarı əsasında müəyyən edilmiş keçid balı aşağı salına bilər.
İmtahanın nəticələri ilə bağlı namizədlər DİM-də fəaliyyət göstərəcək Apellyasiya komissiyasına 11 – 12 mart tarixlərində saat 1400-dan 1700-a qədər müraciət edə bilərlər.
24-02-2025, 14:27
Ombudsman 2024-cü il üzrə məruzəsini təqdim etdi


Ombudsman 2024-cü il üzrə məruzəsini təqdim etdi

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2024-cü il üzrə məruzəsi hazırlanıb.
Cari il bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.
İllik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.
Ombudsmanın ötən il üzrə məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada fevralın 24-də Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib və müvafiq dövlət qurumlarına göndərilib.
2024-cü il üzrə məruzədə İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.
Məruzə Milli Məclisdə dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mətbuat orqanlarında dərc ediləcək.
24-02-2025, 14:20
Hərbi əməliyyatları o zaman dayandıracağıq ki... - Lavrov şərtlə danışdı


Hərbi əməliyyatları o zaman dayandıracağıq ki... - Lavrov şərtlə danışdı

Rusiya Federasiyası Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin yalnız nəticə Rusiya tərəfini qane edərsə, hərbi əməliyyatları dayandıracaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Biz həm Ukrayna, həm də Avropa ilə, xoş niyyətlə sülhün əldə olunmasına kömək etmək istəyən istənilən nümayəndə ilə danışıqlara hazırıq. Lakin biz hərbi əməliyyatları yalnız o zaman dayandıracağıq ki, bu danışıqlar Rusiya Federasiyasını qane edən qəti və davamlı nəticə versin”, - nazir deyib.
Lavrovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bunu açıq şəkildə bəyan edib.
"Əlbəttə, yerlərdəki reallıqlar nəzərə alınmalıdır", - Rusiya XİN rəhbəri vurğulayıb.
24-02-2025, 14:11
Lerikdə qar uçqunu - 20-yə yaxın kəndlə əlaqə kəsildi


Lerikdə qar uçqunu - 20-yə yaxın kəndlə əlaqə kəsildi

Lerikdə qeyri-sabit hava şəraiti qar uçqununa səbəb olub.
Cənub bölgəsinə yağan güclü qar yollarda avtomobillərin hərəkətinə çətinlik yaradıb. Lənkəran-Lerik magistralı açıq olsa da, ucqar dağ kəndlərinə gedən yollarda problem qalmaqdadır. Həmin istiqamətdə 20-ə yaxın kəndə gediş-gəliş çətinləşib.
Rayonun Lerik-Hamarat-Vijaker yolunda isə qar uçqunu baş verib, yaxın kəndlərə gediş-gəliş çətinləşib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.
Lerik fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, yolun qardan təmizlənməsi işlərinə başlanılıb.
Hazırda bölgədə günəşli hava müşahidə edilir.
24-02-2025, 14:05
Rusiya konsulluğunda partlayış


Rusiya konsulluğunda partlayış

Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisinə üç naməlum partlayıcı qurğu atılıb.
Bunu Rusiyanın Marseldəki Baş Konsulluğundan TASS-a məlumat verilib.
Konsulluğun məlumatına görə, atılmış qurğulardan ikisi partlayıb:
"İstehkamçılar yerdə qalan qurğu ilə məşğul olurlar. İtki və dağıntı yoxdur. Diplomatik missiyanın binasına zərər dəyməyib".
24-02-2025, 13:47
Hərbi qulluqçumuz vəfat etdi


Hərbi qulluqçumuz vəfat etdi

Ordumuzun hərbi qulluqçusu Məcidov Maqbet Xətai oğlu vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi qulluqçunun ölümünə səbəb ildırım sürətli vaskulit ilkin diaqnozudur.
Faktla bağlı araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - açıqlamada bildirilir.
24-02-2025, 13:42
Zelenski bu halda vəzifəsindən imtina edəcək


Zelenski bu halda vəzifəsindən imtina edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 19-da keçirdiyi mətbuat konfransında NATO-ya üzvlük və ölkədə sülh əldə olunacağı təqdirdə istefa verməyə hazır olduğunu bildirib. “Əgər Ukraynaya sülh gətirəcəksə, istefa verməyə hazıram. Bunu NATO üzvlüyünə dəyişə bilərəm,” – o qeyd edib.
Zelenskinin bu açıqlaması ABŞ və Ukrayna arasında davam edən danışıqlar fonunda verilib. ABŞ Prezidenti Donald Tramp onu Ukraynada seçkilər keçirmədiyinə görə “diktator” adlandırıb. Lakin Zelenski bildirib ki, ölkədə üç ildir davam edən hərbi vəziyyətə görə seçkilər keçirmək mümkün deyil.
Zelenski həmçinin ABŞ-nin Ukraynanın nadir yeraltı sərvətləri və digər təbii ehtiyatlarına dair tələblərinə qarşı çıxıb. ABŞ, Ukraynaya verilmiş hərbi yardımın əvəzində bu resurslardan 500 milyard dollarlıq pay tələb edir. Zelenski isə bunu rədd edib. “Mən belə bir müqaviləyə imza atmayacağam, çünki bu, Ukraynanın on nəsil boyu ödəməli olacağı bir borc yarada bilər,” – deyə o, vurğulayıb.
Bu açıqlamalar fonunda ABŞ və Rusiya rəsmiləri Səudiyyə Ərəbistanında Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı danışıqlar aparıblar. Lakin Kiyev bu prosesdən kənarda saxlanılıb və bu, Avropa müttəfiqləri arasında narahatlıq yaradıb.
Ukrayna üç ildir ki, Rusiyanın genişmiqyaslı işğalına qarşı mübarizə aparır. Son günlərdə Rusiya Ukraynaya rekord sayda – 267 dron hücumu təşkil edib. Zelenski bu hücumları “hava terroru” adlandırıb, Ukraynanın beynəlxalq dəstəyə ehtiyacı olduğunu bildirib.
2019-cu ildə prezident seçilən Zelenski müharibə dövründə ölkəni idarə edir və NATO-ya üzvlüyün Ukrayna üçün ən vacib təhlükəsizlik zəmanəti olduğunu vurğulayır. Lakin ABŞ Müdafiə Naziri Pete Hegseth bu yaxınlarda Kiyevin NATO-ya üzvlüyünün “realist olmadığını” bildirib.
Zelenski Tramp administrasiyasının müharibəni dayandırmaq istədiyini desə də, ABŞ-ın Ukrayna ilə imzalamaq istədiyi nadir yeraltı sərvətlər haqqında müqavilənin ölkəsi üçün sərfəli olmadığını söyləyib. O, ABŞ-la əməkdaşlığın davam etməsinin vacib olduğunu qeyd edərək, hərbi dəstəyin dayandırılmaması üçün ümid etdiyini vurğulayıb.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı bildirib ki, Avropa Birliyi Ukraynadan imtina etməz:
"Volodimir Zelenski müharibənin üçüncü ilə bağlı böyük mətbuat konfransı keçirdi. Burada əsas məsələlərdən biri gələcəkdə Ukraynda prezident seçkilərinin keçirilməsi, Zelenskinin hakimiyyətdə olub-olmayacağıdır. Zelenski açıqca qeyd etdi ki, Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh olacaqsa, vəzifəsindən getməyə hazırdır. Eyni zamanda Ukraynanın təhlükəsizliyi ilə bağlı qarant olarsa, vəzifədən ikiəlli yapışmaq fikrində deyil. Cənab Zelenski qeyd etdiyinə görə, istənilən vaxt hakimiyyətdən gedə bilər. Bu halların da baş verməsi üçün böyük dövlətlərin Rusiyaya təzyiqləri olmalıdır. Təəssüflər olsun ki, dünyada ikili standartlar var. Hər yerdə olduğu kimi Ukraynda da bu özünü büruzə verir. ABŞ Prezidenti Donald Trampın açıqlamaları Ukrayanaya olan münasibət vəziyyətin heç də yaxşı olmadığının göstəricisidir. Amma mübarizə davam edir. Avropa Birliyi var. Ən azından bu birlik öz təhlükəsizliyinə görə Ukrayndan vaz keçməz.
Q.Osmanlı vurğulayıb ki, seçki ancaq atəşkəs imzalanarsa, mümkündür: "Ukrayna konstitusiyasının 108-ci maddəsinə görə, yeni prezident seçilənə qədər əvvəlki prezident öz səlahiyyətlərini icra edə bilər. Atəşkəs olmayacağı təqdirdə Prezident seçkiləri keçirilə bilməz. Çünki ölkədə hərbi vəziyyətdir. Buna görə də prezident seçkiləri keçirilmir. Nəinki prezident seçkiləri hər şey ləğv olunur. Hər şey hərbiyə, orduya fokuslanır.
Sualınıza cavab olaraq bildirim ki,Ukraynada prezident seçkiləri ancaq atəşkəs olarsa, mümkündür. Atəşkəs olacağı təqdirdə tərəflər bir-birilə qarşılıqlı güzəştlər əsasında masada əyləşməlidir. Hələki bu yaxın görsənmir. Yaxın gələcəkdə hadisələrin necə inkişaf edəcəyi proseslərdən asılıdır. Yəni 108-ci maddəyə əsasən hələki Ukrayna Prezidenti öz səlahiyyətlərini icra edir və legitim hüquqi əhəmiyyət kəsb edir".
24-02-2025, 13:30
"Bakı Metropoliteni"nin sədrinə yeni müşavir təyin edildi


"Bakı Metropoliteni"nin sədrinə yeni müşavir təyin edildi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) yüksək vəzifəyə təyinat olub.
Emil Əhmədov "Bakı Metropoliten"i sədrinin müşaviri təyin edilib.
Xatırladaq ki, E.Əhmədov bundan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Yük daşımaları departamentinin rəhbəri olub.

24-02-2025, 13:14
Şahbaz Şərif Zəfər parkını ziyarət etdi


Şahbaz Şərif Zəfər parkını ziyarət etdi

Azərbaycan Respublikasında dövlət səfərində olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də Bakıda Zəfər parkını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.
Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

24-02-2025, 13:01
Sabahın havası - Yollar buz bağlayacaq


Sabahın havası - Yollar buz bağlayacaq

Fevralın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometerologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-6° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta olacaq.
Yolların buz bağlaması davam edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!