Corab satan Allahverdi Yolçuyevə iş verildi .....                        İŞİD lideri və iki oğlu öldürüldü .....                        Nazir əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi .....                        Meşə yanğının Bülent Ersoyun villasına çatdı .....                        Makronun sözünün çəkisi yoxdur .....                        Ceyhun Bayramov Fidanla sülhdən danışdı .....                        HƏMAS razılaşma istəmir - Tramp .....                        Şuşa Media Forumu qlobal mətbuatda .....                        Şamaxıda "Mercedes" ana və qızını vurdu .....                       
2-10-2024, 18:28
5 aylıq körpə bədbəxt hadisə nəticəsində öldü


5 aylıq körpə bədbəxt hadisə nəticəsində öldü

Astarada 5 aylıq uşaq ölüb.
Uşaq yuxuda boğularaq ölüb.
Məlumata görə, körpə yatdığı yerdə çevrilib və yastıq uşağın nəfəs borusunu tutub. Nəfəs ala bilməyən uşaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
2-10-2024, 18:16
AŞPA dialoq platforması kimi fəaliyyət göstərməlidir – Serbiyalı deputatlar


AŞPA dialoq platforması kimi fəaliyyət göstərməlidir – Serbiyalı deputatlar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində cari debatlar keçirilib.
Debatlarda Azərbaycanla bağlı məsələlərdən danışılıb. Bəzi avropalı parlamentarilər Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan keçirilən bu debatların məntiqə uyğun olmadığını bildiriblər.
“Azərbaycanlı həmkarlarımız olmadan bu ölkədən danışmaq o qədər də məntiqli deyil. Prinsipcə, biz hər hansı üzv dövlətin Avropa Şurası Parlament Assambleyasının və ya hər hansı digər təşkilatın işindən kənarda qalmasının əleyhinəyik.
Avropa Şurası Parlament Assambleyası bərabərlik və inklüzivlik əsasında dialoq platforması rolunu oynamalı, bu ideyanın təbliğinə üstünlük verməlidir”, - deyə serbiyalı deputatlar bildiriblər.
Qeyd olunub ki, bu debatlar dialoqa kömək etməyəcək. Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan belə bir təşəbbüslə çətin ki, qarşıya qoyulan məqsədlərə nail olunsun. Bu, konstruktiv dialoqu təşviq etmək əvəzinə, gərginliyi gücləndirmək və əldə edilmiş nəticələri sarsıtmaq riski daşıyır. Serbiyalı deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının vacibliyini vurğulayıblar.
Onlar, həmçinin bildiriblər ki, yanvar ayında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməmək qərarı lüzumsuz idi və əks nəticə verdi. Vurğulanıb ki, bu qərar AŞPA-nın konstruktiv dialoq platforması kimi roluna xələl gətirir. Avropada və dünyada mövcud vəziyyəti nəzərə alaraq, dialoqa qayıdış və Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakının bərpası zəruridir.
Diqqətə çatdırılıb ki, monoloq əvəzinə, konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoq lazımdır. Serbiya özünün ən yaxın tarixi ilə dialoqun əhəmiyyəti və onun ən yaxşı nümunəsidir.
Serb parlamentarilər vurğulayıblar ki, AŞPA bütün Avropa ölkələrinin parlamentlərinin tərkibini əks etdirdiyi üçün ən böyük demokratik legitimliyə malik Avropa siyasi orqanıdır. Nəticə etibarilə bu fəaliyyət sahəsini daraltmaq öz legitimliyini zəiflətmək riskini daşıyır. Ötən ilin yanvarında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar da belədir. Belə bir qərarla Avropa Şurası Parlament Assambleyası özünün legitimliyinə, eləcə də mənalı dialoq platforması kimi etibarına xələl gətirir. Çünki bir Avropa ölkəsinin ən azı 10 milyon vətəndaşı artıq onun sıralarında təmsil olunmur və səsi eşidilmir.
“Bu gün Azərbaycan hüquqa, sülhə və təhlükəsizliyə əsaslanan beynəlxalq nizamın əsas aktorudur. Onun mədəniyyəti Avropanın mədəni mozaikasının ayrılmaz tərkib hissəsini təşkil edir və onun təbii sərvətləri qitəmizin rifahı üçün həyati əhəmiyyət daşıyır.
Yanvar ayında vətəndaşların birbaşa təmsil olunduğu Avropa Şurası qurumunda Azərbaycan nümayəndə heyətinə səlahiyyətlərin verilməsindən imtina edilməsi səhv idi. Əksinə, Avropa qitəsinin və bütün dünyanın böyük problemlərlə üz-üzə qaldığı bir vaxtda Avropa Şurasının daha sıx birliyə və mümkün olan ən böyük demokratik legitimliyə ehtiyacı var. Əminik ki, Azərbaycan nümayəndə heyətinin bizim işimizdə hərtərəfli iştirakı bu mühüm əhali arasında Avropa dəyərlərinin və demokratik prosedurların qütbləşməsinə təsir göstərəcək”, - deyən serbiyalı deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının zəruriliyini qeyd ediblər.
Vurğulanıb ki, AŞPA bərabərlik və inklüzivlik əsasında dialoq platforması kimi fəaliyyət göstərməli və bu ideyanın təbliğinə üstünlük verməlidir. Serbiya parlamentariləri dialoqa qayıtmağa və Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakının bərpasını dəstəkləməyə çağırış ediblər. Onlar bütün səylərin bu istiqamətə yönəldilməsinin vacibliyini diqqətə çatdırıblar. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin bərpası ilə qurum daxilində hamının iştirakı nəticəsində əsl konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqun vacibliyi bir daha diqqətə çatdırılıb.
2-10-2024, 17:46
Məktəbdə yanğın siqnalı işə düşdü - Müəllim və şagirdlər təxliyə edildi


Məktəbdə yanğın siqnalı işə düşdü - Müəllim və şagirdlər təxliyə edildi

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 182 nömrəli məktəbdə bütün şagird və müəllim heyəti təxliyə edilib.
Bu barədə məktəbdən məlumat verilib.
Bildirilib ki, məktəbdə təxminən saat 14:45-də dərs prosesi vaxtı fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşüb. Bütün məktəb təxliyə edilib. Məktəbə baxış keçirilən zaman yanğın və ya digər halın olmadığı müşahidə olunub.
Fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşdüyü üçün aidiyyəti qurumun əməkdaşları da məktəbə baxış keçiriblər.
2-10-2024, 17:30
2 nəfərdən 4 kq narkotik vasitə götürüldü - VİDEO


2 nəfərdən 4 kq narkotik vasitə götürüldü - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar nəticəsində Maştağa qəsəbəsində narkotiklərin satışını həyata keçirən Abasqulu Quliyev və Fazil Cəfərzadə saxlanılıblar.
Onlardan ümumilikdə 4 kiloqram satış məqsədi ilə əldə etdikləri qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu RPİ-yə göndərilib.
Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

2-10-2024, 17:27
Paşinyan Azərbaycanla sülh müqaviləsindən danışdı: “Bir millimetr belə...”


Paşinyan Azərbaycanla sülh müqaviləsindən danışdı: “Bir millimetr belə...”

"Ermənistan Respublikasının suveren ərazisinin 1 millimetri belə heç kimə təslim edilməyib".
Bunu baş nazir Nikol Paşinyan oktyabrın 2-də parlamentin tribunasından bildirib.
“Əksinə, nəinki Ermənistan Respublikasının ərazi bütövlüyünə heç bir ziyan dəyməyib, həm də Ermənistan Respublikasının ərazi bütövlüyünün təməl daşı müəyyən edilib”, - Paşinyan vurğulayıb.
“Hayastan” fraksiyasının üzvü Artsvik Minasyanın “müxalifət deputatlarına sülh müqaviləsi layihəsi ilə tanış olmaq niyə qadağandır” sualına Nikol Paşinyan belə cavab verib:
“Mən şəxsi qərarımla sizə bu sənədlərlə tanış olmaq imkanı verdim. Siz tanış oldunuz, sonra sosial şəbəkələrdə mütləq reallıqla heç bir əlaqəsi olmayan yazılar yerləşdirdiniz, onları siyasi məqsədləriniz üçün manipulyasiya etdiniz. Sən get mətni oxu, sonra gəl nağıllar danış, biz də səssizcə izləməliyik, yoxsa nə?”.
Baş nazir Nikol Paşinyan əmin edir ki, təklif olunan sülh sazişinin məzmunu ictimaiyyətə açıqlanıb.
“Mən müxtəlif hallarda həmin məqamlara istinad etmişəm, burada heç bir məxfilik məsələsi yoxdur, burada sadəcə diplomatik düzgünlük məsələsi var”, - deyə o, “Hayastan” fraksiyasının digər deputatı Artur Xaçatryana cavab olaraq bildirib.
“Sülh müqaviləsi layihəsində beynəlxalq diplomatik təcrübədən naməlum heç nə yoxdur”, - o deyib.
O bildirib ki, sülh müqaviləsi layihəsinin razılaşdırılmış 13 maddəsinin dərc olunması qarşı tərəfin bütün diplomatik normaların pozulduğunu bəyan etməsilə nəticələnər.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh müqaviləsi layihəsin də digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulur.
Baş nazir vurğulayıb ki, BMT tribunasından çıxışı zamanı o, əslində hər şeyi açıqlayıb: burada söhbət diplomatik münasibətlərdən, sülh müqaviləsinin icrasına nəzarət üzrə ikitərəfli komissiyadan, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarının olmamasından gedir.
2-10-2024, 16:46
İsrail hökumətindən qərar: İranın raket zərbələrinə cavab veriləcək


İsrail hökumətindən qərar: İranın raket zərbələrinə cavab veriləcək

İsrail hakimiyyəti İranın raket zərbəsinə yaxın bir neçə gün ərzində cavab verəcək.
Bu barədə “Axios” portalı İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Nazirlər Kabineti bir gün əvvəl keçirdiyi iclasda cavabın olacağına qərar verib, amma bunun necə olacağını müəyyən etməyib.
Cavab zərbəsi xüsusilə, neft hasilatına və digər strateji obyektlərə təsir göstərə bilər. Portalın həmsöhbətləri əlavə ediblər ki, İsrail hakimiyyəti hələlik cavabın nə olacağına qərar verməyib, o cümlədən bunu Amerika administrasiyası ilə müzakirə etmək istədikləri üçün açıqlamırlar.
“Axios” bildirir ki, İsrail hazırkı vəziyyətin strateji nəticələri kontekstində öz planlarını ABŞ ilə əlaqələndirmək istəyir. Portalın qeyd etdiyi kimi, yəhudi dövlətinin cavabı ABŞ Mərkəzi Komandanlığı ilə əməkdaşlıq tələb edəcək və İsrailin də hava hücumundan müdafiə sistemi üçün daha çox mərmi və ABŞ-dan digər dəstək tələb olunacaq.
Portalın məlumatına görə, Vaşinqton yəhudi dövlətinin cavab tədbirlərini dəstəklədiyini açıqlayıb, lakin onların ölçülməli olduğunu qeyd edib.
2-10-2024, 16:33
Cəbrayılda Günəş Elektrik Stansiyası tikiləcək - Müqavilə imzalandı


Cəbrayılda Günəş Elektrik Stansiyası tikiləcək - Müqavilə imzalandı

Bu gün Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) tikilməsi məqsədilə BP, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Green" MMC və İqtisadiyyat Nazrliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında Birgə İştirak Müqaviləsi imzalanıb.
Bu barədə iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayı Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi və “yaşıl enerji” potensialının reallaşdırılması üçün mühüm təşəbbüslər həyata keçirilir.
"Layihə birbaşa xarici investisiya cəlb edilməsi ilə ölkəmizin "yaşıl keçid” hədəfinin dəstəklənməsinə, Cəbrayıl rayonunun iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək" , - M.Cabbarov bildirib.
2-10-2024, 16:27
Prezident dövlət orqanlarının struktur bölmələrin siyahısını təsdiqlədi


Prezident dövlət orqanlarının struktur bölmələrin siyahısını təsdiqlədi

“Dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin siyahısı” təsdiq edilib (əlavə olunur).
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanla “İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə təminedici və yardımçı bölmələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 937 nömrəli Fərmanı ləğv edilib.


***

Dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin SİYAHISI

1. Təminedici struktur bölmələr – dövlət orqanı rəhbərinin qərarı ilə yaradılan və normativ hüquqi aktlara əsasən həmin dövlət orqanına həvalə edilmiş səlahiyyətləri bilavasitə həyata keçirən şöbə və sektorlar, həmçinin hüquq, dövlət qulluğu və insan resurslarının idarə edilməsi, maliyyə və mühasibat uçotu, iqtisadiyyat, strateji inkişaf (planlaşdırma), beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr (mətbuatla iş), sənədlərlə və vətəndaş müraciətləri ilə iş, informasiya texnologiyaları, məxfi (xüsusi) şöbə və sektorlar.

2. Yardımçı struktur bölmələr – dövlət orqanı rəhbərinin qərarı ilə yaradılan və normativ hüquqi aktlara əsasən həmin dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı təminatı həyata keçirən şöbə və sektorlar (işlər idarəsi, təsərrüfat, təminat və digər).
2-10-2024, 16:03
16 yaşlı gənc qətlə yetirildi - Şübhəli saxlanıldı


16 yaşlı gənc qətlə yetirildi - Şübhəli saxlanıldı

Bakı şəhəri, Sabunçu rayonu ərazisində bu gün saat 14 radələrində 2008-ci il təvəllüdlü Həsən Quliyev kəsici alətlə qətlə yetirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmyaşıdı Yasin Mirzəyev saxlanılıb.
Araşdırma aparılır.
2-10-2024, 15:30
Heyvanlarla rəhmsiz rəftar edənlər cəzalandırılacaq


Heyvanlarla rəhmsiz rəftar edənlər cəzalandırılacaq

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq.
Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Heyvanlar aləmi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!